Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-342/2023 27.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və cavabdeh Əliyeva (İsmayılova) Kəmalə Əflatun qızının iştirakları ilə, İddiaçı cavabdeh (İsmayılova) Kəmalə Əflatun qızına qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh (İsmayılova) Kəmalə Əflatun qızından 10200 (on min iki yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 150.6 manat, cəmi 20350.6 (iyirmi min üç yüz əlli manat 60 qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Ailə münasibətlərində narazılıq olduğundan ayrılmış və hazırda subaydır. Hazırki iş üzrə cavabdeh Lənkəran şəhər sakini Əliyeva (İsmayılova) Kəmalə Əflatun qızı da boşandığından onunla tanış olub şəxsi münasibətləri yaranmışdır. İki il ərzində yəni, 2019-2021-ci illər ərzində ondan hissə-hissə 4000 manat məbləğində borc pul almış və həmin pulu Bakı şəhərində aldığı təzə evinə xərcləmiş, hər dəfə borc pul alanda evin pulunu ödəyib qurtarandan sonra onun pulunu qaytaracağını bildirmişdir. Həmin puldan əlavə Bakı şəhərində cavabdehin özünə aldığı həmin evdə yenə də ondan borc pul istədiyi üçün üzərində olan və sellofan torbada saxladığı pulu yataq dəstinin üstünə qoyub sellofan torbadan çıxarıb sayanda orada 10000 manatın olduğunu üzərində hissə-hissə olan pulları isə sayanda isə əlavə olaraq 1000 manat olduğu məlum olmuşdur. Həmin 1000 manat pulu sellofanda olan 10000 manatın üzərinə əlavə edib orada cavabdehə vermişdir. Bundan başqa pensiya kartından pensiya pulunun 1000 manatını hissə-hissə ayrı-ayrı vaxtlarda çıxarıb ona vermiş, oğlunun adına olan bank kartına hissəhissə milliön ödəniş vasitəsi ilə köçürmüş, qalan 4000 manat pulu isə hər dəfə hissə- hissə olmaqla onun evinin tələbatına xərcləmişdir. 2019-cu ilin noyabr ayından 2021-ci ilin yanvar ayına qədər kombi üçün hər ay 46 manat, qaz sayğacı üçün 200 manat, Bakıdakı evin təmiri üçün 150 manat, İran istehsalı olan qaz sobasının alınması üçün 250 manat, işıq peçkasının alınması üçün 150 manat, ətçəkən maşın, ütü, velosiped üçün 250 manat, kondisionerə qazın vurulması üçün 60 manat, evdə işləyən ustalara vermək üçün 100 manat, 200 manat da onun özünə vermiş, bir sözlə həmin iki il ərzində evin bütün kommunal xərclərini ödəmişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayında cavabdeh ona zəng edib qəbiristanlığa gəlməyini və onunla söhbət etmək istədiyini bildirmiş və onun dediyi yerə gedib onunla görüşmüşdür. Həmin vaxt cavabdeh onunla barışmağını və ona olan borcları ona bağışlamağı tələb etmiş, əgər onunla barışmayacağı halda borcunu ona qaytarmayacağını və o, əgər onu polisə verəcəyi halda onu şərləyəcəyi ilə hədələmişdir. Lakin o, cavabdehin hədələrinə məhəl qoymayıb onunla barışmaq və borc verdiyi pulu ona bağışlamayacağını bildirərək onun 20200 manat pulunu qaytarmasını tələb etsə də o, həmin pulları ona qaytarmayacağını bildirmişdir. Bundan sonra ondan dəfələrlə ona olan borcunu tələb etsə də borcu qaytarmadığından cavabdehin hərəkətlərindən polis şöbəsinə şikayət etmişdir ki, barəsində qanunamüvafıq qaydada tədbir görülsün. Polis şöbəsində sonra araşdırmanı dayandırıb, ona məktub verilmişdir ki, araşdırma zamanı qeyd etdiyi faktla bağlı hər hansı bir cinayət xarakterli və inzibati xətanın baş verməsi müəyyən olunmadığından müraciəti əsasında araşdırma dayandırılmış və toplanmış material şöbədə işə alınmışdır. Həmin məktubda ona izah edilmişdir ki, öz razılığı ilə nisyə satdığı qoyunların pulunu ala bilməməyi ilə bağlı aidiyyəti üzrə mülki qaydada rayon məhkəməsinə müraciət edə bilər. Polis şöbəsində araşdırma zamanı cavabdeh izahatında ondan borca pul aldığını lakin hazırki vaxta kimi həmin pulu ödəmədiyini etiraf etsə də, lakin onun pulunu ona verməmişdir. Buna baxmayaraq onun fikrincə cavabdehin əməlində cinayət tərkibi vardır. Çünki, o etibarından sui-istifadə edib, onu aldadaraq ev almaq adı ilə ondan pulu almış, lakin həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək pulunu da verməkdən yayınır. Cavabdeh onun 20200 manat pulunu qaytarmadığı üçün həmin pulu ondan tələb etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh (İsmayılova) Kəmalə Əflatun qızından 20200 (iyirmi min iki yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 150.60 (yüz əlli manat altmış qəpik) manat, cəmi 20350.60 (iyirmi min üç yüz əlli manat altmış qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında cavabdeh (İsmayılova) Kəmalə Əflatun qızı iddia tələbini qəbul etməyib, iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işin hallarına dair iddiaçı və cavabdehin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 1091-ci maddələridir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İddiaçı iddia tələbindən görünür ki, 2019-2021-ci illər ərzində cavabdehə hissə-hissə ümumilikdə 4000 manat məbləğində, daha sonra 12000 manat məbləğində borc pul verdiyini, sonra isə 4000 manat pulu isə hər dəfə hissə- hissə olmaqla cavabdehin evinin tələbatına xərclədiyini, 2019-cu ilin noyabr ayından 2021-ci ilin yanvar ayına qədər kombi üçün hər ay 46 manat, qaz sayğacı üçün 200 manat, Bakıdakı evin təmiri üçün 150 manat, İran istehsalı olan qaz sobasının alınması üçün 250 manat, işıq peçkasının alınması üçün 150 manat, ətçəkən maşın, ütü, velosiped üçün 250 manat, kondisionerə qazın vurulması üçün 60 manat, evdə işləyən ustalara vermək üçün 100 manat, daha sonra 200 manat, eləcə də iki il ərzində cavabdehin evinin bütün kommunal xərclərini ödədiyini bildirmişdir. İddiaçı tələbində qeyd etdiklərinin cavabdehin onun əmisi ilə telefon danışığında təsdiq etdiyini, bu barədə səs yazısının olduğu maddi daşıyıcını məhkəməyə təqdim etmiş, lakin həmin maddi daşıyıcıda olan səs yazısında iş üçün əhəmiyyət kəsb edən heç bir ifadə öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh (İsmayılova) Kəmalə Əflatun qızının ona 20200 manat məbləğində borcu olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı mülki işdə iddiaçı pul tələbi ilə bağlı cavabdehə qarşı iddia qaldırdığından məhkəməyə bu tələbin təmin edilməsini şərtləndirən mötəbər sübut təqdim etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normaları baxımından hesab edir ki, iddia tələbini əsaslandıran halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh (İsmayılova) Kəmalə Əflatun qızına qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-342/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-342/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver