Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-330/2023 28.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə gəlin köçdüyü evə köçürülmə, həmin evdə yaşamaq və oradan istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən bir uşağıyla birlikdə 21 iyul 1999-cu il tarixində gəlin köçdüyü mərhum qaynanası X3 adına olan keçmiş Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, indiki Lənkəran şəhəri, X19 küçəsi, Bina 78/19, mənzil 69-da yerləşən 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülmək və oradan istifadə hüququna yaradılan maneələrin (giriş qapısının açarının dəyişdirilməsi, mənzilə başqa kirayənişinlərin buraxılması və s.) aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh X2 ilə 21 iyul 1999-cu il tarixində el adəti ilə toy edib nikahlarını Lənkəran şəhər Nikah evində 106 sayla qeyd etdirməklə evlənmişlər. Toydan sonra mərhum qaynanası X3 adına olan keçmiş Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, indiki Lənkəran şəhəri, X19 küçəsi, Bina 78/19, mənzil 69-da yerləşən 2 otaqlı evə gəlin köçmüşdür. (Lənkəran rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 1767 nömrəli qeydiyyat vəsiqəsinin surəti iddia ərizəsinə əlavə olunur - sənədə əsasən Lənkəran şəhəri, B.O.Abbasov (indiki X19) küçəsi, 78/19-69 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Lənkəran RTİB-nın XDS İcrayyə Komitəsinin 04 aprel 1996-cı İİ tarixli 9 nömrəli qərarı ilə X3 adına 4 nömrəli reyestr kitabında 6405 nömrəli inventar işi ilə qeydiyyata alınmışdır). Əbülfətov Hüseynlə birgə nikahlarından xx.xx.2002-ci il tarixində X5 adında 1 uşağları olmuşdur. 2004-cü ilin 13 dekabr tarixinə kimi təsərrüfatı birgə idarə etməklə sözügedən evdə həyat yoldaşıyla birlikdə yaşamışdır. Övladları dünyaya gələndən sonra həyat yoldaşı tez-tez evə içkili vəziyyətə gələrək onu söyüb təhqir etmiş və onu azyaşlı uşağıyla birlikdə onunla birgə yaşadığı evdən qovmuşdur. Bir müddət azyaşlı uşağı ilə Lənkəran şəhərində kirayə tutduğu başqa bir evdə qaldıqdan sonra yaşamağa özgə yeri olmadığından gəlin köçdüyü evə - keçmiş Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, indiki Lənkəran şəhəri, X19 küçəsi, Bina 78/19, mənzil 69-da yerləşən 2 otaqlı evə köçürülməyi və yaşayış hüququnun tanınması barədə Lənkəran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 06 mart 2006-cı il tarixli 2-99-2006 saylı qətnəmasi ilə iddiası təmin olunaraq oğlu Mirrafiq ilə birlikdə xx.xx.2007-ci il tarixində sözügedən ünvanda yerləşən mərhum qaynanası X3 adına olan 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülmüşdür. Həyat yoldaşı X11 27 iyun 1996-cı il tarixindən xx.xx.2021-ci il dünyasını dəyişən tarixədək Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla, şizofreniya paranoid diaqnozu altında olmasına baxmayaraq onu qanuni qəyyumluğa götürməklə onunla birlikdə yaşamışdır. Həyat yoldaşı X6 bacısı və onun baldızı olan, hazırda ünvan 1 ünvanında qeydiyyatda olan və indi Rusiya Federasiyasında yaşayan Cavabdeh xx.xx.2021-ci il tarixində həyat yoldaşı X11 dünyasını dəyişən kimi yaşadığı Rusiya Federasiyasından dərhal Lənkəran şəhərinə qayıdaraq Lənkəran şəhəri, X19 küçəsi, Bina 78/19, mənzil 69-da yerləşən 2 otaqlı evin giriş qapısının açarını özbaşına dəyişərək onun evə daxil olmağına süni əngəl yaratmışdır. Bununla belə, o, cari ildə Lənkəran Rayon Məhkəməsinə «miras əmlakın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi ilə müraciət edərək, mərhum anası X1 ona, yəni Cavabdeh miras qalmış Lənkəran şəhəri, B.O.Abbasov (indiki X19) küçəsi, bina 78/19, mənzil 69-da yerləşən beşmərtəbəli binadakı 2 otaqlı, yaşayış sahəsi 30.9 m2, ümumi sahəsi isə 59.3 m2 olan mənzilin onun, yəni Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən Cavabdeh əleyhinə çıxarılan 2(049)-750/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-750/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə nail olmuşdur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1390/2022 saylı 15 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin olunaraq mərhum X1 qalmış, Lənkəran şəhəri, X19 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19- da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 m2, ümumi sahəsi isə 59.3 m2 olan 69 saylı mənzildən ibarət mirasdakı payının Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Cavabdeh tərəfindən onun qeydiyyatda olduğu və köçürüldüyü Lənkəran şəhəri, X19 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa yerləşməsinə imkan verilmir və şərait yaradılmır. Bundan başqa, hazırda cavabdeh tərəfindən sözügedən mənzilə özbaşına kirayənişinlərin yerləşdirilməsi halları da tərəfindən müəyyən edilmişdir. Hal-hazırda Cavabdeh Rusiya Federasiyasında yaşayır və sözügedən mənzil başqalarına kirayə verilmişdir. Nəticədə o bir uşağı ilə birlikdə hazırda Lənkəran şəhərində ağır bir şəraitdə kirayədə yaşayır. Həyat yoldaşı X11 xx.xx.2021-ci il tarixində dünyasını dəyişənə qədər baldızı, Cavabdeh Rusiya Federasiyasında olduğundan onların normal şəraitdə yaşamalarına heç bir maneə törətmirdi. Lakin həyat yoldaşı dünyasını dəyişdikdən sonra o, Rusiya Federasiyasından təcili qayıdaraq onların sözügedən evdə yaşamağlarına süni əngəllər yaratmağa başlamışdır. Bununla bağlı cavabdehə tərəflərindən edilən çoxsaylı etirazlar və xəbərdarlıqlar isə bu günə qədər nəticəsizdir. Bu səbəbdən də özünün və uşağının hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-99-2006 saylı qətnaməsi əsasında mübahisələndirilən Lənkəran şəhəri, X19 (keçmiş В.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanına köçüb yaşamaq hüququnun tanınması qət edilmişdir və həmin qətnamə icra edilmişdir. xx.xx.2006-cı il tarixli, 2-99-2006 saylı qətnamədə cavabdeh onun mərhum X2nu qeyd etmiş, köçüb yaşamaq istədiyi mənzilin mülkiyyətçisi isə mərhum anası X4 olmuşdur. Hal hazırda isə iddiaçı cavabdeh kimi iddia ərizəsində o, yəni baldızı Cavabdeh qeyd etmişdir. Həmçinin iddiaçının köçüb yaşamaq istədiyi həmin Lənkəran şəhəri, X19 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanının mülkiyyətçisi o, yəni hazırki iş üzrə Cavabdehdır. Yəni Lənkəran Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-99-2006 saylı qətnaməsinin hal- hazıki iddiaya heç bir hüquqi əsası təsiri aidiyyəti yoxdur. Çünki iddiaçının köçüb yaşamaq istədiyi mənzilin mülkiyyətçisi və cavabdeh fərqli fiziki şəxslərdir. Şirvan Apellyasiya Məhkəməsinin icraya yönəlmiş 29 iyul 2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsi əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən, Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69 ünvanında ona ümumi sahəsi 51,6 kv.m. 2 otaqlı, mənzil xx.xx.2022-ci il tarixdən tam xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzilə, xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********08-05101-093045 olan, xx.xx.2022ci il tarixli, Çıxarış və inventar nömrəsi: 01 saylı, xx.xx.2022-ci il tarixli, Texniki Pasport ilə qeydiyyata alınmışdır. X2 ilə xx.xx.1999-cu il tarixdə iddiaçı- Paşayeva (Əbülfətova) Gülxanım Bəklər qızı, rəsmi nikaha daxil olub evlənmişdir. Sonradan aralarında olan nikah pozulmuş və X2, Yardımlı rayon sakini X7 ilə xx.xx.2005-ci il tarixdə faktiki nikaha daxil olmuşdur. Onların birgə münasibətlərindən xx.xx.2006-cı il tarixdə X10 anadan olmuş və uşağın atalığı müəyyən edilmişdir. X17 ikinci dəfə qeyri-rəsmi olaraq ailə qurduğu X7 və qızı-Əbülfətli Zərifə ilə birlikdə vəfat etdiyi xx.xx.2021-ci il tarixədək, mərhum anası X3 mülkiyyətində olan həmin Lənkəran şəhəri, X19 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanında ailəsi ilə birlikdə yaşamışlar. İddiaçı- İddiaçı X2 ilə rəsmi nikaha daxil olmuş və qaynanası- X3 mülkiyyətində olan, mübahisələndirilən həmin Lənkəran şəhəri, X19 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanına gəlin köçmüşdür. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qanunvericiliyin tələbinə görə, iddiaçı- gəlin, mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri, mülkiyyətçinin əri (arvadı), habelə onun uşaqları və valideynləri hesab olunurlar. İddiaçının, cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Dolayısı ilə iddiaçının, cavabdehdən sonuncunun yaşadığı mənzilə köçürülməsini tələb etmək hüququ yoxdur. Belə ki, İddiaçı mərhum X2 ilə 1999-cu ildə rəsmi nikaha daxil olaraq mərhum anasının mülkiyyətində olan evə gəlin köçdüyü üçün, yəni onlar ailə münasibətinə 1999-cu ildə daxil olduqda o dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. O dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin hüquq və vəzifələri kimi qeyd edilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi, İddiaçı mərhum X2 ilə 1999-cu ildə rəsmi nikaha daxil olaraq mərhum anamısının mülkiyyətində olan evə gəlin köçmüş, müəyyən müddət yaşadıqdan sonra X17in ruhipsixi xəstə olmasını səbəb göstərərək 2005-ci il tarixdə könüllü olaraq evdən çıxıb getmişdir. Odur ki, X17, X7 ilə xx.xx.2005-ci il tarixdə faktiki nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2006- cı ilarixdə X10 anadan olmuşdur. Yəni İddiaçı həmin tarixdən evi uzun müddətdir tərk edərək başqa yerdə yaşamaqla hazırda mənim mülkiyyətimdə olan evə yaşayış hüququnu itirmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsindən, yəni Lənkəran şəhəri, X19 (keçmiş В.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanına köçəndən sonra 2011-ci ilədək həmin ünvanda yaşamış, sonra isə atası evə köçmüş, hazırki vaxtadək atasının evində yaşamışdır. 2011-ci ildən sonra həmin evdən bütün əşyalarını götürmüş, yalnız boş şifoneri qalmışdır. 2011-ci ildən sonra mütəmadi olaraq həmin evə getmişdir. Mərhum həyat yoldaşı Hüseyn Əbülfətov vəfa edənə kimi ona qulluq etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı və Cavabdeh, habelə sonuncunun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə verərək, iddianın baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Lerik Rayon Məhkəməsində başqa işdə iştirak edəcəyindən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işin məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirib, iddianın rədd edilməsini xahiş etmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətinə münasibət bildərərək, onu qeyd edir ki, cavabdehin nümayəndəsi iddianın mahiyyəti üzrə baxılmasını tələb etdiyindən iddiaçının işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçının iddianın baxılmamış saxlanılması barədə ərizəsi o zaman təmin edilə bilər ki, cavabdeh işin mahiyyəti üzrə baxılmasını təəb etməsin. Hazırki halda isə cavabdeh iddianın baxılaraq rədd edilməsini, yəni mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Lənkəran ŞİH Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda Lənkəran şəhər Ş.Xiyabanı ev 46/12 mənzil 32 ünvnında oğlu – X5 ilə birlikdə yaşayır. Nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə İddiaçı xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil X3 mülkiyyətində olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-99-2006-cı №-il qətnamədən görünür ki, İddiaçı bir azyaşlı uşağı ilə birlikdə ünvan 4ənzil ünvanda yerləşən mərhum X3 adına olan iki otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülməsi qət edilmişdir. Lənkəran ŞİHB-nın xx.xx.2011-ci i tarixli 199 N-li Sərəncamından görünür ki, İddiaçı 17 fevral 1974-cü ildə anadan olmuş, İ qrup əlil olan keçmiş həyat yoldaşı X6 üzərində qəyyum təyin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1390/2022 saylı 15 avqust 2022-ci il tarixli qətnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 750/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək, mərhum X1 qalmış, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasdakı payının Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Lənkəran ŞİH Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh məxsus Z.Əliyeva küçəsi ev 78/19, m 69 ünvanında hazırda X7 və X10 yaşayır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan və «Fərdi yaşayış evinin Texniki Pasportu»ndan görünür ki, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/19, mənzil 69-da yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş: Şahid1 Sevdimalı qızı ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. O da ünvan 5 ünvanında iddiçı ilə qonşuluqda yaşamışdır. İddiaçı həmin ünvanda 5 il yaşamışdır. Qalan vaxtı isə hər gün onu həyat yoldaşı Hüseynə yemək gətirdiyini görmüşdür. X12 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. O da ünvan 5 ünvanında yaşayır. Binanın 2-ci mərtəbəsində Gülxanım, 5-ci mərtəbəsində isə o yaşamışdır. İddiaçı 5 ildən artıqdır ki orada yaşamır. Gülxanımın yaşamadığı vaxtlarda belə hər gün həyat yoldaşı Hüseynə yemək gətirdiyini görmüşdür. Şahid3 şahid X8 ifadəsinə uyğun oxşa məzmunlu ifadə vermişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd olunan tələbinin, cavabdehin iddiaya qarşı etirazının dəlillərini iş materialları ilə qarşılıqlı şəkildə araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı İddiaçı Cavabdeh mərhum X2nun arvadı olmuşdur. O X11 ilə 21 iyul 1999-cu il tarixində faktiki nikaha daxil olmuş, Nikahlarını isə xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Fatiki nikaha daxil olduqdan sonra mərhum qaynanası X3 adına olan keçmiş Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, indiki Lənkəran şəhəri, X19 küçəsi, Bina 78/19, mənzil 69-da yerləşən 2 otaqlı evə gəlin köçmüşdür. Əbülfətov Hüseynlə birgə nikahlarından xx.xx.2002-ci il tarixində X5 adında 1 uşaqları doğulmuşdur. 13 dekabr 2004-cü il tarixədək təsərrüfatı birgə idarə etməklə sözügedən evdə həyat yoldaşıyla birlikdə yaşamışdır. Övladları dünyaya gələndən sonra həyat yoldaşı ilə mübahisəsi olmuş, başqa bir evdə qaldıqdan sonra yaşamağa özgə yeri olmadığından gəlin köçdüyü evə köçürülməyi və yaşayış hüququnun tanınması barədə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 06 mart 2006-cı il tarixli 2-99-2006 saylı qətnəmasi ilə iddiası təmin olunaraq oğlu Mirrafiq ilə birlikdə xx.xx.2007-ci il tarixində sözügedən ünvanda yerləşən mərhum qaynanası X3 adına olan 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülmüşdür. Lənkəran ŞİHB-nın xx.xx.2011-ci i tarixli 199 N-li Sərəncamından görünür ki, İddiaçı 17 fevral 1974-cü ildə anadan olmuş, İ qrup əlil olan keçmiş həyat yoldaşı X6 üzərində qəyyum təyin olunmuş, əri mərhum Hüseyn Əbülfətovla 2011-ci ilədək birlikdə yaşamışdır. 2011-ci ildən sonra isə həmin evdən çıxmış və atasına məxsus başqa evdə yaşamağa başlamışdır. X11 xx.xx.2021-ci il tarixində ölmüşdür. Həmin mənzil Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Lənkəran şəhəri, X19 küçəsi, Bina 78/19, mənzil 69-da yerləşən 2 otaqlı mənzil Cavabdeh mülkiyyətinə verilmişdir. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. İşin mübahisə halı isə iddiaçının Lənkəran şəhəri, X19 küçəsi, Bina 78/19, mənzil 69da yerləşən 2 otaqlı mənzilə köçürülməli olub-olmaması ilə əlaqədardır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan hüquq münasibətləri 1999-cu ildə yarandığından mübahisə 1999-cu ildə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunan qanunvericlik normalarından görünür ki, həmin münasibətlər yaranma zamanına görə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarına uyğun həll olunmalıdır. 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən icarəyə verilmiş sahənin olduğu evə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, icarə müqaviləsində göstərilən müddət qurtaranadək müqavilə qüvvədə qalır. İcarə müqaviləsi müddət göstərilmədən bağlanmışsa, evin yeni mülkiyyətçisi bu Məcəllənin 130 və 132-ci maddələrində göstərilən əsaslar üzrə və qaydada müqaviləni təzələməkdən imtina edə bilər və ya onu poza bilər. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən yaşayış sahəsini icarə müqaviləsi müddət göstərilmədən bağlanmışsa, icarəyə verilmiş sahə ev mülkiyyətçisinin və onun ailə üzvlərinin yaşaması üçün zəruri olduqda mülkiyyətçi müqavilənin məhkəmə qaydasında pozulmasını tələb etmək ixtiyarına malikdir. Müqavilənin pozulması haqqında icarədar üç ay əvvəl xəbərdar edilməlidir. İcarədar yaşayış sahəsindən istifadə və kommunal xidmətlər üçün müntəzəm surətdə haqq vermədiyi, icarədarın və onun ailə üzvlərinin bu Məcəllənin 60-cı maddəsində göstərilən müddətlərdən artıq başqa yerə getdiyi hallarda, eləcə də bu Məcəllənin 97-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsaslara görə ev mülkiyyətçisi icarə müqaviləsinin pozulmasını tələb etmək ixtiyarına malikdir. Müqavilənin qüvvəsinə xitam verildikdə, yaşayış sahəsini boşaltmaqdan imtina edən icarədar digər yaşayış sahəsi verilmədən, onunla yaşayan bütün şəxslərlə birlikdə məhkəmə qaydasında çıxarılmalıdır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən i carədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Göründüyü kimi, İddiaçı cavabdehin mərhum X2 ilə 1999-cu ildə faktiki nikaha daxil olaraq cavabdehin anasının mülkiyyətində olan evə gəlin köçmüş və sonradan faktiki nikah münasibətləri pozulmuşdur. Daha sonra iddiaçı müahisəli mənzilə köçürülmə barədə iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə o 2006-cı ildə həmin evə köçmüş və 2011-ci ilədək həmin mənzildə yaşamışdır. İddiaçı artıq 10 ildən artıq müddətdir ki, mübahisəli mənzili tərk edərək başqa yerdə yaşamaqla hazırda cavabdehin mülkiyyətində olan mənzilə yaşayış hüququnu itirmişdir. Eyni zamanda Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən gəlinin qaynananın və baldızın saxlamaq aliment kimi öhdəliyi müəyyən edilməmişdir. Yəni gəlin, baldızın və qaynatanın (və ya qaynananın) digər qohumu hesab edilə bilməz. Hazırki halda da, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin, yəni cavabdehin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını cavabdehdən tələb etmək hüququ yoxdur. Belə ki, Ailə Məcəlləsinin «Ailənin başqa üzvlərinin aliment öhdəlikləri» başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin iddiaçı ilə cavabdeh arasında mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən, iddiaçının yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə gəlin köçdüyü evə köçürülmə, həmin evdə yaşamaq və oradan istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsümu İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə gəlin köçdüyü evə köçürülmə, həmin evdə yaşamaq və oradan istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-330/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-330/2023
28.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver