Məhkəmə qərarları › İş №2(049)-3358/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3358/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3358/2022 10.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 1349.75 manat borcun və 33.49 manat ödənilmiş dövlət rüsumunun tutularaq, Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixə 1349,75 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar əsasında hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyanın və sayğac vasitəsilə istifadə olunmuş təbii qaza görə 312,95 manat borcun ödənilməməsi olmuşdur. Belə ki, cavabdeh Kərimov X3 şəhəri, Hacılar küçəsi, ev 1 ünvanında yaşamaqla X6 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən Lənkəran Xidmət Sahəsində abonentlərin ünvanlarına quraşdırılmış məişət tipli qaz sayğaclarına baxış keçirilən zaman abonent Cavabdeh fərdi evinə gedən qaz xəttinin üzərində quraşdırılmış Elster tipli, G-4 markalı, ******* saylı qaz sayğacı xx.xx.2020-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında çıxarılaraq Dövlət yoxlamasından keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X1 Departamentinə göndərilmişdir. “Azəriqaz” X1 Departamentinin Sayğacların müayinəsi labaratoriyasının, Qaz sayğaclarının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-02945-1 saylı aktına əsasən “G-4 markalı ******* nömrəli sayğacın çıxış plastmas borusu deşilib. Xətalar hesablama mexaniznormadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın hesabını qeyd etmir. Sayğac istismara yararsızdır” rəyi verilmiş, qusura görə nəticə qaz itkisi, müdaxilə hesab edilmişdir. Lənkəran XS-nin mütəxəssisləri tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə, ******* akt tərtib edilmiş, cəmi 8460 m3 olmaqla 1036.80 manat məbləğində maddi ziyan hesablanmış və ödənilməmişdir. Bundan əlavə abonent sayğac vasitəsilə istifadə etdiyi təbii qazın görə 312.95 manat borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş materiallarında olan X6 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 04 aprel 2022-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran şəhəri, Hacılar küçəsində yaşayan Cavabdeh istifadəsində olan sayğac borc olduğuna görə smartkartla əvəz edilmişdir. İş materiallarında olan X6 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2022-ci il tarixli, ******* saylı Aktın surətindən görünür ki, Lənkəran şəhəri, Hacılar küçəsi yaşayan Cavabdeh istifadəsində olan sayğacın plastmas borsunun deşilməsi hesablama mexanizminin həcmi qeyd etmədiyi və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 29 oktyabr 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, X2 31 avqust 2022-ci il tarixli, 03466757 nömrəli akt əsasında 8640 m3 itirilmiş qaza görə cərimə hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********00000 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh 2022-ci ilin 9-cu ayı üçün 1036.80 manat sərf edilmiş qaza görə pul hesablanmışdır. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədləri, iddia tələbi ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, yuxarıda şərh edilmiş aktlardan aydın olur ki, istehlakçının qaz sayğacının dəyişdirilməsinə səbəb borc olmuş, sayğac dəyişdirilərkən heç bir şahid iştirak etməmiş, foto video çəkilməmişdir. Eyni zamanda 04 aprel 2022-ci il tarixli aktda sayğacın isitifadəyə yararsız olması, plastmas borusunun deşilməsi, mexaniziminin işləməməsi kimi halların heç bir qeyd edilməmişdir. Əksinə qaz sayğacı dəyişdirildikdən üç ay yarım vaxt keçdikdən sonra sayağcın istifadəyə yararsız olması və mexaniziminin işləməməsi qeyd edilmiş və bu barədə akt tərtib edilmişdir. Tərtib edilən həmin aktda isə istehlakçının imzası yoxdur, akt yalnız qaz paylayıcının əməkdaşları tərərindən imzalanmışdır. Göstərilən bu hallar, yəni aktın tərtibinin qanun vericilik normalarınən tələbinə zidd tərtib edilməsi həmin aktın etibarsızlığının göstəricisidir. Eyni zamanda qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair başqa sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə, bununla bağlı bildirir ki, qaz paylayıcısının tərtib etdiyi akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu bəndlərində göstərilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz “ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X5) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən 31 avqust 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmıç cərimə istehlakçıdan tələb edilə bilməz. Buna görə iddiaçının həmin akt əsasında tələb etdiyi 1036.80 manat iddiası təmin edilməməlidir. Bundan başqa, iddiaçı cavadehdən isifadə edilmiş qaza görə 312.92 manat tələb etmişdir. Lakin həmin məbləğin hansı əsasla əmələ gəlməsi, hansı aktla təsdiq edilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş materiallarına əlavə olunan abonent saldosunda istahlakçının yekun borcu 1036.80 manat göstərilmişdir ki, həmin məbləğ də yuxarıda şərh edilmiş 31 avqust 2022-ci il tarixli, ******* nömərli akt əsasında müəəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehin istehlak etdiyi qaza görə yaranmış borcun yaranma əsasına dair heş bir sebut tyəqdim etməmişdir. Bu barədə iş materiallarına bildiriş, qəbz, xəbərdarlıq və ya digər hər hansı sənəd əlavə edilməmişdir ki, bu da məhkəməyə hər hansı müsbət nəticəyə gəlməyə imkan verməmişdir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 124.2-ci maddəsinə əsasən dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar