Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3253/2023 01.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1- İddiaçı ETSN 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati cərimə tətbiqi barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ETSN 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati cərimə tətbiqi barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli və ərizə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-cı maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Yəni, Azərbaycan Respublikası MPM-nin 6-cı maddəsində qanunla müəyyən olunmuş qaydada dedikdə, MPM-də və mülki-prosessual qanunvericiliyin dıgər mənbələrində təsbit edilmiş, mülki məhkəmə icraatının həyata keçirilməsini nizamlayan qaydalar nəzərdə tutulur. İddiaçı mülki icraat qaydasında ETSN 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı ******* nömrəli inzibati cərimə tətbiqi barədə qərarın ləğv edilməsini xahiş etsə də, əslində o, iddia ərizəsi formasında deyil, inzibati qərardan şikayət formasında məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində inzibati xəta haqqında qərardan verilmiş şikayətlərə baxılması nəzərdə tutulmamışdır. Həmin şikayətlərə baxılması qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.i Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizə qəbul etməkdən imtina edilməli və İddiaçı Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 6, 151, 153, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ETSN 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati cərimə tətbiqi barədə qərarın ləğv edilməsi tələbinə dair iddia iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun və qərardad qanuni qüvvəsiniu aldıqdan sonra ərizə ərizəçiyə qaytarılsın. İddiaçı izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Onun qeyd olunan qərardan inzibati qaydada şikayətlə məhkəməyə müracit etmək hüququ vardır. Qərardaddan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-3253/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3253/2023
01.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver