Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3319/2025 03.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 00795- 0530-01 saylı kredit müqaviləsinə əsasən, 1021,14 (min iyirmi bir manat, on dörd qəpik) manat əsas borc, 0,00 (sıfır) manat faiz, 83,92 (səksən üç manat, doxsan iki qəpik) manat cərimə borcu, ümumilikdə 1105,06 (min yüz beş manat, altı qəpik) borc və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdehə 24 ay müddətinə, illik 40% faiz dərəcəsi ilə 2367 (iki min üç yüz altmış yeddi) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit məbləğini və ona hesablanmış faizləri vaxtında ödəməmişdir. Müqaviləyə əsasən, gecikdirilmiş borc üzrə cərimə hesablanmışdır. Mübahisənin məhkəmədənkənar həlli üçūn cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq, borc ödənilməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə, Saxlanc girov müqaviləsinə, ödəniş cədvəlinə, maliyyə arayışına, xəbərdarlıq bildirişinə və digər sənədlərə əsasən, cavabdehin iddiaçıya 1105,06 manat borcunun qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: MM-nin 385.1-ci maddəsi: Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli, məsələn, pul ödməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsi: Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsi: Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsi: İcranı gecikdirilmiş borclu gecikmə nəticəsində vurduğu zərər üçün və geciktirmə zamanı təsadüfən baş vermiş mümkünsüzlüyün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsi: Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsi: Müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödməli olduğu pul məbləği cərimədir (penya). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: MPM-nin 284-1-ci maddəsi: Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu Fəsildə nəzərdə tutulmuş sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5-ci maddəsi: Ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-nin 284-6-cı maddəsi: İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsi: İddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda qeyd olunan qanun normalarına və iş materiallarına əsasən, məhkəmə borcun ödənilməsi tələbinin əsaslı olduğu qənaətinə gəlir. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 00795-0530-01 saylı kredit müqaviləsinə əsasən 1021,14 manat əsas borc, 83,92 manat cərimə borcu, ümumilikdə 1105,06 manat borc və 31 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3319/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3319/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver