Məhkəmə qərarları › İş №2(049)-3292/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3292/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3292/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – «X4» MMC-nin Cavabdeh1, Cavabdeh2 qarşı kredit üzrə borcun tutulmasına dair məhkəmə əmri verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: «X4» MMC-nin Cavabdeh1, Cavabdeh2 qarşı kredit üzrə borcun tutulmasına dair məhkəmə əmri verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Göründüyü kimi, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə məhkəmə əmrinin verilməsi istisna edilir. «X4» MMC-nin ərizəsindən görünür ki, iddiaçı tərflər arasında bağlanmış kredit müqaviləsindən yaranan borcu tələb edir. MPM-nin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «X4» MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulmasına dair məhkəmə əmri verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar