Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3168/2023 21.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katib: X17, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı2 və nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə cavabdeh X8 nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X12 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı 3000 manat kompensasiya verilməsi müqabilində cavabdehin mülkiyyət hüququna xitam verilməsi tələbinə dair ilkin iddiasina, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı kompensasiya verilməsi müqabilində cavabdehin mülkiyyət hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin naturada bölünməsi mümükün olmadığından 3000 manat kompensasiya verilməklə Cavabdeh fərdi yaşayış evi üzərində olan 1/3 hissədə payına münasibətdə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Məlumat üçün bildirirəm ki, Cavabdeh 06 iyul 2023- cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərin və üçüncü şəxsin birgə mülkiyyətlərində olan və Lənkəran rayonunun Siyavar kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı və 1 mətbəxdən ibarət fərdi yaşayış evinə köçürülməsi, həmin torpaq sahəsindən və torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən qanunsuz maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş hal-hazırda Lənkəran rayon Məhkəməsində hakim Muradağa Qasımovun icraatındadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bu baxımdan hesab edirəm ki, evə köçürülmə və kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi ilə bağlı mülki işlər bir-biri ilə əlaqəli olduğundan “prosessual səmərəlilik” baxımından həmin işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Cavabdeh Lənkəran rayonunun Siyavar kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı və 1 mətbəxdən ibarət fərdi yaşayış evi üzərində 1/3 hissədə payı olduğu üçün həmin payın 3000 manat kompensasiya müqabilində İddiaçı2 adına rəsmiləşdirilməsi ilə bağlı əsaslarımı qeyd edirəm. Tərəflərin və ailə üzvlərinin ümumi paylı mülkiyyətlərində olan və Lənkəran rayonunun Siyavar kəndində yerləşən ümumilikdə 0,26 ha həyətyanı torpaq sahəsi vardır və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 7/9 hissəsi İddiaçı1, 1/9 hissəsi Cavabdeh, 1/9 hissəsi də X12 adına rəsm i ləşd i ri İ m işd i r. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı2 tərəfindən inşa edilmiş və bütün xərcləri onun tərəfindən qarşılanmışdır. Hazırki mübahisənin predmeti olmasa da, qeyd edirəm ki, Lənkəran rayon Notariat Kontorunda əsassız olaraq Cavabdeh 1/3 hissədə payı müəyyən edilmiş və İddiaçı2 inşa etdiyi fərdi yaşayış evi üzərində heç bir zəhmət çəkmədən pay sahibi olmuşdur. Lakin İddiaçı2 qardaşı olduğu üçün notariat kontorunda aparılan qanunsuz sənədləşdirməni mübahisələndirməmişdir. Bundan əlavə Cavabdeh hal-hazırda qısa müddətə yaşamaq üçün gəldiyi ev İddiaçı2 mülkiyyətindədir. İddiaçı2 xəstə qardaşı X1 məqsədilə həmin evi ona bağışlasa da, Cavabdeh qanunsuz hərəkətlərini (evi xəstə qardaşından aldatma yolu ilə əldə etmək istəyi) və məhkəməyə verdiyi əsassız iddialarının qarşısını almaq üçün həmin evi adına rəsmiləşdirmişdir. Lakin qeyd olunan evdə qardaşı Cavabdeh yaşamasına mane olmamışdır. Hazırda Cavabdeh Bakı şəhərində evinin olmasına baxmayaraq ayrıayrı vaxtlarda qısa müddətə kəndə yaşamaq üçün gələrkən İddiaçı2 evində yaşayır və bütün əşyaları da ordadır. Hazırda mübahisələndirilən fərdi yaşayış evi üzərində isə Cavabdeh 1/3 hissədə payı vardır. Hansı ki, həmin fərdi yaşayış evinin bütün inşası xərclərini İddiaçı2 ödəmişdir. Buna baxmayaraq İddiaçı2 3000 manat kompensasiya ödəməklə Cavabdeh fərdi yaşayış evi üzərində 1/3 hissədə payına xitam verilməsinə razıdır. Çünki qardaşı Cavabdeh ilə aralarında mübahisə vardır və bir evdə yaşamaları mümkün deyildir. Uzun illər əvvəl kənddən çıxmasına və Bakıda yaşamasına baxmayaraq Cavabdeh ona aid evə və torpaq sahəsinə münasibətdə dəfələrlə iddia ərizəsi ilə məhkəməyə əsassız iddialarla müraciət etmiş və iddiaları təmin edilməmişdir. Tərəflərin aralarında həm əvvəllər, həm də indiki dövrdə məhkəmə mübahisələri olduğundan və birlikdə eyni evdə yaşamaları mümkün olmadığından hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşam. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında göstərilir: “Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüguquna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla hesab edirəm ki, Cavabdeh fərdi yaşayış evi üzərindəki 1/3 hissədə payının 3000 manat kompensasiya verilməklə İddiaçı2 adına rəsmiləşdirilməsi qanunvericiliyin tələbinə uyğundur. Belə ki, iddiaçı Cavabdehlər İddiaçı1 və X14 qarşı «qanun üzrə paylı mülkiyyətin naturada böiünməsi» tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın reyestr nömrəsi **********23-10301, ******* №-li: çıxarışa əsasən paylı mülkiyyətdə olan A literli 145,9 m2 fərdi yaşayış evinin 1/3 hissəsinin və 26 sot torpaq sahəsinin 1/9 hissəsinin naturada onun üçün ayrılmasına və ayrıca çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2021-ci il tarixli 2(049)-1276/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamənin 3-cü səhifəsinin 2-ci abzasında göstərilir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 09 sentyabr 2021-ci il tarixli 10/2800 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, Lənkəran rayonu Siyavar kəndində yerləşən 0.26 ha torpaq sahəsindən iddiaçının payına düşən 1/9 hissənin və ümumi sahəsi: 145.9 m2 olan fərdi yaşayış evindən iddiaçının payına düşən 1/3 hissənin naturada bölünməsinin (ayrılması) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1 -nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur”. Lənkəran rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2021-ci il tarixli 2(049)-1276/2021 saylı qətnaməsinin 2-ci səhifəsinin son və 3cü səhifəsinin 1-ci abazaslarında qeyd edilir: “... 10 saylı Lənkəran Ərazi idarəsinin 05 fevral 2019-cu il tarixli texniki pasportun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonu, Siyavar kəndində yerləşən fərdi yaşayış evinin hüquq sahibləri İddiaçı1 payi 1/3 hissə, X12 payı 1/3 hissə, Cavabdeh payı 1/3 hissədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət- Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Siyavar kəndində 0.26 ha torpaq sahəsində olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır, hüquq sahibləri olan İddiaçı1 payı 1/3 hissə fərdi yaşayış evi, 7/9 hissə torpaq sahəsi, X12 payı 1/3 hissə fərdi yaşayış evi, 1/9 hissə torpaq sahəsi, Cavabdeh payı 1/3 hissə fərdi yaşayış evi, 1/9 hissə torpaq sahəsidir”. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bölünməsi mümkün olmadığından hazırkı, bazar dəyəri müyyən edilərək kompensasiya verilməklə cavabdeh İddiaçı1, müstəqil tələb irəli sürməyən X12 və X5 paylı mülkiyyətində olmaqla Lənkəran rayonu, Siyavər kəndində yerləşən 0.26 ha torpaq sahəsindən cavabdeh İddiaçı1 7/9 hissə payına və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı və 1 mətbəxtdən ibarət fərdi yaşayış evindən 1/3 hissə payına münasibətdə mülkiyyət hüququna xilam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İ Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarı ilə oğlanları X2, X3 və anası X6 birgə mülkiyyətinə 0.26 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi uzun müddət onların mülkiyyətində olmuşdur. Eyni zamanda onlara məxsus torpaq sahəsinin yaxınlığında qardaşı İddiaçı2 mülkiyyətində 0.06 ha torpaq sahəsi olmuşdur. Qardaşı İddiaçı2 məxsus 0.06 ha torpaq sahəsində o vaxtı qardaşlarının imkanı olmadığı üçün onun tərəfindən fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evini o, inşa etsə də, torpaq sahəsi qardaşı İddiaçı2 mülkiyyətində olduğu üçün o, qardaşlarına pul vermişdir ki, həmin fərdi yaşayış evini öz adına dövlət qeydiyyatına aldırsın. Bununla da, qardaşı onun tərəfindən tikilmiş həmin fərdi yaşayış evini onun pulu ilə öz adına dövlət qeydiyyatına aldırmışdır. Çünki, həmin evi qardaşı İddiaçı2 tikə bilməzdi, həmin vaxtı onun buna imkanı yoxdur. Qardaşı İddiaçı2 1997-ci ilin axırında hərbi xidmətdən qayıtmışdır, heç bir yerdə işləmirdi. O, isə 1997-ci ilə qədər Qarabağ bölgəsində xidmət etmiş, 3 qat maaş almış və 1997-ci ildən isə xidmət etdiyi Qarabağ bölgəsindən çıxıb. Astara rayonunda xidmət etmiş və orada da yaxşı maaş almış və həmin torpaq sahəsində yerləşən evi də 1998-1999-cu illərdə tikmişdir, sənəddə isə həmin evin tikilməsi 2002-ci il kimi qeyd edilmişdir. Lənkəran rayonunda qeydiyyatda olmadığı üçün öz adına torpaq sahəsi ala bilməmişdir. Ona görə də həmin fərdi yaşayış evini qardaşlarına məxsus torpaq sahəsində inşa edərək onların adına qeydiyyata aldırmışdır. Həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi qardaşı İddiaçı2 adına qeydiyyata alınsa da, fərdi yaşayış evi onun tərəfimdən tikildiyi gündən orada gəlib, yaşamış, evin qaz və işıq sayğacı onun adına qeydiyyata alınmışdır. Bütün bildirişlərdə də onun adı qeyd edilmişdir. Bundan sonra 2018-ci il tarixdə o, qardaşı İddiaçı2 ilə şifahi razılığa gəlmişdir ki, o, həmin, inşa edilmiş fərdi yaşayış evini və evin yerləşdiyi 0.06 ha torpaq sahəsini ona bağışlasın, onun uşaqları da Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarı ilə onların ikisinin və anam X6 birgə mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin onlara düşən paylarını bunun müqabilində qardaşı İddiaçı2 bağışlasınlar. Bu barədə şifahi razılığa gəlmişlər. Həmin vaxtı Lənkəranda olmadığı üçün digər qardaşı X4 etibarnamə vermişdir ki, o, əvəzinə bütün bu əməliyyatları həyata keçirsin. Bundan sonra qardaşı X10 onun adından digər qardaşı İddiaçı2 ilə Lənkəran rayonu 1 saylı notariat ofisində 17 dekabr 2018-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarı ilə onların ikisinin və anası X6 birgə mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin onlara düşən paylarını qardaşı İddiaçı2 bağışlamışdır. Razılaşdığı kimi bundan sonra da qardaşı İddiaçı2 onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsini ona bağışlamalı idi. Lakin qardaşı İddiaçı2 onu aldadaraq, onun etibarından sui-istifadə edərək əməliyyatı razılaşdığı kimi deyil, öz bildiyi kimi, torpaq sahəsini öz adına dövlət qeydiyyatına aldıqdan sonra həmin torpaq sahəsini özünün ikinci arvadı İddiaçı1 bağışlamışdır. Sənədləşdirmə işlərini aparmaq üçün də pulu ondan almışdır. Çünki, qardaşı ona demişdir ki, sənədləşdirməni təcili etməlidir ki, birinci arvadına pay düşməsin. Bundan sonra da qardaşı İddiaçı2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsini ona bağışlamalı olduğu halda birinci olaraq həmin daşınmaz əmlakı digər xəstə qardaşı X11 bağışlamışdır. Bundan sonra da xəstə qardaşı X7 adına çıxarış aldıqdan sonra demişdir ki, bundan sonra o, da həmin daşınmaz əmlakı qardaşı Cavabdeh bağışla. Bundan sonra da xəstə qardaşı X13 öz növbəsində qardaşı İddiaçı2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsini ona bağışlamışdır. Bununla da qardaşı İddiaçı2 etibardan sui-istifadə edərək uşaqlarının və anasının paylı mülkiyyətində olan torpaq sahəsini ələ keçirdərək öz ikinci arvadı İddiaçı1 bağışlamışdır. Bundan sonra və bu barədə çıxarış aldıqdan sonra, indi ona ağışladığı 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsini ondan geri almaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Adda qoymuşdur ki. guya xəstə qardaşı X11 bağışladığı həmin daşınmaz əmlakı o, xəstə qardaşım X9 aldadaraq onun xəstə olmasından istifadə edərək onunla bağışlama müqaviləsi bağlamış və həmin daşınmaz əmlakı ələ keçirmişdir. Beləliklə, artıq başa düşmüşdür ki, qardaşı İddiaçı2 onu aldatmış, bağışlama müqaviləsi ilə bağlı öhdəliklərini icra olunmasından əsassız olaraq imtina etmişdir. Hesab edir ki, bağışlama müqaviləsini bağlamaqla böyük bir səhvə yol vermişik. Çünki, bağışlama bağlayarkən orada heç bir şərt qeyd edilməsə də, razılığa gəldikdən sonra bağışlama müqaviləsi bağlamışlar. Bununla da bağışlama müqaviləsi ilə bağlı götürdüyü öhdəliyi icra etsə də, qardaşı İddiaçı2 isə bağışlama müqaviləsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi əsassız olaraq icra etməkdən boyun qaçırmışdır. Qardaşı İddiaçı2 onun etibarından sui-istifadə edərək uşaqlarının və ananın paylı mülkiyyətində olan torpaq sahəsini ələ keçirdərək ikinci arvadı İddiaçı1 bağışladıqdan sonra və onun adına bu barədə çıxarış aldıqdan sonra, indi ona bağışladığı 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsini geri almaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə həmin bağışlama müqaviləsini ləğv edilmişdir. Qardaşı İddiaçı2 ona bağışladığı 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsini məhkəmənin qətnaməsi ilə ondan geri alsa da, Siyavar kəndində yerləşən 0.26 torpaq sahəsinin Cavabdeh və digər qardaşı X12 hər birinin 1/9 hissə payı və İddiaçı1 7/9 hissə payları olmaqla həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Cavabdeh və X12 və İddiaçı2 sabiq arvadı İddiaçı1 hər birinin 1/3 hissədə payları olmaqla birgə mülkiyyətində olsa da, İddiaçı2 sabiq arvadı İddiaçı1 ilə yenidən nikaha daxil olaraq digər xəstə qardaşı X13 və öz uşaqları ilə birlikdə bizim birgə mülkiyyətdə olan evdə yaşayaraq onu həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə buraxmırlar. Beləliklə də. qardaşı İddiaçı2 həm birgə mülkiyyətdə olan torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi ələ keçirdib, yuxarıda qeyd etdiyi şəxslərlə yaşayır, həm də ona bağışladığı evi məhkəmənin qətnaməsi ilə ələ keçirdib, orada yaşamağa da imkan vermir. Ona görə də o, öz birgə mülkiyyətimdə olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi vaşayış evindən qanunda nəzərdə tutulmuş qaydada istifadə edə bilmir. İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə əlavə etdiyi çıxarışda İddiaçı2 adı mülkiyyətçilər arasında adı olmadığı halda o, necə olur ki, iddiaçı qismində özünü qeyd edir və hələ mülkiyyətçilərdən biri olan ona 3000 manat kompensasiya ödəməklə onun mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, İddiaçı2 mənə hazır ki, iddia tələbi ilə iddia qaldırmaq subyektiv hüququ olmadığı halda mənə qarşı iddia qaldırmışdır. O, özü bir paylı mülkiyyətçi kimi hazırda paylı mülkiyyətdə olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə edə bilmir və buna görə də bununla bağlı onlara qarşı məhkəmədə iddia qaldırmışdır. Ona görə də hesab edir ki, iddiaçıların hazırki mübahisəli evdən başqada kənddə yaşamağa mülkiyyətlərində torpaq sahəsi və fərdi yaşayış evləri vardır. Hansı ki, həmin fərdi yaşayış evi də onun tərəfimdən inşa edilmişdir və İddiaçı2 onu aldadaraq ələ keçirmişdir. Əgər elədirsə, qoy onlar hazır ki, fərdi yaşayış evini tərk edib, getsinlər və o, onlara kompensasiya və ya İddiaçı1 payına düşən hissəyə uyğun pul verər. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı2 izahat verərək ilkin iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayraq İddiaçı1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək qarşılıqlı iddia tələbinin təmin olunmasını və ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən X20 izahat verərək qarşılıqlı iddia tələbinin təmin olunmasını və ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(049)-1276/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh X22 və X15 qarşı Lənkəran rayonu, Siyavar kəndində yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1/3 hissəsinin və 0.26 ha torpaq sahəsinin 1/9 hissəsinin naturada ayrılması tələbi rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş ******* nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu Siyavar kəndində yeerləşən 145.9 kvm fərdi yaşayış evi 1/3 hissə İddiaçı1, 1/3 hissə X21 və 1/3 hissə Cavabdehn mülkiyyətindədir. 0.26 ha torpaq sahəsinin isə 7/9 hissə İddiaçı1, 1/9 hissə X20, 1/9 hissə isə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı2 məhkəmədə ilkin iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən “Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər”. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına əsasən ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Hazırda baxılan həm ilkin iddiada, həm də qarşılıqlı iddiada belə bir razılığın olması müəyyən edilməmiş, əksinə ilkin iddiaçı paylı mülkiyyətin digər payçısı kimi belə bir iddia irəli sürmüşdür ki, bu da hazırkı qüvvədə olan qanunvericiliyin tələbləri baxımından mümkünsüz olmaqla yanaşı qanunsuzdur. Eyni hal, qarşılıqlı iddianın verilməsi zamanı da baş vermiş, paylı mülkiyyətin payçısı kimi cavabdeh digər payçı olan şəxsə kompensasiya verilməsini təklif etmişdir ki, bu hal da qanunun tələbi baxımından tamamilə mümkünsüzdür. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Lənkəran rayonu, Siyavar kəndində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin və 0.26 ha torpaq sahəsinin üzrə tərəflər arasında paylar müəyyən olunmuş, lakin tərəflər arasında payın naturada ayrılması əvəzinə digər mülkiyyətçi tərəfindən kompensasiya ödənilməsinə dair razılığının olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı1 və İddiaçı2 ilkin Cavabdeh qarşı 3000 manat kompensasiya verilməsi müqabilində cavabdehin mülkiyyət hüququna xitam verilməsi tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı kompensasiya verilməsi müqabilində cavabdehin mülkiyyət hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3168/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3168/2023
21.11.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver