Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3113/2023 19.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Azərbaycan Respublı̇ kası Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yinin 3 Saylı Regı̇ onal Ekologı̇ ya və Təbı̇ i Sərvətlər İdarəsı̇ nin cavabdeh Ağayev Sadı̇ q Kərı̇ m oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublı̇ kası Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yinin 3 Saylı Regı̇ onal Ekologı̇ ya və Təbı̇ i Sərvətlər İdarəsı̇ nin cavabdeh Ağayev Sadı̇ q Kərı̇ m oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: ddiaçı Azərbaycan Respublı̇ kası Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yinin 3 Saylı Regı̇ onal Ekologı̇ ya və Təbı̇ i Sərvətlər İdarəsı̇ nin cavabdeh Ağayev Sadı̇ q Kərı̇ m oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3113/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3113/2023
19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver