Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3443/2024 22.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X4, İddiaçılar: İddiaçı1 və İddiaçı2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «uşaqla ünsiyyətə olan maneənin aradan qaldırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar Əkbərov İddiaçı1 Lalə Mikayıl qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində yaşayan oğlu, X5 birgə nikahından doğulmuş xx.xx.2017ci il təvəllüdlü nəvəsi olan X8 ilə ünsiyyət hüququnun həyata keçirilməsi məqsədi ilə hər həftənin şənbə və bazar günləri 10:00 dan 18:00 qədər eləcə də ad günü, yeni il, Novruz, Qurbanvə Ramazan bayramlarının 2-ci günündə saat 10:00-dan 18-00-dək görüş müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X9 iş üzrə cavabdeh Sinovli kənd sakini Cavabdeh il 05 fevral 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikah Vilvan kənd icra nümayəndəliyində 03 nömrə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 05 dekabr 2017-ci ildə X10 doğulmuşdur. Uşaq hal-hazırda sağ-salamat olmaqla anasının yanında yaşayır. Cavabdehin üzundən ailələri dağılmışdır. 04 sentabr 2023-cü il tarixli 2(049)- 2720/2023 saylı Lənkərn Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Uşaq anasının himayəsinə verilməklə saxlanması üçün hər ay sabit pul məbləğində 180 manat olmaqla aliment ödəyir. Cavabdeh 2 ildən artıqdır ki, öz valideynlərinə məxsus olan evdə yaşayır. Onlar artıq 2 ilir ki, cavabdehin qərəzli münasibətinə görə doğma nəvələri ilə ünsiyyət qura bilmirlər. Cavabdehə və onun anasına dəfələrlə bu barədə deməyinə baxmayaraq cavabdeh uşağı onlardan gizlədir. Məcbur qalıb Lənkəran şəhər qəyyumluq və himayəçilik komissiyasına ərizə ilə müraciət etmişlər Komissiyanın 04 sentyabr 2024-cü il tarixli protokolun qərarı və komissiyanın rəyinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X8 baba və nənəsi ilə ünsiyyət hüququnun həyata keçirilməsi məqsədi ilə hər həftənin şənbə və bazar günləri 10:00 dan 18:00 qədər eləcə də ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan bayramlarının 2-ci günündə saat 10:00dan 18-00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Lakin caavabdeh buna imkan vermir. Odur ki, maneənin aradan qaldırılmasından ötrü məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın təmin edilməsinə etirazı olmadığını, lakin onun ucqar dağ kədində müəllim işləməsini, eləcə də uşağı atası ilə də görüşdüyünün nəzərə alınmasını xahiş etdi. Tədqiq edilən sübutlar: İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə X10 doğulmuşdur. X1 , anası Cavabdehdır İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(049)-2720/2023 saylı qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 03 saylı nikah qeydi pozulması, xx.xx.2017-ci il tarixdə doğulmuş X10 anası Cavabdeh yanında saxlanılması dair 23 iyun 2023-cü il tarixli MŞL/MT014/2023-01406 saylı barışıq sazişi ilə həll edilməsi nəzərə alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyasının 06 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, 05 dekabr 2017-ci ildə doğulmuş X10 babası İddiaçı1, nənəsi İddiaçı2 ilə hər həftənin şənbə və bazar günüləri saat 10:00-dan – 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00-dan – 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən mediasiya xərci kimi 60 manat, məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Qeyd olunan Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X10 babası İddiaçı1 nənəsi İddiaçı2 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan – 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00-dan –18:00-dək ünsiyyətdə olmaq hüququna Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. Həmin Qanunun 17-ci maddəsinə görə valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Hazıki işin hallarından müəyyən olunur ki, 05 dekabr 2017-ci ildə doğulmuş X3 X1dur, nənəsi İddiaçı2 babası İddiaçı1dur. Cavabdeh ilə X2 xx.xx.2023-cü il tarixdə nikahları pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, 05 dekabr 2017-ci ildə doğulmuş X3 babası İddiaçı1 və nənəsi X7 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan – 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00-dan – 18:00-dək ünsiyyətdə olma hüququ müəyyən edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddianın verilməsi üçün dövlət rüsumu kimi 50 manat, mediasiyaya müraciət edilməsi üçün 60 manat ödəniş edilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Göstərilənələrə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilsin. 05 dekabr 2017-ci ildə doğulmuş X3 babası İddiaçı1 və nənəsi İddiaçı2 ilə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyasının 06 sentyabr 2024-cü il tarixli qərarı ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan – 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00-dan – 18:00-dək ünsiyyətdə olmaq hüququna Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradırılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3443/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3443/2024
22.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver