Məhkəmə qərarları › İş №2(049)-3440/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3440/2022

28.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3440/2022 28.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: İbrahimov Elvin oğlu, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki verində müayinə olunmasına (koordinat nöqtələrinin dəqiqləşdirilməsi, mövcud uyğun torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və s.), Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabden Cavabdeh İddiaçı qardaşı X4 həyat yoldaşıdır. Hazırki mübahisənin predmeti olan mənzil iddiaçının ata-baba evidir. Həmin ünvanda yerləşən ev şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair tərtib edilmiş 1967-ci il tarixli, 3492 inventar nömrəli texniki pasporta əsasən mərhum atası X1 adına rəsmiləşdirilmişdir. Sözügedən evə dair iddiaçı atasının 1-ci növbəli vərəsələrindən olduğundan **********604 saylı ərizə ilə Lənkəran rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Bundan sonra Notariat Ofisi tərəfındən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinə 1647 nömrəli məktubla müraciət olunaraq iddiaçının miras qoyan X2 vərəsəsi olmağı barədə məlumat verilməklə Adil Məmmədova məxsus əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən Forma № 1 və ya Çıxarışın Lənkəran rayon 1 saylı Notariat Ofisinə göndərilməsi xahiş olunmuşdur. Vərəsəlik məsələsinin qanunvericiliyin tələbinə uyğun həlli məqsədilə xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək mərhum atasından miras qalmış ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı aidiyyəti mütəxəssislər tərəfindən müayinə olunmasını xahiş etsə də, lakin xx.xx.2022-ci il tarixdə 10 saylı Ərazi İdarəsi tərəfindən ona **********93 saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Qeyd olunan bildirişdə göstərilmişdir ki, Xidmətin 10 saylı Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməli, bunun üçün isə qeyd olunan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin yerində müayinə edilməsinə tərəfimdən şərait yaradılmalıdır. Bu səbəbdən də, həmin Xidmətin mütəxəssislərinə daşınmaz əmlakın müayinə olunmasına lazımi şəraiti yarada bilmədiyinə görə ərizənin icrası təmin edilməmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsinə etdiyi müraciətin nəticəsiz qalmasına yəni ünvan 1 ünvanda yerləşən həvətvanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı aidiyyəti mütəxəssislər tərəfindən müayinə olunmamasının səbəbi Cavabdeh buna maneə törədərək qanunsuz hərəkətlər etməsinə görədir. Belə ki cavabdeh faktiki olaraq həmin ünvanda yaşadığından və oranı tamamilə oz müki zənn etdiyindən qəti şəkildə hər hansı bir şəxsi həyətə buraxmayacagını bildirir. Cavabdehin bu cür hərəkətləri qanunvericiliyin tələblərinə tamamilə zidd olmaqla onun və digər vərəsələrinin də hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 izahatında göstərdi ki, iddianı qəbul edir. Dövlət Xidmətinin əməkdaşları həyətlərinə gələrkən o, evdə olmamış və bu səbəbdən də müayinə baş tutmamışdır. ünvan 1 ünvanda yerləşən evə və həyətyanı torpaq sahəsinə mütəxəssislər tərəfindən müayinə olunmamasına etirazı yoxdir və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh izahatını yazılı şəkildə də təqdim etmiş və izahat iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********93 nömrəli bildirişindən görünür ki, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı aidiyyəti mütəxəssislər tərəfindən müayinə olunmamasına şərait yaradılmadığından müayinə mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış notarial qaydada təsdiq edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən ev şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair tərtib edilmiş 1967-ci il tarixli, 3492 inventar nömrəli texniki pasporta əsasən X1 adına rəsmiləşdirilmiş, İddiaçı 1-ci növbəli vərəsə olduğundan **********604 saylı ərizə ilə Lənkəran rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinə 1647 nömrəli məktubla müraciət olunaraq iddiaçının miras qoyan X2 vərəsəsi olmağı barədə məlumat verilməklə Adil Məmmədova məxsus əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən Forma № 1 və ya Çıxarışın Lənkəran rayon 1 saylı Notariat Ofisinə göndərilməsi xahiş olunmuş, vərəsəlik məsələsinin qanunvericiliyin tələbinə uyğun həlli məqsədilə xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək mərhum atasından miras qalmış ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı aidiyyəti mütəxəssislər tərəfindən müayinə olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunur ki, atasından miras kimi qalmış evə və həyətyanı sahəyə mütəxəssislər tərəfindən baxış keçirilməsi zərurəti yaranmış, lakin cavabdeh tərəfindən buna şərait yaradılmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki verində müayinə olunmasına (koordinat nöqtələrinin dəqiqləşdirilməsi, mövcud uyğun torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və s.) Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və onun qanunsuz hərəkətlərinə son qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar