Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2988/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1660 manat borcun və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilən ilə görə borcun 5 %-i olmaqla 33 ay ərzində borcun 13,75 % -i olan 228 manatın, ümumilikdə 1888 (bir min səkkiz yüz səksən səkkiz) manatın və borc məbləğinin faizi kimi, qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2020-ci ilin əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, “Yeni Avropa” firmasına işləyirdi. Həmin zaman onunla müqavilə əsasında işləməyə başlayan Cavabdeh adlı, soyadlı şəxslə tanışlığı başlamışdır. Həmin şəxs bir müddət onunla işlədikdən sonra işdən ayrılmışdır. Bundan bir müddət sonra, yəni may ayında Cavabdeh ona telefonla zəng edərək onu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrostansiyası yaxınlığında icarəyə götürdüyü ofisə dəvət etmişdir. O, həmin ofisə getmişdir, Cavabdeh ona bu işdə köməklik etməyini xahiş etmişdir və ona köməklik edəcəyinə söz vermişdir. Cavabdeh ofisdə işlərin qaydasında olması üçün kompyuter cihazının alınmalı olduğunu bildirmiş və bu məqsədlə ondan 400 ABŞ dolları istəmişdir. O, həmin 400 ABŞ dolları pulu ona vermiş, lakin həmin ofisdə Cavabdeh işi düzgün qura bilmədiyindən işlərinin qaydasında olmadığını görmüşdür. O, buna görə də ondan ayrılmış və həmin ofisdən ayrılan zaman Cavabdeh ona verdiyi 400 ABŞ dollarını qısa zamanda ona qaytaracağına söz vermişdir. Bundan sonra, təxminən yay aylarında Cavabdeh ona telefonla zəng vuraraq anasının səhhətinin ağır olduğunu, lakin maddi cəhətdən çətinliyinin olduğuna görə rayona gedə bilmədiyini deyərək mondan rayona getmək üçün borc pul istəmişdir. O, da ona inanmış və rayona anasına baş çəkmək üçün getmək məqsədilə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Nərimanov Parkı”nda görüşərək Cavabdeh 200 ABŞ dolları pul vermişdir. O, aldığı pulların hamısını qısa zamanda geri qaytaracağına söz vermişdir. Bundan bir neçə gün sonra Cavabdeh rayondan Bakıya qayıtdığını, maddi cəhətdən vəziyyətinin ağır olduğu səbəbindən görüşmək istədiyini bildirmiş, bu səbəbdən onlar yenə də Təbriz küçəsində yerləşən “Nərimanov Parkı”nda görüşmüşlər, Cavabdeh problemlərini danışaraq ondan kömək etməyi məqsədilə əlavə borc pul istəmişdir və o, da yenə ona inanaraq 100 manat, sonra isə 40 manat pulu ona vermişdir. Bundan sonra Cavabdehlə bir daha “Nərimanov Parkf’nda görüşürək ona 500 manat pul vermişdir. O, isə həmişə olduğu kimi yenə də aldığı pulların hamısını ən qısa zamanda geri qaytaracağını demişdir. Beləliklə, ümumilikdə Cavabdeh müxtəlif vaxtlarda ondan 600 ABŞ dolları və 640 manat (1660 manat) pul alıb və hal-hazıra kimi bir manat da olsun geri qaytarmayıb. Belə olan halda mən ona verdiyi pulları istəyərkən o, müxtəlif bəhanələr gətirərək aldığı pulları qaytarmaq istəmir. xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ 18-ci PŞ-nə müraciət edərək Cavabdeh ona verdiyi pulların alınıb ona verilməsi üçün köməklik edilməsini xahiş etmişdir. Lakin 18-ci PŞ-də Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə (əməldə cinayət tərkibi olmadığına görə) cinayət işinin başlanmasının rədd edəlməsi barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan Nərimanov rayon Prokurorluğuna şikayət vermişdir. Nərimanov rayon Prokurorluğunun qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə 18-ci PŞ-nin qərarı ləğv edilmişdir. 18-ci PŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə yenidən CPM-nin 39.1.2-ci maddəsi ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan yenə də Nərimanov rayon Prokurorluğuna şikayət vermişdir. Nərimanov rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə 18-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı tam, hərtərəfli və obyektiv araşdırma aparılması səbəbindən ləğv edilərək davam etdirilməsi üçün Nərimanov rayon Prokurorluğundan Nərimanov RPİ-nin İŞ-nə göndərildi. Nərimanov RPİ İŞ-nin xx.xx.2022ci il tarixli qərarı ilə CPM-nin 39.1.2-ci maddəsinə əsasən yenə də cinayət işinin başlanması rədd edilmişdir. Nərimanov RPİ 18-ci PŞ və İŞ-nin qərarlarından belə nəticəyə gəlinir ki, göstərdiyi xüsusatlar üzrə hadisələr baş verib, lakin Cavabdeh əməlində (pulları ondan istəyib alması) cinayət tərkibi yaranmır. Ona görə də hesab edir ki, Cavabdeh ondan aldığı ümumilikdə 1660 manat məbləğində pulu ona qaytarmalı, həmçinin, həmin borc 2020-cu ilin əvvəli (1-ci və 2-ci rübü) tarixində yarandığına və bu günədək ödənilmədiyinə görə cavabdeh (borclu) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, hər gecikən ilə görə 5 % ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsinə uyğun olaraq cavabdehdən faizin tutularaq ona ödənilməsi təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Bakı şəhərində yaşayır. Pandemiyadan əvvəl Nəriman Nərimanov metrosunun qarşısında olan parkda gəzərkən sonradan tanıyıb adının Namis olduğunu bildiyi şəxsin də parkda olduğunu görmüş və bir nəfərin ona yaxınlaşaraq, Namisin ona pul verdiyini görmüşdür. Həmin vaxtadək Namisi və onun pul verdiyi tanımamışdır. Namisi qiyabi olaraq tanımışdır və parkda gəzərkən görmüşdür. Bundan sonra Namislə aralarında dialoq yaranmışdır. Belə ki, Namisə yaxınlaşaraq həmin şəxsə pul verib-vermədiyini soruşmuş, o, isə cavabında bildirmişdir ki, 500 manat pul məbləğində həmin şəxsə borca pul verdi. Həmin tarixi dəqiq xatırlamır. Sonradan Namis ilə daha yaxından tanış olandan sonra ona bildirmişdir ki, parkda pul verdiyi adamın adı Maildirvə ondan pulu almaq üçün məhkəməyə müraciət edib. O, Maili heç vaxt tanımamışdır və Namis tərəfindən ona dəqiq olaraq nə qədər məbləğdə pul verildiyini görməmişdir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə iddia tələbini əsaslandırmaq üçün sübut kimi CD diskə yazılmış “VhatsApp” ani mesajlaşma mübadilə sistemində olan səs yazıları əlavə edilmişdir. Məhkəmə səs yazılarına hüquqi qiymət verərək hesab edir ki, səs yazılarının kimlərə məxsus olduğu və nə vaxt yazıldığı müəyyən edilə bilmədiyindən həmin səs yazıları mötəbər sübut kimi qəbul edilə bilməz. İş materiallarına əlavə edilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin Baş təhqiqatçısı, polis mayoru Məmməd Zeynəlov tərəfindən qəbul edilmiş 18 avqust 2021-ci il tarixli və Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ayxan Səfərli tərəfindən qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh tərəfindən ondan alınan pulun geri qaytarılmaması və bu barədə polis orqanına müraciət etmiş və hər iki qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hər iki qərardan görünür ki, Cavabdeh polis orqanının çağırışına gəlmədiyindən, onun araşdırmada iştirakı təmin oluna bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 39,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2988/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2988/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver