Məhkəmə qərarları › İş №2(049)-3101/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3101/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3101/2022 05.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh Məmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məmməd oğluna qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Məmməd oğlundan 2000 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ilin mart ayında Cavabdeh Məmməd oğlu iddiaçıdan 2000 manat borc istəmiş və iki üç aya qaytaracağını bildirmişdir. İddiaçı da X4, X1 və X2 yanında 2000 manat pulu Cavabdeh Məmməd oğluna vermişdir. Borc verdiyi vaxtdan 3 ay keçəndən sonra pulunu cavabdehdən tələb etdikdə, cavabdeh 1 ay da möhlət istəmiş, iddiaçı da möhlət vermişdir. Bundan sonra pulunu cavabdehdən tələb etsə də, cavabdeh pulu könüllü qaytarmaq istəmişdir. Cavabdehi tanıdığı üçün qəbz almamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, göstərdi ki, Lənkəran rayonu, Girdəni kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Cavabdehlə iş birliklərinin olduğunu, iş birliyi çərçivəsində sonuncuya borc verdiyini və borcununun qaytarılmadığını bildirdi. Cavabdehlə broyler toyuğu alışı-satışı barədə mübahisə isə tamamilə ayrı mübahisədir və onun hazırkı borc münasibətləri ilə əlaqəsi yoxdur. Cavabdeh dəfələrlə borcunu aytarmasını bildirsə də, sonuncu bundan imtina etmişdir. O, dəfələrlə tanışları Amil Hüseynov və Ramid Hümmətovla birlikdə Cavabdeh evinə və iş yerinə getsələr də, sonuncunu tapa bilməmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Məmməd oğlu izahatında bildirdi ki, iddianı rədd edir. İddiaçı ilə onun birlikdə iş birliyi olmuşdur, lakin onun iddiaçıya heç bir borcu qalmamışdır. Onlar arasında olan iş birliyi toyuq alış-satışı ilə bağlı olmuş və həmin zaman yaranan mübahisə də məhkəmədə həll edilmiş və Lənkəran rayon məhkəməsinin qətnaməsi ilə tələb rədd edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin qətanməsi ilə də qüvvədə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı Fətula oğlu onun kürəkənidir, cavabdehi isə kürəkəninin tanışı kimi tanımışdır. 2018-ci ilin mart ayında kürəkəni İddiaçı iki dostu ilə onun yaşadığı Lənkəran rayonu Girdəni kəndindəki evinin həyətinə gəlmişdir. O, efin eyvanında olmuş və kənardan onlara baxmışdır. Bir qədər sonra hazırda vababdeh olan Cavabdeh oraya gəlmiş və kürəkəni İddiaçı pul sayaraq Cavabdeh vermişdir. Pulun miqdarını həmin vaxt bilməmişdir. Daha sonra kürəkənindən bu barədə soruşduqda sonuncu ona Pərvizin Axundovun tanışı olduğunu, 2000 manat borc verdiyini və üç aya qaytaracağını bildirmişdir. Dadha sonra bu barədə maraqlanamışdır. Sonradan bilmişdir ki, Cavabdeh borcunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı ilə dostdur, Cavabdeh Məmməd oğlunu isə İddiaçı tanışı kimi tanımışdır. 2018-ci ilin mart ayının ortalarında o, İddiaçı və digər dostu Amil Hüseynovla birlikdə İddiaçı qaynatası Ədalət Səfərova məxsus, Lənkəran rayonu, Gİrdəni kəndində olan evin həyət qapısının qarşısında olan zaman Cavabdeh avtomobil ilə gələrək onlarla görüşmüş və həmin vaxt Pərviz Babayev onların yanında 2000 manat sayaraq Cavabdeh vermişdir. Cavabdeh pulu aldqdan sonra avtomobili ilə oradan uzaqlaşmışdır. Həmin vaxt Cavabdeh avtomobilinin nömrəsinə fikir verməmiş və hadisənin üstümdən xeyli vaxt keçdiyindən avtomobil yadında qalmamışdır. Sonradan bu barədə İddiaçıd\ən soruşduqda sonuncu Cavabdeh borc verdiyini bildirmişdir. Bir müddət sonra, təxminən 4-5 ay keçdikdən sonra İddiaçı ona Cavabdeh borcunu qaytarmadığını və buna görə onunla birlikdə Cavabdeh məxsus evə və iş yerinə getməyi xahiş etmiş və o, İddiaçılə birlikdə 4-5 dəfə Cavabdeh evinə və iş yerinə getmiş, lakin Cavabdeh tapa bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, İddiaçı ilə dostdur, Cavabdeh Məmməd oğlunu isə İddiaçı tanışı kimi tanımışdır. 2018-ci ilin mart ayının ortalarında o, İddiaçı və digər dostu Amil Hüseynovla birlikdə İddiaçı qaynatası Ədalət Səfərova məxsus, Lənkəran rayonu, Gİrdəni kəndində olan evin həyət qapısının qarşısında olan zaman Cavabdeh avtomobil ilə gələrək onlarla görüşmüş və həmin vaxt Pərviz Babayev onların yanında 2000 manat sayaraq Cavabdeh vermişdir. Cavabdeh pulu aldqdan sonra avtomobili ilə oradan uzaqlaşmışdır. Həmin vaxt Cavabdeh avtomobilinin nömrəsinə fikir verməmiş və hadisənin üstümdən xeyli vaxt keçdiyindən avtomobil yadında qalmamışdır. Sonradan bu barədə İddiaçıd\ən soruşduqda sonuncu Cavabdeh borc verdiyini bildirmişdir. Bir müddət sonra, təxminən 4-5 ay keçdikdən sonra İddiaçı ona Cavabdeh borcunu qaytarmadığını və buna görə onunla birlikdə Cavabdeh məxsus evə və iş yerinə getməyi xahiş etmiş və o, İddiaçılə birlikdə 4-5 dəfə Cavabdeh evinə və iş yerinə getmiş, lakin Cavabdeh tapa bilməmişlər İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 33 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçınən izahatından və şahidlərin ifadələrindən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 2000 manat pulu bir dəfəyə olmaqla borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni şahid ifadələri mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə, iş üzrə təklif olunan şahidlərin iddiaçının tanışları və birinin qohumu olmasını nəzərə alır, lakin bununla yanaşı şahid ifadələrinin mötəbərliyi özünü onda göstərir ki, hər bir şahid ifadəsi ayrı-ayrılıqda baş vermiş hadisənin təffərrüatları, mexanizmi, ardıcıllığını tam ağlabatan olaraq formalaşdırmaqla tamamlayır və biri digərini tamamlayan və iş üzrə yekun nəticəyə imkan verən zəmin yaradır. Məhkəmə, hər bir şahidin ifadəsini ayrı-ayrılıqda və müqayisəli şəkildə araşdıraraq hesab edir ki, həmin şahid ifadələri iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş nateriallarından görünür ki, iddiaçı dövlət rüsumu kimi 40 manat deyil, 33 manat ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin edilsin. Cavabdeh Məmməd oğlundan 2000 manat borc pul və dövlət rüsumu olaraq ödənilmiş 33 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar