Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3417/2023 21.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdeh: Cavabdeh2 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneənin aradan qaldırılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «maneənin aradan qaldırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyun 1990-cı il tarixli, 259 nömrəli qərarına uyğun olaraq təsdiq edilmiş siyahı əsasında Lənkəran rayonu “Cil” tərəvəzçilik sovxozunun 93 nömrəli əmri ilə 20 iyul 1990-cı il tarixdə mərhum X4 təhvil verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması, daşınmaz əmlaka dair plan və ölçü sənədlərinin tərtib edilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə yaradılan maneə aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 mart 1988-ci il tarixdə Lənkəran rayonu Cil kənd sakini X5 ilə ailə qurmuş, həyat yoldaşının qardaşı, yəni X1na 16 iyul 1990- cı il tarixdə Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyun 1990-cı il tarixli 259 nömrəli qərarına uyğun olaraq təsdiq edilmiş siyahı əsasında Lənkəran rayonu Cil kəndi ərazisində 0,06 ha həyətyanı torpaq sahəsi ölçülmüş və Lənkəran rayonu «Cil» tərəvəzçilik sovxozunun 93 nömrəli əmli ilə 20 iyul 1990-cı il tarixdə ona təhvil verilmişdir. Həmin torpaq sahəsi uzun illərdir ki, qaynı Şəmşir Mirzəyev və onun ailəsinin istifadəsində olmaqla onun adına şəhadətnamə mövcuddur və dövlət reyestrində qeydiyyata alınmışdır. Ancaq onun qardaşı Məzahir Mirzəyev tərəfindən müxtəlif illərdə onun razılığı ilə müvəqqəti olaraq əkin əkilmişdir. Həmin vaxtlar Şəmşir Mirzəyev qardaşı Məzahir Mirzəyevin hərəkətləri ilə əlaqədar Lənkəran rayonu Cil kənd bələdiyyəsinə müraciət etmiş və onların hər ikisi bələdiyyəyə dəvət edilərək hər ikisindən rəsmi ərizə alınmışdır. X6 müvəqqəti olaraq Şəmşirə məxsus torpaq sahəsindən istifadə olduğunu bildirmiş və hətta 17 iyun 2000-ci il tarixdə Lənkəran rayonu Cil kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş İ.Əkbərova ərizə ilə müraciət edərək həmin imzaladığı ərizəsində də açıq-aşkar göstərmişdir ki, Şəmşirə məxsus olan torpaq sahəsini əkdiyinə görə sezon qurtarandan sonra ona təhvil verəcəkdir. Eyni zamanda də bələdiyyəyə ərizə ilə müraciət edərək ona məxsus torpaq sahəsinin qardaşı X6 tərəfindən əkildiyi üçün əkin solana kimi həmin torpaq sahəsinə iddiasının olmadığını göstərmişdir. X1 13 avqust 2005-ci il tarixdə vəfat etmişdir. Onun qızı, 21 oktyabr 1999-cu il tarixdə anadan olmuş Kvaşa (Mirzəzadə) Elnaz Şəmşir qızı vərəsəlik məsələsini qaydaya salmaq məqsədi ilə Lənkəran rayonu 1 saylı notariat kontoruna müraciət etmişdir. Lənkəran 1 saylı notariat kontorunun 25 aprel 2023-cü il tarixli 705 saylı məktubundan görünür ki, vərəsəlik dairəsi müəyyən edilərək 13 avqust 2005-ci il tarixdə vəfat etmiş X3 qızı, Kvaşa (Mirzəzadə) Elnaz Şəmşir qızı miras qoyanın vərəsəsidir. Eyni zamanda X14 mənə etibarnamə verərək miras mülklə əlaqədar vərəsəlik məsələlərini qaydaya salmaq üçün müəyyən hərəkətləri etmək, eyni zamanda məhkəməyə müraciət etməyə səlahiyyət vermişdir. Mən də həmin etibarnaməyə əsaslanaraq Lənkəran rayon Vəkil Bprosunun vəkili Vəkil ilə müqavilə bağlayaraq həmin səlahiyyətlərin onun tərəfindən yerinə yetirilməsini xahiş etmidir. Vəkil tərəfindən verilmiş 19 may 2023-cü il tarixli 4-69 nömrəli sorğuya cavab olaraq Lənkəran rayon Şağlaser bələdiyyəsi tərəfindən mərhum X4 Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyun 1990-cı il tarixli 259 nömrəli qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin Baş Planı təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri» publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilərək Lənkəran rayonu «Cil» Tərəvəzçilik Sovxuzu üzrə 93 nömrəli əmri ilə mərhum X4 verilmiş və ondan miras qalmış 0,06 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması, daşınmaz əmlaka dair plan və ölçü sənədlərinin tərtib edilməsi xahiş edilmişdir. Həmin müraciətlə əlaqədar. 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşı tərəfindən iki dəfə həmin torpağın yerləşdiyi Lənkəran rayonu Cil kəndinə gedilsə də, hər iki halda cavabdeh, mərhum X2 oğlu Cavabdeh1 və onun anası Cavabdeh2 tərəfindən daşınmaz əmlaka dair plan və ölçü sənədlərinin tərtib edilməsinə maneçilik törədilmiş, bu səbəbdən də ölçü işləri aparıla bilinməmişdir. Belə ki, hər iki halda cavabdehlər Cavabdeh1 və anası Cavabdeh2 reyestr xidmətinin əməkdaşlarını həmin torpaq sahəsinə buraxmamış və bu səbəbdən də ölçmə aparıla bilməmişdir. Bu səbəbdən də 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 iyul 2023-cü il tarixli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildiriş verilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin hüquqmüəyyənedici sənəd üzrə ayrılmış torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyi sənədlərlə faktiki yerində olan vəziyyət (çöl ölçmə işləri) aparılmadığından müəyyən edilməmişdir. Eləcə də həmin bildirişdə göstərilmişdir ki, sözügedən torpaq sahəsinə dair ilkin hüquqməyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, mövcud siyahı və xəritə məlumatlarına əsasən mərhum X3 adına şəhadətnamə məvcuddur və dövlət reyestrində **********12-10301 nömrə ilə qeydiyyata alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 20 saylı Lənkəran Ərazi İdarəsinin aidiyyəti mütəxəsisləri tərəfindən həyətyanı torpaq sahəsinə baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə avtı tərtib edilməlidir. Bildirişin sonunda göstərilmişdir ki, qeyd olunan səbəblərdən (müayinə təmin olunmadığından, habelə tərəflər arasında mübahisə mövcud olduğundan) miras əmlak olaraq həmin 0,06 ha həyətyanı torpaq sahəsi üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair müvafiq qeydiyyatının aparılması proseduru imkan xaricində olduğundan dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh1 və onun anası Cavabdeh2 həmin 0,06 ha həyətyanı torpaq sahəsini qanunsuz olaraq zəbt etdiklərindən miras sahibinin qızı və ailə üzvləri həmin torpaq sahəsini sənədləşdirib hasara ala bilməyirlər. Hansı ki, tərəfimizdən qeyd edilən torpaq sahəsi dəmir torlu setka ilə hasara alınmışdı və cavabdehlər tərəfindən həmin hasar da sökülmüşdür. Zəbt etdiyi torpaq sahəsində vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması, daşınmaz əmlaka dair plan və ölçü sənədlərinin tərtib edilməsinə cavabdeh maneə yaradaraq torpaq sahəsi onun tərəfindən özbaşına tutulmuş, yəni qanuni formada onun mülkiyyətinə aid deyildir. Dəfələrlə cavabdehə xəbərdarlıq etsə də o, mərhum Şəmşir Mirzəyevdən miras qalmış həmin torpaq sahəsinə vərəsəlik hüququ üzrə X10 məxsus torpaq sahəsini zəbt etməklə onun hüquqlarını pozur. Cavabdehlərin qanunsuz və özbaşına hərəkətləri barədə aidiyyəti orqanlara şifahi və yazılı şikayətlər ilə müraciət edilsə də, həmin orqanlar tərəfindən izah edilmişdir ki, mübahisəni həll etməkdən ötrü məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, həmin torpaqda uzun müddətdir ki, yaşadığını, torpağın onlara məxsus olduğunu, buna görə əraziyə bələdiyyənin iştirakı ilə baxış keçiriləcəyinə razı olacağını bildirdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, bildirişindən görünür ki, Lənkəran rayonu Cil kədində yerləşən 0.06 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı aidiyyəti mütəxəssislər tərəfindən müayinə olunmamasına şərait yaradılmadığından müayinə mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından, yəni əraziyə mahiyyəti üzrə baxış keçirilmısinə etirazı olmaması ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunur ki, atasından miras kimi qalmış evə və həyətyanı sahəyə mütəxəssislər tərəfindən baxış keçirilməsi zərurəti yaranmış, lakin cavabdeh tərəfindən buna şərait yaradılmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyun 1990-cı il tarixli, 259 nömrəli qərarına uyğun olaraq təsdiq edilmiş siyahı əsasında Lənkəran rayonu “Cil” tərəvəzçilik sovxozunun 93 nömrəli əmri ilə 20 iyul 1990-cı il tarixdə mərhum X4 təhvil verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması, daşınmaz əmlaka dair plan və ölçü sənədlərinin tərtib edilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə yaradılan maneə aradan qaldırılsın. İş üz ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı X9 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3417/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3417/2023
21.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver