Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3338/2023 12.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin qanunsuz hərəkətlərinə son maneənin aradan qaldırılması və cavabdehin hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DÖvlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu, Tükəvilə kəndi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evində yerlində müayinə keçirilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2002-ci il tarixdə Lənkəran rayonu, Tükəvilə kəndində doğulmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN-082A nömrəli şəhadətnamə üzrə miras əmlak olaraq qanuni vərəsəsi olduğu atası (X4 tam mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi haqqında torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DÖvlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edərək çıxarış əldə etmək üçün müraciət etmiş, cavab olaraq idarənin mütəxəssisləri əraziyə gəlmiş, lakin cavabdehlər dava-dalaş salaraq mütəxəssisləri əraziyə buraxmamışlar.Ona görə də mütəxəssislər ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin koordinatlarını müəyyənləşdirə bilməmişlər. Məhkəmənin keçirilmiş əvvəlki hazırlıq iclasında iclasında iddiaçılar İddiaçı2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə baxışı iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrıayrılıqda iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı2 İddiaçı1 məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli baxış iclasında üzrlü səbəbdən gələ bilmədiklərini və işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Torpağın mülkiyyətə verilməsinə dair JN 82A KOD 80220038 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 9 saylı qərarına əsasən Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. «Elektron notariat» X1 Çıxarışdan görünür ki, İddiaçı2 və İddiaçı1 məhrum X4 qanun üzrə vərəsləridir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X2 Turanə Vidadi qızının atasıdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə qida borsunun xərçəngi xəstəliyi səbəbindən Lənkəran rayonu, Tükəvilə kəndində ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DÖvlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı bildirişdən görünür ki, Lənkəran rayonu, Tükəvilə kəndi ərazisində yerləşən X7 Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı müvafiq qərarı əsasında JN-082A nömrəli şəhadətnamə üzrə miras əmlak olaraq qanun üzrə vərəsəsi olduğu şəxsin (X6) tam mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vərəsəlik üzrə yaranmış hüquqlara dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyən edici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, miras əmlak olaraq sözügedən həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair ərazi idarəsinə təqdim edilmiş sənədlərlə faktiki yerində olan vəziyyət müayinə aparılmadığından müəyyən edilməmişdir. Qanunvericiliyə tam uyğun olaraq qeyd edilən həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin iştirakları ilə müayinə edilməsinə şərait yaradılmalıdır. Belə ki Lənkəran rayonu, Tükəvilə kəndi ərazisində yerləşən qanun üzrə vərəsəsi olduğunu mərhum şəxsdən miras qalmış torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik yaranmış mülkiyyət hüquqlarına dair müvafiq qeydiyyatın aparılması məqsədilə faktiki yerində müayinə aparılmaqla, kooedinat nöqtələri dəqiqləşdirilməli, mövcud vəziyyətə uyğun həmin əmlakın texniki pasportu tərtib edilməlidir. Miras əmlak olaraq həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair müvafiq qeydiyyatın aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılmadığı, habelə tərəflər arasında mübahisə mövcud olduğu səbəbindən icraatda olan hazırki ərizənin icrası təmin olunmamışdır. Gələcəkdə şərait yaradılacağı təqdirdə ərizənin icrasına təkrarən baxıla bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 9 saylı qərarına əsasən Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmiş, X6 xx.xx.2016-cı il tarixdə qida borsunun xərçəngi xəstəliyi səbəbindən Lənkəran rayonu, Tükəvilə kəndində ölmüşdür. «Elektron notariat» X1 Çıxarışa əsasən İddiaçı2 və İddiaçı1 məhrum X4 qanun üzrə vərəsləridir. İddiaçı2 və İddiaçı1 həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər xidmətin mütəxəssisləri tərəfindən müvafiq ölçü işlərinin həyata keçirilməsinə maneələr yaratdığı üçün müayinənin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur» Qaydalarının 4.2-ci bəndinə görə mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan hüquq normasının tələbi baxımından cavabdeh iddiaçılara müvafiq mülkiyyət sənədinin verilməsi üçün dövlət orqanının müayinə aparmasına maneçilik yaradığından həmin maneələr aradan qaldırılmalıdır. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 9 saylı qərarına əsasən Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış sahəsinə hüquqların qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DÖvlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin müxətəssisləri tərəfindən müayinə aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın və cavabdehlərin bu kimi qanunsuz hərəkətlərinə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran şəhər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-3338/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3338/2023
12.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver