Məhkəmə qərarları › İş №2(049)-2961/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2961/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2961/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və 51 manat dövlət rüsumunun, cəmi 3051 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin mart ayında iş üzrə cavabdeh olan qonşusu Şükürov X1 rayonu, Şağlaküçə kəndində yerləşən özünə məxsus 0,06 ha torpaq sahəsini satmaq istəyir. Ona da torpaq sahəsi lazım olduğu üçün onunla görüşdü və 0,06 ha torpaq sahəsini onunla 3000 manata razılaşdılar. Bundan sonra Mərdan torpaq sahəsini ona göstərdi və sənədlərini də torpağın pulunu tam alandan sonra ona verəcəyini dedi. O birinci 1500 manatı cavabdehə verdi və bir müddət sonra qalan 1500 manatı da ona verdi. 3000 manat pulu hissə-hissə cavabdehə 2020-ci ilin mart ayında verdi. Lakin o, torpağın sənədlərini tezliklə ona verəcəyini dedi. O da cavabdehin ona göstərdiyi torpaq sahəsində təmzilik işləri aparmağa başladı. Sonradan həmkəndlisi olan X2 onu görüb, dedi ki, bəs onun torpaq sahəsində niyə təmizlik işləri aparır. O ona dedi ki, bu torpaq sahəsi Cavabdeh məxsusdur və buranı Mərdan ona 3000 manata satıbdır. Zöhrab Əhmədov isə ona dedi ki, bu torpaq sahəsi onundur və həmin torpaq sahəsinə dair sənədləri ona təqdim etdi. O da vəziyyəti belə görüb bu barədə cavabdehə dedi. O, isə müxtəlif bəhanələr gətirərək ondan yayınmağa başladı. O da bununla bağlı şikayət ərizəsi ilə Lənkəran ŞRPŞ-nə müraciət edib, orada onun şikayəti əsasında araşdırma aparılandan sonra ona dedilər ki, şikayət ərizəsi üzrə araşdırma mülki xarakterli olduğu üçün gərək mülki qaydada məhkəməyə müraciət etməlidir. Lənkəran ŞRPŞ-də araşdırma zamanı cavabdeh ondan pul aldığını etiraf etmiş və hazırda imkanı olmadığı üçün qaytara bilmədiyini və imkan olan kimi qaytaracağı barədə bildirmişdir. Hazırda cavabdeh onun ona verdiyi pulu qaytarmaqdan imtina etdiyi üçün o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd etdiyi hallar Cavabdeh Lənkəran ŞRPŞ-də verdiyi izahatla təsdiq olunur. Lakin həmin izahatın ona verilməsi üçün Lənkəran ŞRPŞ-nə 20 iyun 2023-cü il tarixdə müraciət edib, lakin bu günə kimi həmin izahat ona verilməmiş və eyni zamanda ona rəsmi qaydada cavab da verilməmişdir. Ona görə də xahiş edir ki, məhkəmə tərəfindən Lənkəran ŞRPŞnə sorğu göndərilərək Cavabdeh Lənkəran ŞRPŞ-də verdiyi izahat alınaraq iş materiallarına əlavə edilsin. Məhkəmə iclasının Cavabdeh izahat verərək bildirmişdi ki, 2020-ci ildə qonşusu Fərqanə ona torpaq sahəsi almaq istədiyini istiyirdi. O da kənddə maraqlanmış və Fərqanəyə Şahab adlı şəxsin 6000 manat müqabilində 6 sot torpaq satdığını bildirmişdir. O da gəlib bu barədə Fərqanəyə demiş və Fərqanə də razılaşmışdır. O Şahabla Fərqanəni görüşdürmüş, onlar belə razılığa gəlmişlər ki, deyilən məbləği bir il ərzində hissə hissə Şahaba göndərəcəkdir. Fərqanə həmin pulun 1700 manatını Şahaba göndərmiş, pulun təqribən 500-600 manata qədərini ona göndərmişdir. O da aldığı həmin pulları Şahaba vermişdir. Daha sonra Fərqan adlı şəxs vəfat etmişdir. Həmin vaxtdan sonra Fərqanın atası Nabulla Şahab ilə görüşüb bu məsələylə bağlı danışdılar və razılığa gəlmədilər. O Nabulla ilə torpağın alınması barədə heç bir söhbət etməmiş, torpağın alınması ilə əlaqədar Fərqanə ilə danışıqları olmuşdur. İddiaçının təqdim etdiyi Cavabdeh Lənkəran ŞRPŞ-yə verdiyi izahatdan görünür ki, 2020-ci ildə qonşusu Fərqanə istəyirdi. O da kənddə maraqlandı ki, Şahab adlı şəxs 6 sot torpaq satdığını bildirdi. Şahab adlı şəxs torpağını 6000 satdığını bildirdi. O da gəlib Fərqanəyə dedi və razılaşdı. O Şahabla Fərqanəni görüşdürdü. Onlar belə razılığa gəldilər ki, deyilən məbləği bir il ərzində hissə-hissə Şahaba göndərəcəyini bildirdi. Fərqanə həmin pulun 1700 manatını Şahaba göndərmişdir. Həmin pulun təqribən 500-600 manata qədərini ona göndərmiş və oda Şahaba vermişdir. Həmin vaxtı Fərqan adlı şəxs dünyasını dəyişdi. Həmin vaxtdan sonra Fərqanın atası Nəbulə Şahab ilə görüşüb bu məsələylə bağlı danışdılar və razılığa gəlmədilər. Bununla bağlı bildirmişdir ki, Nəbula adlı həmkəndlisi onu bu məsələylə bağlı Lənkəran rayon məhkəməsinə müraciət edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iddiaya əlavə edilmiş, sübuta qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən görünür ki, iddiaçı alqı-satqı müqaviləsinin icra edilməməsindən və nəticədə cavabdehə verilmiş 3000 manatın geri qaytarılmasını tələb edir, cavabdeh isə iddiaçı ilə hər hansı alqı-satqı müqaviləsinin bağlanmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin (bundan sonra MPM-nin) 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını və iddiaçının həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini sübut etmək vəzifəsi ilk növbədə iddiaçının üzərində düşür. Belə ki, iddiaçı bildirir ki, onunla cavabdeh arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. MPM-nin 77.1-ci maddəsinin tələbi baxmınından cavabdehlə etibarlı alqı-satqı müqaviləsinin bağlanmasını və üzərinə götürüdüyü öhdəliyi icrası etməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi məhz ilk növbədə iddiaçının üzərinə düşür ki, iddiaçı da həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh həmin halların mövcudluğunu öz izahatı ilə inkar etmişdir. Bundan başqa iddiaçının sübut kimi təqdim etdiyi Cavabdeh Lənkəran ŞRPŞ-yə verdiyi izahatında da həmin halların mövcudluğu öz əksini tapmamışdır. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən sonuncunun Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı « 3000 manat məbləğində pulun və 51 manat dövlət rüsumu olmaqla, cəmi 3051 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi» tələbinə dair iddiası rədd edməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar