Məhkəmə qərarları › İş №2(049)-3410/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3410/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3410/2023 04.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X9 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı LPO "xxxx" ASC Qurbanov Malik Muxtar oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim M.İsayev) iş üzrə məhkəmə-əmtəşşübaslıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırlmışdır. Mülki iş üzrə icraat dayandırıldığı zaman Qurbanov Malik Muxtar oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etdiyi müəyyən olunmuş, məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, mərhumun vərəsələrini müəyyən etmək məqsədilə müvafiq sorğular edilmiş və bunun nəticəsində müəyyən olunmuşdur ki, onun mirasını arvadı Cavabdeh və oğlu X7 qəbul etmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Qurbanov Malik Muxtar oğlunun vəfat etdiyiniqeyd edib cavabdeh qismində mərhumun evində yaşayan vərəsələri Cavabdeh və X4 cəlb etməyi xahiş etmiş, məhkəmə onun ərizəsini təmin edərək onları cavabdeh qismində cəlb etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 iyun 2013-cü il tarixdə Qurbanov Malik Muxtar oğlu (bundan sonra mətndə - cavabdeh) Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard” Kommersiya Bankına (bundan sonra mətndə - Bank) ərizə ilə müraciət edərək, ona 50 000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bank (“Lənkəran” filial vasitəsi ilə) ilə cavabdeh arasında 27 iyun 2013-cü il tarixində 1xx/xx/35018/13 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 50 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehin tam mülkiyyət hüququ ilə ona məxsus olan Lənkəran şəhəri, X11 küçəsi, 116 nömrəli fərdi yaşayış evi 27 iyun 2013-cü il tarixli 1xx/xx/35018/13 saylı ipoteka müqaviləsi (bundan sonra - İpoteka Müqaviləsi) əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 06 iyun 2018-ci il tarixə Banka 32961.92 manat məbləğində əsas borc 1442,42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə üzrə borcu, 1575.52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 37578.38 manat borcu qalmışdır. Sadalanları nəzərə alaraq Bankın cavabdeh Qurbanov Malik Muxtar oğlu arasında bağlanmış 27 iyun 2013-cü il tarixili 1xx/xx/35018/13 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 32961.92 manat məbləğində əsas borc, 1442.42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə üzrə borcu, 1575.52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 37578.38 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 manat məbləğində dövlət rüsumu hesablanmaqla tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 150.400 manat məbləğində müəyyən edilməklə Qurbanov Malik Muxtar oğlundan tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, X11 küçəsi, 116 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, evə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Qurbanov Malik Muxtar oğlunun evində yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaхtı və yеri barədə cavabdеh, həm də digər cavabdeh X2 qanuni nümayəndəsi Cavabdeh lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq məhkəmə bildirişi olan zərf “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə bu halı bildirşin rəsmi qaydada ona çatdırılmış kimi qəbul edir. Belə ki, “Ali Məhkəmənin bülleteni” jurnalının 2012-ci ilin 3-cü nömrəsinin 36-40-cı səhifələrində olan,”Tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz” adlı başlıq altında verilmiş materialda qeyd edilmişdir: “Apellyasiya instansiya məhkəməsi tərəfindən 10 may 2011-ci il tarixli qətnamə N.M.Hüseynova mülki prosessual qanunvericilikdə nəzərdə tutulduğu qaydada çatdırılmış hesab olunmalıdır. Belə ki, X5 yaşadığı ünvanın ünvan 1lları ilə və xüsusən də N.M.Hüseynovun özünün məhkəməyə müraciət etdiyi ərizələrlə təsdiq olunur. Mülki işin materialları ilə təsdiq olunur ki, apellyasiya instansiya məhkəməsinin 10 may 2011-ci il tarixli qətnaməsi N.M.Hüseynova Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, ev 11-ə göndərilmiş, lakin o evdə yaşamadığına görə geri qaytarılmışdır.” ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank (“Lənkəran” filial vasitəsi ilə) ilə mərhum Qurbanov Malik Muxtar oğlu arasında bağlanmış 27 iyun 2013-cü il tarixli 1xx/xx/35018/13 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən Qurbanov Malik Muxtar oğluna illik 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 50 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Qurbanov Malik Muxtar oğluna məxsus Lənkəran şəhəri, X11 küçəsi, 116 nömrəli fərdi yaşayış evi iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. ipoteka predmetinin qiymətinin tərəflərin razılaşması ilə 150.400 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Qurbanov Malik Muxtar oğluna məxsus olan Lənkəran şəhəri, X11 küçəsi, 116 nömrəli fərdi yaşayış evi Qurbanov Malik Muxtar oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Qurbanov Malik Muxtar oğlunun xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə banka 32961.92 manat məbləğində əsas borc, müqavilənin müddəti üçün hesablanmış 592.42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə üzrə borcu, 4.58 manat günlük faiz borcu, 2125.12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 37277.98 manat təşkil edir. İş materiallarında olan bildirişin surətindən görünür ki, Qurbanov Malik Muxtar oğlu bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Portaldan çıxarılmış və işə əlavə edilmiş məlumatdan görünür ki, X7 iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Lənkəran rayon 1 saylı Notariat ofisinin notariusunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, sistemdə mərhum X2 vərəsələrinə vərəsəlik haqqında şəhadətnamənin verilməsi, vərəsələri tərəfindən mirasın qəbulu və ya mirasdan imtinaya dair ərizə verilməsi müəyyən edilməmişdir. İşə əlavə edilmiş Lənkəran şəhjər 1 saylı sahə İƏDÜ nümayəndəliyinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, mərhum X2 vərəsələri arvadı Cavabdeh, övladları X7, X8 və X6r. İşə əlavə edilmiş arayışdan görünür ki, mərhum X2 evində hazırda onun vərəsələrindən arvadı Cavabdeh və oğlu X7 yaşayır. İş materiallarında olan və Cavabdeh notariat kontoruna ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən görünür ki, o ipoteka predmetinin yüklü edilməsinə razı olmuş və ona tutma yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü təhvil verəcəyini öhdəsinə götürmüşdür. Portaldan çıxarılmış və işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, cavabdeh X7 xx.xx.2007-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Qurbanov Malik Muxtar oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının verdiyi krediti, həmin kreditə hesablanmış faizləri, cəriməni və həmin kreditin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, tələbin ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə Qurbanov Malik Muxtar oğlunun iddiaçıya olan pul öhdəliyi onun tərəfindən ipoteka ilə təmin edildiyindən və o, iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, borc tələbi kreditin təminatı kimi ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməlidir. Məhkəmə, eyni zamanda, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaklara yönəldilməsi Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə uyğun olaraq, ipoteka qoyulmuş göstərilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlərdən müştərək qaydada Qurbanov Malik Muxtar oğlunun banka olan borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr, borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr qarşı irəli sürülə bilər. Vərəsələrin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, Cavabdeh və X7 vəfat etmiş Qurbanov Malik Muxtar oğlunun mirasında yaşamaqla, mirasın açıldığı gündən 03 ay müddətində ondan imina etmələrinə dair notariat ofisinə ərizə verməməklə mirası qəbul etdiklərindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bankla mərhum Qurbanov Malik Muxtar oğlu arasında bağlanmış 27 iyun 2013-cü il tarixili 1xx/xx/35018/13 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 32961.92 manat məbləğində əsas borc, maliyyə arayışında göstərildiyi kimi müqavilənin müddəti üçün hesablanmış 592.42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə üzrə borcu, 4.58 manat günlük faiz borcu, 2125.12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 37277.98 manat tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bu borcun əvəzi kimi tələb ipoteka predmeti olan Qurbanov Malik Muxtar oğluna məxsus Lənkəran şəhəri, X11 küçəsində yerləşən 116 nömrəli fərdi yaşayış evinə yönəldilməli, evinin ilkin satış qiyməti tərəflərin razılığı əsasında müəyyən edilmiş 150.400 manat məbləğində müəyyən edilməlidir. Həmin ev açıq hərracdan satılmalı və onun satışından əldə olunacaq vəsait hesabına Qurbanov Malik Muxtar oğlunun banka olan borcu ödənilməlidir. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, mirası qəbul etmiş vərəsələri Cavabdeh və X3 qaytarılmalı, evə tutma yönəldildikdən və o satıldıqdan sonra həmin evdə yaşayan Qurbanov Malik Muxtar oğlunun ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evddən məcburi qaydada çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun müvafiq olaraq 29.70 və 29.70 manatı, cəmi 59.40 manat cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada alınaraq, iddiaçının hesabına ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair qismən təmin edilsin. LPO "xxxx" ASC-nin ilə mərhum Qurbanov Malik Muxtar oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 32961.92 manat məbləğində əsas borc, maliyyə arayışında göstərildiyi kimi müqavilənin müddəti üçün hesablanmış 592.42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə üzrə borcu, 4.58 manat günlük faiz borcu, 2125.12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 37277.98 manat tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə verilsin. Tələb ipoteka predmeti olan və cavabdeh Qurbanov Malik Muxtar oğluna məxsus Lənkəran şəhəri, X11 küçəsi, 116 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Lənkəran şəhəri, X11 küçəsi, 116 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 150.400 manat məbləğində müəyyən edilsin. Həmin ev açıq hərracdan satılsın və onun satışından əldə olunacaq vəsait hesabına Qurbanov Malik Muxtar oğlunun banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, mirası qəbul etmiş vərəsələri Cavabdeh və X3 qaytarılsın. Evə tutma yönəldildikdən və o satıldıqdan sonra həmin evdə yaşayan Qurbanov Malik Muxtar oğlunun ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər oradan məcburi qaydada çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun müvafiq olaraq müvafiq olaraq 29.70 və 29.70 manatı, cəmi 59.40 manat cavabdehlərə aid edilsin və onlardan müştərək qaydada alınaraq, iddiaçı LPO "xxxx" ASC-nə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar