Məhkəmə qərarları › İş №2(049)-333/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-333/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-333/2024 12.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 12 fevral 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİR HİSSƏ: İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 500 manat borc pulun və onun səhlənkarlığı nəticəsində ona dəymiş 1000 manat mənəvi ziyan olmaqla cəmi 1500 manat pulun və 37 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, böyük oğlu X6 böyrək çatışmamazığmdan əziyyət çəkir və dializ xəstəsidir. İş üzrə cavabdeh olan Cavabdeh həm kəndçisi, həm də kəntdə fəaliyyət göstərən qəssab kimi tanıyır. X1 müalicə etmək üçün bir baş iribuynuzlu heyvanı balası ilə birlikdə 20 dekabr 2022-ci il tarixdə cavadehə məcburiyyət qarşısında qalıb 1280 manata satmışdır. Cavabdehlə danışıqları belə olmuşdur ki, o heyvanı balası ilə birlikdə cavabdehə satır, cavabdeh isə həmin 1280 manatı 2023-cü ilin yanvar ayının 12-nə kimi verməyi öhdəsinə götürür. O, cavabdehə inanıb heyvanı ona satmışdır. Lakin 2023-cü ilin yanvar ayının 13-də cavabdehdən pulunu istəyəndə, cavabdeh ona imkanı olmadığını deyərək vaxt verməsini istəmişdir. Cavahdehin dediyi vaxtda pulu qaytarmadığını görüb 2023-cü ilin mart ayının əvvəli X9 ərizə ilə müraciət etmişdir. Bölmədə onu və cavabdehi çağırıb hər ikisindən izahat almışlar. Cavabdeh verdiyi izahatında ona borclu olduğunu etiraf edib həmin vaxt ona olan borcundan 400 manat qaytarmış və qısa zamanda qalan pulu qaytaracağını bildirmişdir. Lakin cavabdehin qalan pulu qaytarmadığını görüb 2023-cü ilin aprel ayında Lənkəran Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lənkəran ŞRPŞ-də izahat verən cavabdeh, borcunu 2023-cü ilin aprel ayının axırına kimi qaytaracağını bildirmişdir. Lakin o, yenə də verdiyi sözün üzərində durmayaraq borcunu qaytarmaqdan imtina edir. 2023-cü ilin may ayında cavabdeh ona zəng edərək kəndçiləri X7 üçün heyvan kəsdiyini dedi və Ənsarın ona 80 manat verəcəyini bildirdi. O da Ənsardan 80 manat pulu almışdır. Daha sonra 2023-cü ilin iyun ayında cavabdeh ona yenə zəng edərək X7 üçün yenə heyvan kəsdiyini və Ənsarın ona 90 manat verəcəyini bildirdi. O da gedib Ənsardan 90 manat pulu almışdır. Hazırda Cavabdeh ona 500 manat borcu qalmışdır. Etdiyi xəbərdarlıqlara baxmayaraq cavabdeh ona olan borcunu ödəmək istəmir. Cavabdehin ona olan borcunu vaxtında ödəməməsi səbəbindən X1 vaxtında müəlicə və müayinə edə bilməmiş və onun vəziyyəti indi daha da ağırlaşmışdır. nəticədə oğlu və özü mənəvi əziyyət çəkmişlər. Cavabdehin bu cür hərəkətləri nəticəsində bütün əsəbləri korlanıb. Ona satdığı halalca heyvanın pulunu istədiyini bildirsə də cavabdeh onun dediklərinə heç bir əhəmiyyət verməyib, indi də vermir. Məhkəmə iclasında iddiaçı iddianın məzmununa uyğun izahat verərək, bir dəfə insult keçirtdiyini, həmçinin övladının bu hala düşməsini borclunun borcu vaxtında qaytarmaması ilə əlaqələndirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir İş materiallarında olan Cavabdeh Liman PB-də verdiyi izahatından görünür ki, o, Sadiq Əmirovdan aldığı heyvanın pulundan 500 manat borculu qaldığını və qısa müddət ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehə iddia ərizəsinin surəti göndərilsə də, o, həmin iddiaya öz münasibətini və ya etirazını bildirməmiş, məhkəmə iclaslarına gələrək həmin borcun qaytarıb-qaytarmadığını bildirməmişdir. Məhkəmə onun susqunluğunu iddia ilə razılaşdığı kimi qəbul edir. Məhkəmə iddiaçının ona dəymiş mənəvi ziyana görə 1000 manat tələb etməsinə münasibət bildirərkən qeyd edir ki, iddiaçının özünün və övladının səhətində yaranmış problemlərin məhz cavabdehin təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyi üçün, iddia dəymiş mənəvi ziyanın ödənilməsi hisəsində təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə təsdiq olunduğu üçün iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində pul tutularaq iddiaçı X4 verilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərəin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin tiqsiri müəyyən edilmiş olsun. İşdə olan qəbzdən görünür ki, iddiaçı 37.0 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 500 manat məbləğində pul və ödənilmiş 37 manat məbləğində dövlət rüsumu, cəmi 537 (beş yüz otuz yeddi) manat tutularaq iddiaçı X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar