Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2959/2022 17.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-2629/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğini artırmaqla xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin həyata keçirilməsi üçün ödədiyi 55 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Cavabdeh ilə ailə quraraq evlənmişdir. Birgə nikahdan onların 2004-cü il tarixdə Ramilə və 2008-ci il tarixdə Fidan adlı adlı iki övladları anadan olmuşdur. Belə ki, o, cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışdır. Cavabdehin usta işləməsinə baxmayaraq uşaqlara maddi cəhətdən köməklik göstərməməsinə görə və o, heç yerdə işləməyərək uşaqları saxlamağa görə maddi çətinlik çəkdiyinə görə aliment tələbi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə hər ay sabit pul məbləğində bir uşağa 50 digər uşağa 70 manat miqdarında aliment məbləği, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-cı il tarixli qətnaməsi ilə hər ay, hər uşağa 85 manat miqdarında artırılmış aliment məbləği və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa 120 manat miqdarında aliment məbləği artırılaraq təyin olunmuşdur. Lakin sonuncu qətnamədən artıq dörd il keçir. Uşaqların hazırda xərcləri artdığından və hazırkı dövrdə həmin məbləğ ilə uşaqların maddi təminatını qarşılamaq real hesab olunmadığından Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-2629/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləğini yenidən artırmaqla xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin həyata keçirilməsi üçün ödədiyi 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, 2003-ci il tarixdə cavabdehlə el adəti il toy etməklə ailə həyatı qurub nikahı rəsmiləşdirmişdir. Birgə nikahdan 2004-cü il tarixdə Ramilə, 2008-ci il tarixdə isə Fidan adlı iki övladları dünyaya gəlmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşaqların saxlanılması üçün cəmi iki uşağa görə 120 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq mənə ödənilməsi qət edilmişdir. Hazırda qızı Ramilə yetkinlik yaşına çatmışdır. İddiaçı suallara cavab olaraq göstərdi ki, iddia tələbinin əsası kimi 2008-ci il tarixdə doğulmuş Fidanın orta məktəbdə oxuması və ali məktəbə hazırlaşması üçün repetirorlara vermək üçün pulunun çatdıra bilməməsi olmuşdur. Qızı bir neçə repetitor yanına gedir ki, hər müəllim üçün azı 50 manat ödəyir, hazırda da bu imkanı yoxdur ona görə alimnetin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Buna görə də 2008-ci il tarixdə anadan olan Fidanın saxlanılması üçü 250 manat alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, 2003-ci il tarixdə İddiaçı ilə el adəti il toy etməklə ailə həyatı qurub nikahımızı rəsmiləşdirmişlər. Birgə nikahdan 2004-cü il tarixdə Ramilə, 2008-ci il tarixdə isə Fidan adlı iki övlad dünyaya gəlmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşaqların saxlanılması üçün cəmi iki uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı narazı qalıb apelyasiya və kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarına əsasən hər bir uşağa 85 manat olmaqla cəmi 170 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. İddiaçı bundan sonra alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldırmış və xx.xx.2018-ci il tarixli Lənkəran rayon Məhkəməsinin qətnaməsi ilə aliment məbləği artırılaraq iki uşağa görə 240 manat təşkil etmişdir. Hazırki iddia ərizəsi ilə iddiaçı alimentin yenidən artırılmasını məhkəmədən xahiş etmişdir. O, 2020-ci ildə X6 ilə ailə həyatı qurmu və nikahı xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişdir. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə Xədicə adlı qızı dünyaya gəlmişdir. Yoldaşı heç bir yerdə işləmir, özü də fərdi əməklə məşğul olur və ailəsini maddi baxımdan təmin etməkdə belə çətinlik çəkir. Bununla yanaşı aliment məbləğini ödəyir. Qanunvericiliyin tələbinə əsasən məhkəmələr aliment tələbi ilə bağlı işlərə baxarkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə almalıdırlar. Bundan əlavə iddiaçı onun aylıq gəlirimin 1500-2000 manat civarında olduğunu qeyd etmiş lakin bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddianı qəbul etmir. Hər ay birgə nikahdan anadan olan Fidanın saxlanılması üçün 120 manat məbləğində aliment ödəməyə imkanı çatır. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə vermiş və etiraz iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran rayonu, Xolmili kənd İnzibati Ərazi Dairəsinin Lənkəran Rayon Məhkəməsinə təqdim etdiyi 12 avqust 2022-ci il tarixli, 12-34-217 saylı arayışından görünür ki, İddiaçı Lənkəran rayonunun Xolmili kəndində yaşayır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AZ İİ 102184 saylı doğum şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 12 may 2008-ci il tarixdə Lənkəran rayonunun Şürük kəndində doğulmuş, atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(049)-2629/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2012-ciil tarixli, 2(102)-4261 saylı qərarı ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, hər ay bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X3 İştirak edilməsi barədə olan 11 avqust 2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən alimentin artırılması tələbindən irəli gələn ailə mübahisəsi üzrə ilkin mediasiya sessiyasının keçirilməsindən ötrü 55 manat mediasiyaya aid xərci Azərbaycan Respublikasının Mərkəzi bankının X9 ödənmişdir. Məhkəmə, tərəflərin izahatlarını, cavabdehin etirazını, habalə mülki işə əlavə edilmiş sənədləri araşdırıaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduqdan sonra iddiaçı tərəfindən aliment bir neçə dəfə artırılmış, əvvəlcə, hər uşağa görə 70, daha sonra 85, sonuncu dəfə isə 120 manat kimi müəyyən edilmişdir. Sonuncu dəfə alimentin miqdarı 2018-ci il tarixdə, yəni 4 il əvvəl qaldırılmışdır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsində qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun (məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat) uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bu qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddiaçının iddia ərizəsini və məhkəmədə verdiyi izahatını müqayisə edərək hesab edir ki, iddiaçının iddiasının əsası kimi göstərdiyi hal, yəni qızının orta məktəbdə təhsil almaqla repetitor yanına getməsi nəticəsində yaranmış xərcin cavabdehdən tələb olunması əsassızdır. Buna görə iddianın həmin əsasla təmin edilməsi yol verilməzdir. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Plenumun 27 yanvar 2015-ci il tarixi qərarında göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi qanunvericilik də uşağın ümumi orta təhsilindən əlavə məşğələlərdə iştirakına görə xərcin tələb olunmasını qadağan etmişdir. Lakin göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, ötən dörd il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən ediilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimnetin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə təhsil xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 119.1 və 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-2629/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırmaqla xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 55 manat mediasiya xərci Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2959/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2959/2022
17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver