Məhkəmə qərarları › İş №2(049)-307/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-307/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-307/2024 23.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1710/2022 №-li, 23 may 2022-ci il tarixli icra vərəqəsinin icrası üçün ondan utulmuş 1.675,41 manat məbləğində ödənilmiş pulun və 37 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin mart ayında qohumu, eləcə də Cavabdeh "xxxx" MMCdən kredit götürməsi barədə ona bildirərək, götürülən kreditə zamin durmağını xahiş etmişdir. cavabdehlə birlikdə 19 mart 2021-cu il tarixində "xxxx" MMC-yə müraciət edərək, Cavabdeh arasında 19 mart 2021-ci il tarixli № 00212- 0197-03 saylı kredit müqaviləsi bağlanaraq, borcalana 18 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1100 manat məbləğində kredit verilmişdir. Götürülmüş kredit üzrə "xxxx" MMC ilə onun arasında 19 mart 2021-ci il tarixli №o 00212-0197-03/Z/0 saylı zaminlik müqaviləsi bağlanaraq, zaminlik müqaviləsinin müvafiq bəndinə əsasən, öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürmüşdür. Bir müddət ödəniş etdikdən sonra Cavabdeh aylıq ödənişləri etməkdə çətinliklərlə qarşılaşaraq, tələbkar təşkilat tərəfindən yazılı və şifahi şəkildə borcun ödənilməsi tələbinə dair hər ikisinə xəbərdarlıqlar olunmuşdur. Problemin həlli ilə bağlı dəfələrlə Cavabdeh müraciət edərək, məsələni kredit İttifaqına müraciət edərək müsbətə doğru həllini təklif etsə də, o buna məsuliyyətsizcəsinə yanaşmışdır. Qısa bir müddətdən sonra 23 may 2022-ci il tarixdə 2(049)-1710/2022 saylı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin qəbul etmiş olduğu qətnaməsini poçt vasitəsi ilə alınca, artıq Cavabdeh "xxxx" MMC-dən götürmüş olduğu kredit borcunun ödəmədiyinin şahidi olmuşdur. İcra məmuru Elvin Babayev icra vərəqəsinin hərəkətsiz qaldığını görərək, aldığı təqaüdə hər ay 50% olmaqla sərəncamı qoymaqla bağlı qərar qəbul etmişdir. Cavabdeh təqaüdündən tutulan aylıq tutulmaları tələb etsə də, bu günə qədər tutulan pulu qaytarmaqdan imtina etmişdir. Hal-hazırda cavabdehlə aralarında heç bir münasibət də yoxdur. Odur ki, Cavabdeh "xxxx" MMC-yə olan 1.565,81 manat borc vəsaitinin və ümumi borca hesablanmış 7% həcmində, yəni 109,60 manat icra ödənişinin tərəfimdən ödənilməsinə baxmayaraq, ona olan borcunu ödəməkdən imtina etdiyi üçün, məsələnin daha sivil qaydada, məhkəmə icraatında həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1710/2022 №-li, 23 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2021-ci il tarixli 00212-0197-03 saylı kredit müqaviləsinin və digər cavabdeh İddiaçı ilə bağlanan 00212-0197-03/Z/0 saylı zaminlik müqaviləsinin ləğv edilərək, 1100.00 manat əsas borcu, 259.61 manat faiz borcu, 140.20 manat cərimə borcu olmaqla, cəmi 1529.81 (bir min beş yüz iyirmi doqquz manat, 81 qəpik) manat borcu və iş üzrə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən iddia təmin edilərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2021-ci il tarixli 00212-0197-03 saylı kredit müqaviləsi, cavabdeh İddiaçı ilə bağlanan 00212-0197-03/Z/0 saylı zaminlik müqaviləsi ləğv olunmuş, cavabdehlər Cavabdeh, İddiaçı müştərək qaydada 1100.00 manat əsas borcu, 259.61 manat faiz borcu, 140.20 manat cərimə borcu olmaqla, cəmi 1529.81 (bir min beş yüz iyirmi doqquz manat, 81 qəpik) manat borcu və iş üzrə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1710/2022 №-li, 23 may 2022-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı və Cavabdeh cəmi, 1.529,81 manat borc pul və 36 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Borclu İddiaçı inkasso sərəncamı əsasında ümumilikdə 1.565,81 manat borc tutularaq tələbkar "xxxx" MMC-nin hesabına və ümumi borca hesablanmış 7% həcmində, yəni 109,60 manat tutularaq icra ödənişinin icra məmurlarının DXA xüsusi fonduna ödənilmişdir. Kapital bank ödəniş Qəbzdən görünür ki, iddianın verilməsi üçün 37(otuz yeddi) manat dövlət rüsumunu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 470-ci maddəsinə görə: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472-ci maddəsinə görə: 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475-ci maddəsinə görə: 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və İddiaçı kredit müqaviləsinin ödənilməsi üçün zamin kimi öhdəliyi öz üzərinə götürmüş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1710/2022 №-li, 23 may 2022-ci il tarixli qətnaməsinə əsasən borclular İddiaçı və Cavabdeh cəmi, 1.529,81 manat borc pul və 36 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilmiş və məhkəmə aktı icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu İddiaçı inkasso sərəncamı əsasında ümumilikdə 1.565,81 manat pul tutularaq tələbkar "xxxx" MMC-nin hesabına və ümumi borca hesablanmış 7% həcmində, yəni 109,60 manat tutularaq icra ödənişinin icra məmurlarının DXA xüsusi fonduna ödənilmişdir. Beləliklə ki, İddiaçı zamin kimi ödəməyi öhdəlik götürdüyü borc məbləğini Cavabdeh əvəzinə ödəmişdir. MM-nin 475.1-ci maddəsinin tələbindən müəyyən olunur ki, zamin borclunun öhdəliyin icra etdikdə kreditin tələb hüququ bütövlükdə zaminə keçir və zamin öhədliyin icra edilməsi ilə bağlı çəkdiyi bütün xərcləri borcludan tələb edə bilər. İddiaçı zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, Cavabdeh kreditor "xxxx" MMC qarşısında olan öhdəliklərini, yəni borcunu qaytarmaq öhdəliyini yerinə yetirdiyindən tələb hüququ İddiaçı keçmiş, o da icra etdiyi 1.529,81 manat borc pul və 36 manat dövlət rüsumu, habelə məcburi icra ödənişlərinə görə tutulmuş 109,60 manatı Cavabdeh tələb etməkdə haqldır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla, tam şəkildə təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.675,41 (bir min altı yüz yetmiş beş tam yüzdə qırx bir) manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 37 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.675,41 (bir min altı yüz yetmiş beş tam yüzdə qırx bir) manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 37(otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar