Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-312/2023 23.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi,İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndələri, “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh2 Davud oğluna qarşı su yolunun açılması, yağış və qrunt sularının azıdılmasına törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında videokonfrans əlaqə sistemi vasitəsilə 23 noyabr 2023-cü il tarixdə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Davud oğluna qarşı su yolunun açılması, yağış və qrunt sularının azıdılmasına törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, onun və ailə üzvləri olan X7, X5, X1 və X2 mülkiyyətinə Lənkəran rayonunun Separadi kəndi ərzisində kənd təsərrüfatı məhdullarımn istehsalı üçün 0.5456 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin onların mülkiyyətlərində olaması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmaqla Hüququqların Dövlət qeydiyyatın haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇİXARİŞ verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətçi kimi tərəfindən təyinatı üzrə əkin sahəsi kimi istifadə edilir. Həmin torpaq sahəsindən yağış və qurunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanal çəkilmiş və həmin kanalın bir hissəsi onun və digər ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən, çox hissəsi isə cavabdeh "xxxx" MMC tərəfindən salınmış meyvə bağlarından keçir. Həmin suötürücü kanalın axar hissəsi onların mülkiyyətlərində olan torpaq sahəsini keçməklə cavabdehin istifadəsində olan hissədən, suların axıdılması üçün nəzərdə tutulmuşdur. Lakin cavabdeh "xxxx" MMC həmin ərazini alıb meyvə bağı saldıqdan sonra su kanalının onun ərazisində qalan hissəsini dolduraraq yağış və qurunt sularının axıdılmasınm qarşısını kəsmiş və bunun nəticəsində də mülkiyyətində olan torpaq sahəsindən sərbast istifadə etməyə, orada becərdiyi kənd təsərrüfatı məhsullarının becərilməsinə və torpağın qurunt sularından təmizlənməsinə maneə yaradır. Cavabdehin bu qanunsuz hərəkətləri ilə bağlı olaraq əvvəl onların özləri ilə profılaktik söhbətlər aparılmış və həmin su kanalının qarşısını açılması xahiş edilsə də, cavabdeh buna məhəl qoymadığından həmin kanalın məxsus olduğu X4 Hidroqovşağı İstismarı idarəsinə müraciət etmişdir. Həmin idarənin və əməkdaşlarının iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, kəndin və onların əlində olan xəritələrlə həmin su kanalının mövcudluğu öz təsdiqini tapmış və cavabdeh tərəfindən həmin kanalın qarşısının torpaqla doldurulması müəyyən edilmişdir. Lakin həmin idarənin əməkdaşları tərəfindən cavabdehə kanalın əvvəlki vəziyyətə gətirilməsindən ötrü tövsiyyələr verilsə də, cavabdeh həmin qanalın qarşısını açmamış və hazırki halda cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində yağış və qurunt suları axa bilmədiyi üçün onun istifadəsində olan və eyni zamanda mülkiyyətində olan torpaq sahəsini təyinatı üzrə kənd təsərrüfatında istifadə edə bilmir, yağış suları həmin kanaldan axa bilmədiyindən kanal su ilə dolaraq onun əkin sahəsinə axmaqla təsərrüfatına ziyan vurur. Cavabdehin qanunsuz hərəkətləri barəd Lənkəran ŞRPŞ-yə şikayət etmiş və polis şöbəsi tərəfindən ona işin mülki xaratkerli olması və buna görə də məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdeh "xxxx" MMC tərəfindən doldurulmuş Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qurunt sulrınm axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısının cavadehin öz hesabına açılması və həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneənin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında, eləcədə məhkəmə baxışı iclasında iddiasını müdafiə edib, ekspert rəyi ilə razı olduğunu bildirib iddiasının təmin olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq və hazırki məhkəmə iclaslarında Cavabdeh1 MMC-nin nümayəndələri Vəkil2 və Vəkil1 ayrı ayrılıqda iddianı qəbul etməyib ekspert rəyi ilə razı olmadıqlarını göstərib onun təmin olunmamasını xahiş etmişlər. Vəkil1 əlavə olaraq göstərmişdir ki, ekspert rəyi mütəxəssis rəyinə əsasən verilmiş, mütəxəssis məhkəmə iclasına dəvət olunsa da, məhkəmə iclasına gəlməmiş, həmin mütəxəssis başqa bir mülki iş üzrə bundan fərqli rəy verərək iddiaçının mübahisələndirdiyi ərazidə iki kanalın, indiki rəyində isə bir kanalın olduğunu göstərmiş, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Məhkəmə iclasında vaxtı və yeri barəsində digər Cavabdeh2 Davud oğluna lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutub hazırlıq iclasını onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndələrinin vəsatətləri ilə dindirilmiş şahid X3 göstərmişdir ki, Cavabdeh1 MMC-də təsərüfat rəhbəri işləyir. İddiaçı tərəfindən mübahisələndirlən kanalı özləri, Bakı şəhərindən gətirdikləri ekskovatorla 2018-ci ildə çəkdirmişlər. Sonradan təsərrüfatları böyüdüyündən, həmin kanala ehtiyaclarıl qalmamış və təsərrüfatlarına başqa yerdən su kanalı çəkdirmişlər. Köhnə kanalı, özlərinə aid hissədə bağlamışlar. İddiaçının hissəsində isə açıq olaraq qalmışdır. Həmin kanal "xxxx" MMC-nin təsərrüfatı ilə iddiaçının təsərrüfatı arasında "xxxx" MMC-nin ərazisinin içərisindən, çəpərdən içəri tərəfindən çəkilmiş, sonradan həmin kanalı doldurdudan sonra, çəpərlərini öz tərəflərinə çəkərək arxı çəpərlərindən bayırda saxlamışlar. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddaiçının və cavabdeh "xxxx" MMC-nin nümayəndələrinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını, ekspertin rəyini araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmaqla Hüququqların Dövlət qeydiyyatın haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇİXARİŞdan görünür ki, Lənkəran rayonunun Separadi kəndi ərzisində kənd təsərrüfatı məhdullarımn istehsalı üçün 0.5456 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçı və digər şəxslərin adına dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 1639/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsinin şimal sərhədi boyu (məhkəmə predmeti olan sözügedən ərazidə) suötürücü kanalın olması, həmin suötürücü kanalın uzunluğunun orta hesabla 940 m, eninin (kanalın mühafizə zolağı ilə birlikdə) isə 14-15 m olması müəyyən olması müəyyən olunmuş, su ötürücü kanal suların nəql edilməsi, paylanması, əkin sahələrinin suvarılması, əkin sahələlərində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının axıdılması və içün nəzərdə tutulmuş, həmin suötürücü kanalın uzunluğunun, yəni başlanğıc nöqtəsi ilə bitmə nöqtəsi arasındakı məsafənin orta hesabla 940 m olması, yerində isə həmin kanalın faktiki mövcud olan hisssəsinin orta hesabla 225 m (kanalın naturada mövcud olan həmin 225 m hissəsi İddiaçı və onun ailə üzvlərinin istifadələrində olan torpaq sahəsi ilə həmsərhəd) olması, sözügedən kanalın qalan orta hesabla 715 m hissəsi isə cavabdeh "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi, kanalın cavabdeh "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən (uzunluğu 715 m, eni 14-15 m) hissəsinin isə faktiki olaraq torpaqla doldurulması, həmin suörtücü kanalın su obyektlərinə aid ümumi istifadə üçün nəzərdə tutulması, Separadi kəndindinin ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün iddia edilən yerdə alternativ suötürücü kanalın olması müəyyən edilməməsi müəyyən olunmuşdur. Ekspert rəyinə əlavə edilmiş bildsirşdən görünür ki, ekspertiza tədqiqatlnln dəyəri 50 manat təşkil eləyir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mütəxəssis rəyinə görə 95 manat xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılmasına görə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflər arasında olan mübahisəyə qiymət verərək qeyd edir ki, mövcud baza məlumastlarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsinin şimal sərhədi boyunca uzunluğu orta hesabla 940 m, eni, kanalın mühafizə zolağı ilə birlikdə isə 14-15 m olan suötürücü kanalı mövcuddur, həmin kanal suların nəql edilməsi, paylanması, əkin sahələrinin suvarılması, əkin sahələlərində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş, kanalın orta hesabla 715 m hissəsi cavabdeh "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi və həmin hissənin faktiki olaraq torpaqla doldurulması, həmin suörtücü kanalın su obyektlərinə aid ümumi istifadə üçün nəzərdə tutulması, iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün iddia edilən yerdə alternativ suötürücü kanalın olmaması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Qeyd olunan Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Qeyd olunan Məcəllənin 175.3-cü maddəsinə əsasən isə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Yəni sonuncu normanın mənasından görünür ki, cavabdehin özbaşnalığı nəticəsində doldurulmuş suğtürücü kanala görə iddiaçının dözmək vəzifələri əmələ gəlmir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bununla bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli suotürücü kanal ümumi istifadə üçün nəzərdə tutulmuş kanaldır, həmin kanalın çox hissəsi cavabdeh "xxxx" MMC tərəfindən torpaqla doldurulmuşdur. İddiaçının ümumi istifadə üçün nəzərdə tutulmuş həmin kanaldan istifadə etmək hüququ vardır və cavabdehin kanalı doldurması iddiaçının həmin kanaldan istifadə etməməsi üçün əsas ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, direktoru Cavabdeh2 Davud oğlu olan cavabdeh "xxxx" MMC tərəfindən doldurulmuş Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qurunt sulrının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısı cavadehin öz hesabına açılmalı və həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneə aradan qaldırılmalı, cavabdeh tərəfindən bu cür qanunsuz hərəkətlərinə son qoyulmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi Vəkil1 mütəxəssisin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsi, həmin mütəxəssisin başqa bir mülki iş üzrə fərqli rəy verərək iddiaçının mübahisələndirdiyi ərazidə iki kanalın, indiki rəyində isə bir kanalın olduğunu göstərməsi, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması barədə məhkəmədə göstərdiyinə qiymət verərək qeyd edir ki, əslində mütəxəssis başqa bir mülki iş üzrə alternativ kanalın olduğunu göstərmiş, hazırki rəyində isə altermativ kanalın olmadığını qeyd etmişdir. Alternativ kanalın olubolmamasından asılı olmayaraq cavabdehin əvvələr mövcud olmuş və ümumi istifadə üçün nəzərdə tutlmuş su kanalını özbaşına doldurmaq hüququ olmamışdır. İddiaçı haqlı olaraq əvvəllər mövcud olmuş əlaqə xəttinin bərpasını tələb etmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli ilə bağlı alternativ kanala dair mütəxəsisin izahat verilməsinə zərurət qalmamışdır. İddiaçının subyektiv hüququna gəldikdə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Belə ki, ekspert rəyindən də göründüyü kimi, mübahisələndirilən su kanalı ümumi, o cümlədən də iddiaçının istifadəsi üşün nəzərdə tutulmuşdur. İddiaçının həmin kanaldan istifadə hüququ cavabdseh "xxxx" MMC tərəfindən pozulmuşdur. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı da qanunla nəzərdə tutlmuş bu hüququndan istəfadə edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat xidmət haqqı və iddia ərizəsinə məhkəmədə baxılmasına görə ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 195 manat cavabdeh "xxxx" MMC-ə aid edilməli və ondan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh "xxxx" MMC-ə aid edilməli və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh2 Davud oğluna qarşı su yolunun açılması, yağış və qrunt sularının azıdılmasına törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilsin. Direktoru Cavabdeh2 Davud oğlu olan cavabdeh "xxxx" MMC tərəfindən doldurulmuş Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qurunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısı cavadehin öz hesabına açılsın. Həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneə aradan qaldırılsın. Cavabdeh “Lenk-Fruit MMC-nin direktoru Cavabdeh2 Davud oğlu tərəfindən bu cür qanunsuz hərəkətlərinə son qoyulsun. İddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat xidmət haqqı və iddia ərizəsinə məhkəmədə baxılmasına görə ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 195 manat cavabdeh "xxxx" MMC-ə aid edilsin və ondan tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh "xxxx" MMC-ə aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2(049)-312/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-312/2023
23.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver