Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3409/2023 12.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə 12 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3956/1/1 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik faiz dərəcəsi 32% ödənilmək şərti ilə 350 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavadeh Cavabdeh2 ilə həmin tarixdə 3956/1/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Kredit müqaviləsinə əsasən cavadeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faziləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin banka ödənilməmiş 304.59 manat icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 41.56 manat, müavilə müddəti bitən tarixə faiz borcu 63.08 manat, ümumilikdə 409.23 manat məbləğində borcu mövcuddur. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Sadalananları nəzərə alaraq cavabdehlərdən xx.xx.2015-cı il tarixli Kredit müqaviləsinə əsasən 304.59 manat icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 41.56 manat, müavilə müddəti bitən tarixə faiz borcu 63.08 manat, ümumilikdə 409.23 manat borcun, eləcə də ödədikləri 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianı müdaifə etdiyini və təmin olunmasıyla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, mərhum əri olan Cavabdeh1 vərəsəsidir. O, məhkəməyə ərizə təqdim edərək iddianı tam şəkildə qəbul etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh2 dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli,3956/1/1 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 32 faiz dərəcəsi ilə, 12 ay müddətinə 350 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 4091/1/4 saylı zaminlik müqaviləsində görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ona zamin durmuş və borcun ödənilməsi üçün bank qarşısında bocalanla birlikdə öhdəlik götürmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Rəhmxan oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iş üzrə icraat təzələnmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki Cavabdeh2 Cavabdeh1 həm zamini kimi, həm də vərəsəsi kimi kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra cavabdeh olduğundan, o, həmin öhdəliklərin icrası üçün bilavasitə maddi məsuliyyət daşıyır. Həmin əsaslara görə, məhkəmə qərara gəlir ki, iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verildiyinə, Cavabdeh2 isə xx.xx.2015-ci il tarixli, 3956/1/1 saylı Kredit müqaviləsinə üzrə öhdəliklərə görə iddiaçının qarşısında Cavabdeh1 ilə eyni həcmdə maddi məsuliyyət daşıdığına, eləcə də iddianı qəbul etdiyinə görə kredit müqaviləsi üzrə 304.59 manat icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 41.56 manat, müavilə müddəti bitən tarixə faiz borcu 63.08 manat, ümumilikdə 409.23 manat borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 aid edilməli və ondan tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3956/1/1 saylı Kredit müqaviləsinə əsasən 304.59 manat icra edilməmiş əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 41.56 manat, müavilə müddəti bitən tarixə faiz borcu 63.08 manat, ümumilikdə 409.23 manat Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 aid edilsin və ondan tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(049)-3409/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3409/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver