Məhkəmə qərarları › İş №2(049)-3052/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3052/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3052/2023 18.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 1.000 manat pulun və dövlət rüsumuna görə 30.40 manat, cəmi 1.030.40 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1959-cui ildə Lerik rayonu, Qosmaliyan kəndində anadan olmuşdur. O, Cavabdeh 2-3 ildir ki, tanıyır. İş üzrə Cavabdeh 2022-ci ilin yanvar ayında onun yanına gələrək ondan 1.000 manat məbləğində borc pul istəyib və bildirib ki, aldığı 1.000 manat pulu 10 iyul 2022-ci il tarixdə qaytaracaq. İddiaçı da onu tanıdığı üçün humanistlik, insaniyyətlik və xeyirxahlıq göstərərək cavabdehə 1.000 manat əl borcu verib. Cavabdeh bu barədə ona ərizə verib və yuxarıda qeyd etdiyi kimi ondan 1.000 manat məbləğində pulu aldığını və 10 iyul 2022-ci il tarixdə qaytaracağını orada qeyd etmişdir. Həmin ərizə notariusda da təsdiq edilmişdir. Lakin Cavabdeh ondan aldığı 1.000 manat məbləğində pulu söz verdiyi vaxtda, yəni 10 iyul 2022-ci il tarixdə qaytarmamış və hazırda da qaytarmaq istəmir. Beləliklə, cavabdehə verdiyi 1.000 manat borcunu ona qaytarmaqdan imtina edir. Bu səbəbdən də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-395 reyestr nömrəsi ilə təsdiqlənmiş Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il taixli ərizədə qeyd etmişdir ki, İddiaçı 1.000 (min) manat məbləğində borc pul almışdır və həmin məbləği xx.xx.2022-ci il tarixdə qaytaracaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında şifahi əqd bağlanmışdır və həmin əqd əsasında cavabdehin iddiaçı qarşısında 1.000 manat ödəniş etməsi öhdəliyi yaranmışdır. Tərəflərin arasında yaranmış münasibət əsasında cavabdehin hüquqi əsası olmadan əsassız varlanması da öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.000 manat və 30.40 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, ümumilikdə 1.030,40 (min otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar