Məhkəmə qərarları › İş №2(049)-3395/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3395/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3395/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 06 dekabr 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİR HİSSƏ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyr. Onunla münasibəti həmişə normal olmuşdur. Cavabdeh 2021-ci ilin may ayında onun yanına gələrək ona təcili pul lazım olduğunu və aldığı pulu tezliklə qaytaracağına söz vermişdir. O, isə öz növbəsində onda pul olmadığını cavabdehə bildirmişdir. Lakin cavabdeh ondan öz adına bankdan kredit götürüb ona verməsini, əvəzində krediti özünün ödəyəcəyini bildirmişdir. O cavabdehi tanıdığı üçün “Parabank" ASC-nın Lənkəran filialı ilə kredit müqaviləsi bağlayaraq həmin bankdan 7091 manat məbləğində kredit götürmüş və pulun hamısını ona vermişdir. Cavabdeh həmin kredit üzrə ödənişləri vaxtında edirdi. Bundan sonra cavabdeh 2021-ci ilin sentyabr ayında yenidən onun yanına gələrək onun üçün yenidən öz adına kredit götürməsini və krediti də ödəyəcəyini bildirmişdir. O, cavabdehi uzun müddət tanıdığı üçün yenə də "xxxx" ASC-nin Lənkəran filialına gedərək bankdan 6233 manat kredit götürüb, bütün pulu ona vermişdir. Bundan sonra cavabdeh birinci kredit üzrə 11 ay, ikinci kredit üzrə 4 ay ödəniş etdikdən sonra ödənişləri dayandırmişdir. Cavabdeh kredit üzrə ödənişiləri dayandırdığı üçün hazırda bank həmin pulları ondan tələb etmişdir. Beləliklə də Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Ondan aldığı pulu ona qaytarmaqdan imtina edir. Hazırda özünün həmin pula ehtiyacı var və cavabdehdən pulunu tələb edir. Pulun məbləği hər iki kredit üzrə faizlə birlikdə 7560.57 manat + 8211.84 = 15772.44 manat edir. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmaqdan imtina edir. Sadalananları nəzərə alaraq cavabdehdən 15772.44 manat pulun tutularaq onun xeyrinə ödəniməsi ilə bağlı qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiyə etdiyini və təmin olunmasını xahiş etdi. Məhkəmənin 1810.2023-cü il və xx.xx.2023-cü il tarixli hazırlıq iclaslarında cavabdeh teleqram vuraraq proseslərdə üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və iclasın növbəti tarixə təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, yenidən məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasında cavabdehlə ***-***-**-** mobil nömrəsi ilə telefon əlaqəsi yaratmış və o, telefon danışığında iddianı qəbul edərək İddiaçı tələbinin doğru olduğunu bildirmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİ HİSSƏ: İş materiallarında olan və iddiaçının Lənkəran RŞPŞ-nə ünvanladığı ərizələrdən, RŞPŞdə verdiyi izahatından və RŞPŞ-dən aldığı cavabdan görünür ki, iddiaçı göstərir ki, iki dəfə bankdan öz adına kredit alaraq cavabdehə vermiş, cavabdeh bir qismini ödəsə də, qalan borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehə iddia ərizəsinin surəti göndərilsə də, o, həmin iddiaya öz münasibətini və ya etirazını bildirməmişdir. Məhkəmə onun iddiaya münasibət bildirməkdən yayınmasını, habelə məhkəmə baxış iclasının gedişində onunla yaradılan telefon əlaqəsi zamanı iddiaçının haqlı olduğunu bildirməsini cavabdehin iddiaçıya pul borclu olması faktının təsdiqi kimi qəbul edərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 15772.44 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşdə olan qəbzdən görünür ki, iddiaçı 139 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 139 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 15772.44 manat məbləğində pul və ödənilmiş 139 manat məbləğində dövlət rüsumu, cəmi 15911.44 manat tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar