Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2934/2024 08.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, iddiaçı: İddiaçı qıznın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh 3884 manat manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Seydəkəran kəndində yaşayır. Lənkəran rayonu, Kənarmeşə kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyir. Həmin məktəbdə onunla işləyən dil-ədəbiyyat müəllimi Əlizadə (Əliyeva) Gönərşah adlı müəllimə 2012-ci ildə ona yaxınlaşaraq bildirmişdir ki, təcili olaraq ona pul lazımdır. Ya Gönərşah üçün 1.600 manat pul tapmasını, ya da bankların birindən 1.600 manat onun adma götürəcəyini demişdir. O da razılaşmışdır. Həmin vaxt 1.600 manatı olmadığı üçün cavabdeh ilə birlikdə "X6” nun Lənkəran filialına getmişlər. 1.600 manat kredit götürüb Gönərşaha borc kimi vermişdir. Həmin vaxt Gövhər Əlizadə (Əliyeva) həmin krediti vaxtında ödədi və ona minnətdarlığını bildirdi. 2013-cü ildə Gövhər ona yanaşaraq bir qədər probleminin olduğunu, onun Gövhərə bir dəfə də yaxşılıq etməsini istəmiş, yəni yenidən onun öz adma bankdan kredit götürməsini istəmişdir. O, 2013-cü ildə öz adına "X6'nun Lənkəran filialından 2.200 manat kredit götürüb Gövhərə borc kimi vermişdir. Gövhər həmin krediti də vaxtlı vaxtında ödəmişdir. Həmin kredit vaxtında ödənildiyi üçün ona bank tərəfindən “Bol Kart” və “Gümüş Kart” hədiyyə edilmişdir. Həmin kartları da Gövhərlə birlikdə bankdan almış və Gövhər ona həmin kartların alınması zəhmətinin ona aid olduğunu, vaxtlı-vaxtında ödədiyi üçün həmin kartların verildiyini demiş və həmin kartları özü üçün istəmişdir. Bundan sonra o, həmin kartları Gövhərə vermişdir. Gövhər Əlizadə (Əliyeva) yenidən onun etibarından sui-istifadə edərək “Bol Kart” da olan 257 manatı və “Gümüş Kart” da olan 114 manat pulu bankın bankomatından çıxartmışdır. Daha sonra Gövhərşah üçün bankdan götürdüyü krediti də ödəməmişdir. O, dəfələrlə Gövhərə kreditin vaxtında ödənilmədiyinə görə bank tərəfindən narahat edildiyini desə də, Gövhər buna məhəl qoymamışdır. Gövhər ona cavabında narahat olma deyərək Bankın sənədləri məhkəməyə verməsini gözləməsini, ondan sonra faizlərin dayandırılacağını, daha sonra krediti ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də Lənkəran Rayon Məhkəməsi onun barəsində qətnamə çıxarmışdır. Qətnamə gələndən sonra məlum olmuşdur ki, onun bankda 7.400 manatdan çox borcu vardır. Sonradan bu barədə banka müraciət etmiş, məlum olmuşdur ki, Gövhər Əlizadə (Əliyeva) onun etibarından sui-istifadə edərək SMS ilə 4038 manatı onun xəbəri olmadan bankdan pul götürmüşdür. O, həmin vaxt atasına məxsus telefonu işlətmişdir. Bank sənədlərində də həmin telefon nömrəsini yazmışdır. Gövhər müəllimə bir neçə dəfə ondan telefonu alaraq oğlu ilə danışacağını bildirmişdir. Etibarından sui-istifadə edərək SMS ilə onun adından 4038 manat pul götürmüşdür. Bir neçə ay krediti ödəmiş, onun 3884 manat borcu qalmışdır daha sonra isə ödəməmişdir. X2 (Əliyeva) evinə gedib barəsində şikayət edəcəyini bildirsə də, lakin Gövhər Əlizadə (Əliyeva) krediti ödəməkdən imtina etmişdir. Gövhər Əlizadə (Əliyeva) barəsində qanuni tədbir görülməsi üçün Lənkəran rayon polis şöbəsinə müraciət etmişəm izahatında etiraf etmişdir hər ay pulu ödəyəcəyini öhdəsinə götürsədə bu günə qədər icra etməmişdir. Haqqında cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Hüsey qızına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş 30 sentyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsi barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran şəhər ŞRPŞnın 09 fevral 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı pul aldığını etiraf etmişdir. Odur ki, bu barədə cinayət işinin başlanması rədd edilərək iddiaçıya, mülki qaydada məhkəmə müraciət olunması izah edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2020-ci il tarixli İcra Qeydindən görünür ki, X1 3912.63 manat tutularaq “X6” ASC–yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Əhməd qızından 960.32 manat tutulmuşdur. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün ümumilikdə cəmi 70 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən olunan hallarından və iddiaçı tərəfindən təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, cavabdeh iddiaçıdan əvvəlcə 1600 manat, daha sonra 2200 manat pulu, habelə iddiaçının mobil telefonu vasitəsi ilə aldığı krediti qaytarmaq şərti ilə borc almış, lakin həmin borcunu qaytarmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə hesab edir ki, iş üzrə sübutlar yuxarıda qeyd edilən kriteriyalara cavab verir və iş üzrə sübut qismində qəbul edilməsini istisna edən hallar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3884 manat borc və 60 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2934/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2934/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver