Məhkəmə qərarları › İş №2(049)-3381/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3381/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3381/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 yazılı qəbzə əsasən verilmiş 4000 (dörd min) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X4 onun qudasıdır. X4 2024-cü ilin sentyabr ayında oğluna təcili pul lazım olduğu üçün ondan 4200 (dörd min iki yüz) manat borc pul almışdır. Cavabdehdən pulu tələb etdikdə o, ona bildirmişdir ki, “mənə güvənmirsənsə sənə yazılı qəbz verim ki, puluvu qaytaracam”. Qəbz cavabdehin öz dəst-xətti ilə 31 may 2025-ci ildə tərtib edilmişdir. Cavabdeh hər ay 500 (beş yüz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu günə qədər cəmi 200 (iki yüz) manat aldığı borcdan qaytarmışdır. Hal-hazırda cavabdehin ona yazılı qəbzə əsasən 4000 (dörd min) manat ödənilməmiş borcu qalmışdır. O, cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsəmdə, o borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün məhkəməyə müraciət etməli olub. Hesab edir ki, cavabdeh X1 yazılı qəbzə əsasən verilmiş 4000 (dörd min) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 izahat verərək göstərmişdir ki, həqiqətən də, 2024cü ildə İddiaçı 4200 manat borc almış, həmin pulun 200 manatını geri qaytarmışdır. Hazırda iddiaçıya 4000 manat borcu vardır. Borcu hissə-hissə ödəyə bilər, yaxud işlədiyi yer üzrə borcun onun əmək haqqına yönəldilməsinə də etiraz etmir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş əl xətti ilə yazılmış qeydləri o özü yazmışdır. Həmin qeydləri mübahisələndirmir. İddianın təmin edilməsnə etirazı yoxdur. İş materiallarına əlavə olunan, tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli yazılı əlyazmadan görünür ki, o X4 qudası İddiaçı aldığı 4200 AZN-i iyun ayı daxil olmaqla hər ayın 5/9 arası verəcəyi, əks halda ehtimal edir ki, ayda minimum 500 AZN vermək şərti ilə 15-21 arası ödəmək imkanı olacaqdır. Zəngilan rayon hərbi komisarlığı tərəfindən verilən 031885 nömrəli vəsiqədən görünür ki, İddiaçı veteran olduğu müəyyən olunur. Məcburi köçkün vəsiqəsi, Sumqayıt ŞİH Mənzil Kommunal Təsərrüfatı İstehsalat Biriliyinin 12 saylı Mənzil-Kommunalın xx.xx.2025-ci il tarixli arayışından və Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri, Quuba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları bölməsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayondan məcburi köçkün İddiaçı Sumqayıt şəhərində müvəqqəti məskunlaşıb. Məhkəmə iddia tələbini, tərəflərin izahatlarını, iş materiallarına əlavə olunmuş sənədləri qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbini məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2025-ci il tarixdə yazılı qaydada təsdiq edilmiş əl yazmasına əsaslanaraq iddianın təmin edilməsini xahiş etmiş, Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla, etirafla da görünür ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır və həmin borc müqaviləsi mübahisələndirmir. Bununla da, cavabdeh pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş, məhkəmə cavabdehin iddia tələbi üzrə etirafını nəzərə alaraq, iddianın təmin olunması qənaətinə gəlmişdir. Belə ki, tərəf etiraf etdikdə, yalnız etirafı ilə məhkəmə qətnaməsi əsaslandırıla bilər. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3. maddəsinə əsasən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3. maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinə əsasən Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, məhkəmə əsaslandırıcı hissədə yalnız etirafı istinad edir və həmin etiraf şüphə doğurmadığından məhkəmə tərəfindən qəbul olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 4000 manat alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsum haqqında qanun 9-cu maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.1. maddəsinə əsasən İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4000 (dörd min) manat cavabdeh X1 alınaraq İddiaçı verilsin. İddia ərizəsilə məhkəməyə müraciət etmək üçün ödənməli olan 60 manat dövlət rüsumu X1 alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar