Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3366/2023 04.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Xaliq qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Eyvazov Ədalət Şirzad oğlu, Cavabdeh3 və Cavabdeh2 Xaliq qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-660/2021 saylı qərardadı ilə cavabdehlərdən Eyvazov Ədalət Şirzad oğlu xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən onun hüquqi vərəsəsi müəyyən edilənədək iş üzrə icraat dayandırlmışdır. Həmin mülki iş bu ilə qalıq qaldığından ona 2(049)-3366/2023 nömrəsi verilmişdir. "xxxx" QSC-nin nümayəndəsi Fuad Əliyev məhkəməyə vəsatət ünvanlayaraq 2(049)-660/2021 saylı mülki iş üzrə üzrə Cavabdeh2 və Cavabdeh4 vəfat etmiş cavabdeh Eyvazov Ədalət Şirzad oğlunun prosessual hüquqi varisi kimi prosesə cəlb edilməsini və mülki iş üzrə dayandırılmış icraatın təzələnməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3366/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “Kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmiş, məhum Eyvazov Ədalət Şirzad oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh4 cavabdeh qismində prosessə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 0SL000001178 saylı kredit xətti müqaviləsinə əsasən 147 ay müddətinə 500000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2010-cu il tarixli 1178 saylı, xx.xx.2014-cü il tarixli 08L000001178SA saylı sazişlərlə kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 147 ay müddətində, kredit xəttinin məbləği 500000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 008R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1964.75 manat ödəmiş, onun 2035.25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ö dəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1253 gün üçün hesablanmış faiz borcu 1686.1 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 1253 gün üçün hesablanmış cərimə 3348.68 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ,QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 008R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 329.11 manat ödəmiş, onun 670.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020ci il tarixə 1495 gün üçün hesablanmış faiz borcu 755.85 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 1495 gün üçün hesablanmış cərimə 1050.4 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Eyvazov Ədalət Şirzad oğlu, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasım təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Eyvazov Ədalət Şirzad oğlu ilə Bank arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 08M000000593 saylı ipoteka müqaviləsi (Lənkəran rayon 1 saylı dövlət notariat kontorunun dövlət notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilib) əsasında Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a-da istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli 008R********** saylısazişlə ipoteka müqaviləsinə əlavə və dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 3 №-li reyestr kitabının 83 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a-da istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binası Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Accessbank» QSC-nin nümayəndəsi Fuad Əliyev məhkəməyə xx.xx.2023-cü il tarixdə “İddia tələbinin dəyişdirilməsinə dair” ərizə ünvanlayaraq mülki iş üzrə Cavabdeh2 və Cavabdeh4 vəfat etmiş cavabdeh Eyvazov Ədalət Şirzad oğlunun varisləri kimi prosesə cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 2035.25 manat məbləğində kredit borcu, 1686.1 manat məbləğində faiz borcu və 3348.68 manat məbləğində cərimə borcu olmaqla, 008R********** saylı kredit razılaşması üzrə 670.89 manat məbləğində kredit borcu, 755.85 manat məbləğində faiz borcu və 1050.4 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9547 manat 17 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binasının açıq hərracdan satılması, 9547 manat 17 qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məlumat verərək məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddianı qismən qəbul edib, onun cərimə hissəsini qəbul etməyib göstərmişdir ki, hazırkli işlə əlaqədar nə məhkəməmühasibatlıq, nə də ki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsini istəmir. İpoteka predmetinin müqavilədə göstərilmiş qiyməti ilə razıdır. Digər cavabdehlərdən Cavabdeh3 dostudur və xəstə olduğu üçün məhkəmə iclasına gəlməmiş, X1 qardaşı, Cavabdeh2 isə anası olmaqla 73 yaşındadır. Zaminlərinin məhkəmə iclasının yeri və vaxtından xəbərləri vardır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli 0SL000001178 saylı kredit xətti müqaviləsindən görünür ki, «Access Bank” ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 12% olmaq şərtilə 147 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 008R********** saylı kredit razılaşmasından görünür ki, 24 ay müddətinə, «Access Bank” ASC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 008R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 «Access Bank” ASC-dən 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cüil tarixli “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Sazişlərdən görünür ki, Cavabdeh1 uzunmüddətli kretid müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Eyvazov Ədalət Şirzad oğlu, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Uzunmüddətli kretid müqaviləsi 147 ay, yəni 12 il 03 ay müddətə başlanmışdır. İş materiallarında olan Eyvazov Ədalət Şirzad oğlu ilə Bank arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 08M000000593 saylı ipoteka müqaviləsindən görünür ki, Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri qarşılıqlı razılıq ilə 11253.2 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 008R********** saylı sazişdən görünür ki, ipoteka müqaviləsinə əlavə və dəyişiklik edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 3 №-li reyestr kitabının 83 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binası Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 008R********** saylı razılaşması üzrə xx.xx.2020-ci il tarixinə banka 2035.25 manat əsas borcu, 1686.1 manat faiz borcu, 3348.68 manat cərimə borcu, cəmi 7070.03 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli 008R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə banka 670.89 manat əsas borcu, 755.85 manat faiz borcu, 1050.4 manat cərimə borcu, cəmi 2477.14 manat borcu vardır. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı «Access Bank” ASC-nin verdiyi krediti, həmin kreditə hesablanmış faizləri, cəriməni və həmin kreditin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, tələbin ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, xx.xx.2014cü il tarixli 008R********** saylı və xx.xx.2016-cı il tarixli 008R********** saylı kredit razılaşmaları üzrə borclu Cavabdeh1 iddiaçı «Access Bank”ASC-nə olan pul öhdəliyi onun tərəfindən ipoteka ilə təmin edildiyindən və o, iddiaçı «Access Bank” ASCnin qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, borc tələbi kreditin təminatı kimi ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməlidir. Məhkəmə, eyni zamanda, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçı «Access Bank” ASC-nin tələbinin ipoteka qoyulmuş göstərilən əmlaklara yönəldilməsi Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə uyğun olaraq, ipoteka qoyulmuş göstərilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab edirki, Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binasının ilkin satış qiyməti 11253.2 manat məbləğində müəyyən edilməlidir. Belə ki, tərəflər Arasinda bağlanmış ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin qiyməti 11253.2 manat qiymətləndirilmiş, cavabdeh ipoteka predmetinin qiyməti ilə bağlı məhkəmədə mübahisə qaldırmamış və məhkəmə-əmtəəşünaslıq eksperetizasını keçirilməsini istəməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 cərimə borcu istisna olmaqla digər borcları qəbul etdiyindən 008R********** saylı kredit razılaşması üzrə 2035.25 manat məbləğində kredit borcu, 1686.1 manat məbləğində faiz borcu və 008R********** saylı kredit razılaşması üzrə 670.89 manat məbləğində kredit borcu, 755.85 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 5148 manat 09 qəpik ondan alınaraq Bankın hesabına köçürülməlidir. Məhkəmə bununla yanaşı qeyd edir ki, 008R********** saylı kredit razılaşması üzrə əsas borc 2035.25 manat, 008R********** saylı kredit razılaşması üzrə isə 670.89 manat təşkil etdiyi halda, müvafiq olaraq 3348.68 manat və 1050.4 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu müvafiq olaraq 300 və 50 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 2035.25 manat məbləğində kredit borcu, 1686.1 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə borcu, 008R********** saylı kredit razılaşması üzrə 670.89 manat məbləğində kredit borcu, 755.85 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5498.09 manat məbləğində pul tutularaq, iddiaçı «Access Bank” ASC-nə verilməli, iddia bununla bağlı qalan hissədə təmin edilməməlidir. Bu borcun əvəzi kimi tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binasının ilkin satış qiyməti 11253.2 manat məbləğində müəyyən edilməlidir. Həmin ticarət təyinatlı qeyri yaşayış binası açıq hərracdan satılmalı və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilməlidir. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, torpağın mülkiyyətçisi olan Cavabdeh1 qaytarılmalı, Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılmalı və alıcıya təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, iddiaçı isə həmin 02 il müddəti ötürmədən xx.xx.2020-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbini dəyiəşərək iddianın giriş hissəsində cavabdeh qismində Cavabdeh2 Xaliq qızını da göstərsə də, tələb hissəsində onu cavabdeh qismində göstərməmiş və kredit borcu o cümlədən ondan da tələb etməmişdir. Buna görə də, məhkəmə iddia tələbindən kənara çıxmayıb iddiaçının tələb etdiyi həddə qətnamə çıxarmışdır. Cünki MPM-nin 218.3-cü madəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı cavabdehər Cavabdeh1, X2 və Cavabdeh3 aid edilməli və onlardan müştərək qaydad alınaraq, iddiaçı «Access Bank” ASC-nin hesabına ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Xaliq qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 2035.25 manat məbləğində kredit borcu, 1686.1 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə borcu, 008R********** saylı kredit razılaşması üzrə 670.89 manat məbləğində kredit borcu, 755.85 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5498.09 manat məbləğində pul tutularaq, iddiaçı «Access Bank” ASC-nin xeyrinə verilsin. Tələb ipoteka predmeti olan və Cavabdeh1 məxsus Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binasına yönəldilsin. Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binasının ilkin satış qiyməti 11253.2 manat məbləğində müəyyən edilsin. Həmin qeyri yaşayış binasının açıq hərracdan satılsın və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, Cavabdeh1 qaytarılsın. Lənkəran şəhəri, Qalayçılar küçəsində 2a ünvanında istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 46.8 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binası boşaldılsın və alıcıya təhvil verilsin. İddia Cavabdeh2 Xaliq qızına aid və qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 60 manat cavabdehər Cavabdeh1, X2 və Cavabdeh3 aid edilsin və onlardan müştərək qaydada tutularaq, iddiaçı «Access Bank” ASCnə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(049)-3366/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3366/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver