Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3288/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Xəlilov X1 Vüsal Hüseynağa oğluna qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 700 manat pulu ondan alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq norması hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, iddia istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, yəni iddianın (borcun mövcudluğunun) nə ilə sübuta yetirildiyini iddia ərizəsinin özündə göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. Bundan başqa iddiaçı iddia ərizəsində tələb etdiyi əmlaklarının qiymətləri ilə bağlı sübutları da iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı tərəfindən imzalanmış iddia ərizəsindən görünür ki, ərizədə İddiaçı eyniləşdirmə məlumatları və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd edilmədən məhkəməyə göndərilmişdir. MPM-nin 149.2.2-ci maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. İddiaçı MPM-nin 150.0.2-ci maddəsinin tələbinə də riayət etməyərək, məhkəməyə iddia verilməsi üçün «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.0.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa təqdim edilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh pul tələbi ilə yanaşı vurulmuş zərərin də ödənilməli olmasını qeyd etmiş, lakin zərərin konrekt məbləği dəqiqliklə ərizədə qeyd olunmamışdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-3288/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3288/2023
30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver