Məhkəmə qərarları › İş №2(049)-3153/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3153/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3153/2024 31.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat və 30 (otuz) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh təklifi ilə övladının müəlliməsi olduğundan ona etibar edərək ürək qüsurlu əlil övladının müalicəsi üçün pul toplamaq məqsədilə lotereya oynuna 2023-cü ilin oktyabr ayından 2024-cü il mart ayınadək 1.000 manat almaq şərtilə qoşulmuşdur. Hər ay 100 manat məbləğində pul vəsaitini 5 ay müddətində Cavabdeh kartına ödəmişdir. (Qəbzlər var) Lakin mart ayında Cavabdeh pulu ödəməkdən imtina edərək, çoxsaylı israrlardan sonra iddiaçıya 100 manat pul qaytarmışdır. Daha sonra ona hədə qorxu ilə mesajlar yazmışdır və qalan pulu heç bir halda qaytarmayacagını səs yazıları ilə bildirmişdir. O, Cavabdeh hərəkətlərinə hüquqi qiymət verilməsi və pulunun geri qaytarılması üçün Lənkəran şəhər Polis İdarəsinə yazılı müraciət etsə də müraciətinin mülki məsələ olduğu qeyd edilərək məhkəməyə müraciət etməyi barədə yazılı olaraq izah edilmişdir. Hal hazırda 2024-cü il iyul ayında (hər il dörd dəfə övladını reabilitasiya etmək məcburiyyətindədir) övladı müalicə etmək üçün qohum qonşudan borc alır, maddi vəsati ödəmək üçün imkanı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh 500 manat məbləğində pul ödədiyi sübut kimi məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə təsdiq edilir. Oynadıqları lotereyada pul almaq növbəsi ona çatdıqda pulu toplayan Cavabdeh ona bildirmişdir ki, o, oyundan çıxmışdır və pulu ona ödəməkdən imtina etmişdir. Seyranəyə 5 ay müddətində ümumilikdə 500 manat ödəniş etmişdir. Seyranə ona həmin puldan cəmi 100 manatı geri qaytarmışdır və 100 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 24 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahat verərək bildirmişdir ki, İddiaçı ilə həqiqətən də lotereya oynamışlar və Nuranəyə çatmalı olan pul vəsaitini tam şəkildə ona ödəmişdir. Onun Nuranəyə heç bir borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Əməliyyat kodu 96746061 olan ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:31-də +**********85 mobil nömrəsinin istifadəçisi tərəfindən 416973******5730 nömrəli bank kartına 400 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Əməliyyat kodu ********* olan ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:55-də +**********85 mobil nömrəsinin istifadəçisi tərəfindən 523915******4406 nömrəli bank kartına 100 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş: ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:02-də 416973******5730 nömrəli bank kartından 4127******1387 nömrəli bank kartına 400 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. 758600983 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:44-də 416973******5730 nömrəli bank kartından 4127******1387 nömrəli bank kartına 100 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 400 manat məbləğində pul vəsaitini tələb edir. İddiaçının iddia tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərində (cəmi 500 manata dair) ödəyicinin +**********85 mobil nömrəsinin istifadəçisi olduğu və pulun 416973******5730 və 523915******4406 nömrəli bank kartlarına köçürüldüyü qeyd edilir. İddia ərizəsində iddiaçının əlaqə vasitəsi kimi qeyd edilən mobil nömrə qeyd edilmişdir. Cavabdeh tərəfindən sübut kimi məhkəməyə təqdim edilən ödəniş qəbzlərində 400 manat pul vəsaitinin 416973******5730 nömrəli bank kartından 4127******1387 nömrəli bank kartına köçürüldüyü qeyd edilmişdir. İşin faktiki hallarından müəyən edilir ki, cavabdeh iddia ərizəsinə qarşı etirazını əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə 416973******5730 nömrəli bank kartının ona məxsus olduğunu təsdiqləmişdir. İddiaçı da həmin bank kartına pul vəsaitini ödədiyini bildirmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayınadək cavabdehə ödəniş etdiyi müddətdə cavabdeh tərəfindən özünə məxsus olan kartdan 100 manat ödəniş edilmişdir ki, bu hal da iddiaçının iddia ərizəsində qeyd edilmişdir. Cavabdeh trəfindən təqdim edilən ********** nömrəli ödəniş qəbzi həmin dövrdən əvvələ (xx.xx.2023) təsadüf edir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində qeyd edilən dövr ərzində 500 manat vəsait ödənildiyi, cavabdeh tərəfindən isə iddiaçıya 100 manat vəsait ödənildiyi öz təsdiqini tapmışdır. Nəticə etibarilə cavabdehin iddiaçıya 400 manat borcunun olduğu müəyən edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi iahatında da iddiaçı ilə lotereya oynadığını və ondan pul vəsaiti aldığını təsdiqləmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, 400 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, məhkəmə xərclərinə dair hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 400 (dörd yüz) manat məbləğində və iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar