Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-34/2024 14.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, iddiaçılar: İddiaçı1, İddiaçı2, cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətində olan torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasına törədilən maneənin aradan qaldırılması və 3000 min manat məbləğində maddi ziyanın tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caavbdehlər Cavabdeh1 və Qasımova X5 rayon Veravul kəndində yerləşən onlara məxus olan 0.3559 ha torpaq sahəsindən sərbəst istifadə etməklə həmin torpaq sahəsində kənd təsərrüfatı məsullarının becərilməsinə törədilən maneənin aradan qaldırılması, onların qanunsuz hərəkətlərinə son qoyulması və İddiaçı1 3000 manat məbləğində ziyan vurması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki,iddiaçı hazirda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Veravul kəndində yaşayır. Yaşadığı kənddə onların paylı mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların və yaxın qohumu olan X1 mülkiyyətindədir. Həmin torpaq sahəsinin onların mülkiyyətində olması barədə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakır dövlət reyestrində 186 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydə almmaqla Hüququqların Dövlət qeydiyyatın haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsində o təyinatı üzrə istifadə etməklə orada şəxsi ehtiyaclarını ödəmək üçün kənd təsərrüfatı məhsulları olan tərəvəz məhsulları əkir. İş üzrə cavabdehlər həmin əkdiyi tərəvəz məhsullarının kollarını yerindən çıxarıb məhv edir, onların mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneə yaradırlar. Cavabdehlərdən qanunsuz hərəkətlərinə son qoyulmasını dəfələrlə tələb etsə də, onlar öz qanunsuz hərəkətlərindən əl çəkmədiklərindən onların barəsində Lənkəran ŞRPŞ-yə müraciət etmiş, lakin polis şöbəsindən müraciətə cavab verilərək cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə mülki icraat qaydasında məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin onların əkib becərmək istədiyi torpaq sahəsindəki kənd təsərrüfatı məhsullarını məhv edən zaman ona yəni İddiaçı1 3000 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və Cavabdeh2 izahatında iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin verdiyi xx.xx.2023-ci il tarixli ********** saylı çıxarışından görünür ki, 0.3559 ha torpaq sahəsi İddiaçı1 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* saylı müqavilədən görünür ki, X7 ilə Cavabdeh1 arasında "Əmlakn alqı-satqısı barədə" bağlanmış müqavilə üzrə müvafiq olaraq Lənkəran şəhəri, Veravul kəndində yerləşən ümumi sahəsi 0.86 ha torpaq sahəsini alıcı Cavabdeh1 satılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin verdiyi xx.xx.2011-ci il tarixli ********** saylı çıxarışından görünür ki, 0.218986 ha torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daçınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-662 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) iddiaçılar İddiaçı1 və X2 xüsusi mülkiyyətlərində olan 0,3559 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatlarının üstüstə düşməməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) mövcud olması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışıa (ilkin hüquqmüəyyənedici sənəd JN-662 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) iddaçılar İddiaçı1 və X2 xüsusi mülkiyyətlərində olan 0,3559 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun torpaq sahəsinin şərq istiqamətindən olması müəyyən olunmuşdur. Həmin yolun başlanğıc hissəsinin kəndarası yoldan başlanması, son hissəsinin isə əkin torpaq sahələrinin qurtaracağına qədər olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən həmin gediş-gəliş yolunun yerləşdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuş və faktiki olaraq həmin yolun hamının istifadəsi üçün açıq olması müşahidə olunmuşdur. Lakin iddiaçılar İddiaçı1 və X2 faktiki istifadə etdikləri torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-662 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) iddiaçılar İddiaçı1 və X2 xüsusi mülkiyyətlərində olan 0,3559 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 0153 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 100 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 19 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8914 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2911/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-662 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) iddiaçılar İddiaçı1 və X2 xüsusi mülkiyyətlərində olan 0,3559 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) mövcud olması müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2911/2023 saylı mütəxəssis rəyinə rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışıa (ilkin hüquqmüəyyənedici sənəd JN-662 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) iddaçılar İddiaçı1 və X2 xüsusi mülkiyyətlərində olan 0,3559 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun torpaq sahəsinin şərq istiqamətindən olması müəyyən olunmuşdur. Həmin yolun başlanğıc hissəsinin kəndarası yoldan başlanması, son hissəsinin isə əkin torpaq sahələrinin qurtaracağına qədər olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən həmin gediş-gəliş yolunun yerləşdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuş və faktiki olaraq həmin yolun hamının istifadəsi üçün açıq olması müşahidə olunmuşdur. Lakin iddiaçılar İddiaçı1 və X2 faktiki istifadə etdikləri torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2911/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, iddiaçılar İddiaçı1 və X2, həm də Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki istifadələrində olan torpaq sahələrinin yerləşmə vəziyyətinin uyğun olmaması səbəbindən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilibedilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Əlavə olaraq mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində iddiaçılar X3 və X2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-662 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Lakin iddiaçılar İddiaçı1, İddiaçı2 naturada göstərdiyi, faktiki istifadələrində olan torpaq sahəsinin bir hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilmişdir. Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, 19 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-10/8914 nömrəli məhkəmə tiktinti-texniki ekspertizasının keçirilməsi barədə tədqqiatın dəyəri 50 manat təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar üzrə məhkəməyə təqdim edilmiş, habalə məhkəmə hazırlıq iclası zamanı əldə edilmiş sübutlarla iddiaçının iddiası rədd edilməlidir. Belə ki, iş üzrə mötəbər sübut kimi əldə edilmiş 19 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-10/8914 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən də görünür ki, cavabdehlərin iddiaçılata məxsus torpaq sahəsindən istifadə etməmi müəyyən edilməmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-nin 124.2-ci maddəsinin tələbinə görə, . İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, 19 dekabr 2023-cü il tarixli məhkəmə tiktintitexniki ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçılardan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətində olan torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasına törədilən maneənin aradan qaldırılması və 3000 min manat məbləğində maddi ziyanın» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-34/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-34/2024
14.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver