Məhkəmə qərarları › İş №2(049)-3028/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3028/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3028/2023 11.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Xənəli oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh Xənəli oğluna qarşı «alimentin məbləgin artırılması» tələbinə dair, qarşılıqlı iddia üzrə Cavabdeh Xənəli oğlunun İddiaçı qarşı «alimentin tutulması qaydasının dəyişdirilməsi dəyişdirilməsi» tələbinə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı məhkəməyə müraciət edərək Lənkəran rayon məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(049-3496/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırılmaqla, ondan, yəni Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşna çatanadək saxlanılmaları üçün hər ay hər üşaq üşün 220 manat olmaqla cəmi iki uşaq üçün 440 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi və mediasiya prosesinin həyata keçirilməsi üçün ödədiyi 55 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə müraciət edərək 28 yanvar 2011ci il tarixdə anadan olmuş X5 və 17 avqust 2012-ci il tarixdə anadan olmuş X6 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Lənkəran rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(049)-3496 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulması qaydasının dəyişdirilərək alimentin əmək haqqının üçdə bir hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran rayon Gərmətük qəsəbəsində anadan olmuşdur. Cavabdeh ilə 2007-ci il tarixində ailə qurub,nikahları isə 2011-ci il tarixdə rəsmiləşdirmişdir. Onların birgə nikahdan 28 yanvar 2011-ci il tarixdə Asmin və 17 avqust 2012-ci il tarixdə İlham adlı iki uşaqları dünyaya gəlmişdir. Aralarında olan narazılıqlara görə münasibətləri pozulmuş və ayrılmışlar. Nikah qeydinin pozulması ilə əlaqədar Lənkəran rayon məhkəməsinə etdiyi müraciətin əsasında Lənkəran rayon məhkəməsi tərəfindən 09 oktyabr 2014-cü il tarixli 2(049)-1265/2014 saylı qətnaməsi ilə nikahlarının pozulması qət edilmişdir. Uşaqları onun himayəsində qalmışlar, lakin cavabdeh uşaqlarının saxlanması üçün heç bir maddi köməklik göstərmədiyindən uşaqların saxlamaqdan çətinlik çəkdiyinə görə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinə 05 may 2015-ci i tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat miqdarındı alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bir müddət keçdikdən sonra 2018-ci il tarixdə alimentin miqdarının dövlət tərəfindən artmasını eşidib və o, da alimentin artırılması ilə əlaqədar Lənkəran rayon məhkəməsinə iddia ərizəsi verib, Lənkəran rayon məhkəməsi iddianı qismən təmin edib və 2(049)-3496/2018 saylı qətnamə əsasında 28 yanvar 2011-ci il tarixdə anadan olmuş X2 və 17 avqust 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir üşaq üçün 110 manat olmaqla, iki üşaq üçün cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsini qət etmişdir. Hazırda həmin vaxtdan 5 il müddət keçmişdir və hazırkı dövrə münasibətdə həmin məbləği uşaqların saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 10-15 dəfədən də çox artmışdır. Ərzağın qiyməti, geyimlərin qiyməti artmışdır. Eyni zamanda uşaqlar artıq böyüyüblər, məktəblidirlər və aylıq tələbatları artmışdır. Beləliklə, uşaqların saxlanmaları üçün xərc hər ay hər uşaq üşün ayda 450-500 manat həddində olur. O, tək həmin xərci ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İşin məhkəmə baxışında iştirak edən iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, heç bir yerde işləmir və rəsmi gəliri yoxdur. İki uşağı da onunla yaşayır. İddia tələbinin təmin, qarşılıqlı iddanın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin rəsmi iş yeri var və o, hal hazırda Bakı şəhəri, Nizami Şıhır Rayon Polis Şöbəsində növbətçi köməkçisi vəzifəsində işləyir. Aylıq 800 manat civarında əmək haqqı alır. Cavabdehin aylıq gəliri rəsmi olduğu üçün alimentin ödənilməsi qaydasının dəyişdirilərək, hər ay cavabdehin gəlirinin üçdə bir hissəsi miqdarında ondan alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - X11r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - X11r. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X13 arasında olan nikah ləğv edilmişdir və bu barədə 23 aprel 2015-ci tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən 54 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)- 3496/2018 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə Cavabdeh X8 xeyrinə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 110 manat olmaqla, ümumilikdə hər ay sabit pul məbləğində 220 manat məbləğində alimentin tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 220 manat məbləğində alimentin tutulmasına Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-3496/2018 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-3496/2018 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən müəyyən edilir ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödənilmişdir və AR MPM-nin 119-cu maddəsinin tələbinə əsasən, həmin vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-3496/2018 saylı qətnaməsi ilə tutulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq və tutulması qaydası dəyişdirilərək hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşağa 160 (yüz atımış) manat olmaqla, ümumilikdə 320 (üç iyirmi) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Ödənilmiş mediasiya xərcinə dair 55 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar