Məhkəmə qərarları › İş №2(049)-3338/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3338/2024

15.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3338/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçının Cavabdeh1 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, daş hasarın çəkilməsinə və mülkiyyətində olan ağacların kəsilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə hazırlıq iclasını keçirərək məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, daş hasarın çəkilməsinə və mülkiyyətində olan ağacların kəsilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu, Şirinsu kəndində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin mişar daşı ilə hasarlanması və həmin torpaq sahəmdə yerləşən 1 (bir) ədəd söyüd, 2 ədəd qovaq (çinar) ağaclarının kəsilməsi üçün cavabdehlər tərəfindən yaradılan maneələrin onlara qadağan edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulması və DƏDRX 10 saylı ərazi idarəsinə ödənilən 120 (bir yüz iyirmi) manat xidmət haqqının, 50 (əlli) manat məhkəmə xərcinin və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 15 oktyabr 2024-cü il tarixə, saat 15:30-a təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, verilmiş ərizə iddiaçının qanunla müəyyən edilmiş hüquqlarından irəli gəlir, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə bu prosessual hərəkəti qanunamüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İşdə olan müvafiq qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir Həmin Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.2, 152.3, 170.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, daş hasarın çəkilməsinə və mülkiyyətində olan ağacların kəsilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** saylı, xx.xx.2024-cü il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar