Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-299/2023 02.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 1750.47 manat pulun və 38 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbində göstərilənlərə uyğun məzmunlu izahat vermiş, iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 1954-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində anadan olmuşdur. Hazırda isə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayır. 18 dekabr 2008-ci il tarixdə Cavabdeh MM “KredAqro” Qeyri Bank Kredit Təşkilatı ilə kredit müqaviləsi bağlayaraq 3000 manat məbləğində kredit götürmüşdür. Eyni vaxtda 18 dekabr 2008-ci il tarixində MM “KredAqro” Qeyri Bank Kredit Təşkilatı ilə cavabdehə zamin olduğum üçün onunla və İddiaçı ilə zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh götürdüyü krediti vaxtında ödəyə bilmədiyi üçün MM “KredAqro” Qeyri Bank Kredit Təşkilatı ilə problemlər yaranmış və nəticədə kredit təşkilatı borcun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Lənkəran rayon məhkəməsinin 04 mart 2011-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 819.63 manat məbləğində əsas borc, 216.34 manat məbləğində faiz borcu, 1446 manat məbləğində cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla cəmi 2501.97 manat məbləğində pulun tutularaq MM “KredAqro” Qeyri Bank Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldiyindən və cavabdeh borcu ödəmədiyindən kredit borcu onun əmək haqqından və pensiyaya çıxdıqdan sonra pensiyandan tutulmuşdur. Belə ki, kredit borcunun onun əmək haqqından və pensiyasından tutulması ilə bağlı sənədi də vardır. İddia ərizəsinə əlavə olunan sənəddən görünür ki, onun tərəfindən hazırki, vaxtadək ümumilikdə 1750.47 manat cavabdehin əvəzinə ödənilmişdir. Hazırda əmək haqqından və pensiyasından tutulmuş həmin pulu cavabdehdən tələb edəndə cavabdeh pulu qaytarmaqdan imtina edir. Baxmayaraq ki, krediti cavabdeh götürüb, o, isə ona ancaq zamin qalıb. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 1750.47 manat məbləğində pulun və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(049)-116/2011 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməklə cavabdehlər Cavabdeh, İddiaçı və X2 müştərək qaydada 819.63 manat məbləğində əsas borc, 216.34 manat əsas məbləğə hesablanmış faiz borcu, hər gecikdirilmiş günə görə cərimə 1446 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 2501.97 manat tutularaq “KredAqro” Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. “KredAqro” Bank Olmayan Kredit Təşkilatının Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 01 sentyabr 2022-ci il tarixli, 716 saylı məktubunun surətindən görünür ki, “KredAqro” Bank Olmayan Kredit Təşkilatı Lənkəran Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(049)-116/2011 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə təyin olunmuş məbləğin tam olaraq ödənildiyini nəzə alıb “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsi xahiş edilmişdir. AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1954-cü ildə Masallı rayonu, Musaküçə kəndində anadan olmaqla Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatdadır "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus 676867******5198 nömrəli maestro pension kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək tutulmalar aparılmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 38 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(049)-116/2011 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilməklə cavabdehlər Cavabdeh, İddiaçı və X2 müştərək qaydada 819.63 manat məbləğində əsas borc, 216.34 manat əsas məbləğə hesablanmış faiz borcu, hər gecikdirilmiş günə görə cərimə 1446 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 2501.97 manat tutularaq “KredAqro” Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən İddiaçı məxsus 676867******5198 nömrəli maestro pension kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulmalar aparılmışdır. “KredAqro” Bank Olmayan Kredit Təşkilatının Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 01 sentyabr 2022-ci il tarixli, 716 saylı məktubuna əsasən “KredAqro” Bank Olmayan Kredit Təşkilatı Lənkəran Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(049)-116/2011 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə təyin olunmuş məbləğin tam olaraq ödənildiyini nəzə alıb “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsi xahiş edilmişdir. Bununla da zamin İddiaçı həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə baxışında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475-ci maddəsinə uyğun olaraq Cavabdeh 1750.47 manat pulun və 38 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1750.47 manat pul və 38 manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-299/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-299/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver