Məhkəmə qərarları › İş №2(049)-3255/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3255/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3255/2023 30.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında 30 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan borc olaraq 4000 manat məbləğində pul istəmiş, o da tanıdığına görə həmin pulu ona vermişdir. Cavabdehlə xx.xx.2022-ci il tarixdə Lənkəran rayon notariat kontorunda bağadıqları reyestr nömrəsi 3M-512 olan kredit müqaviləsində ona olan borcunu cavabdeh etiraf etmiş və həmin borcu xx.xx.2022-ci il tarixədək hissə- hissə olaraq 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin ötən müddət ərzində cavabdeh ona olan borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbər göndərməsinə baxmayaraq o, ona olan borcunu ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sadalananaları nəzərə alıb cavabdeh X1 4000 manat borcun və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, cavabdеh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 12 iyun 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı cavabehə 4000 manat pul borc verir, cavabdeh isə həmin pulu xx.xx.2022-ci il tarixədək hissə-hissə olaraq 06 ay ərzində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Pretenziya məktubundan görünür ki, iddiaçı cabadehə borcun qaytarılması ilə bağlı yazılı şəkildə xəbərdarlıq etmişdir. İşə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsionə görə 60 manat dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, cavabdeh X1 4000 manat məbləğində pul tutularaq, iddiaçı X2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməl və sonuncudan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X1 4000 (dörd min) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdeh X3 aid edilsin və sonuncudan tutularaq iddiaçıya verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar