Məhkəmə qərarları › İş №2(049)-35/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-35/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-35/2023 18.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xx.xx.2014-cü il tarixli 19KL/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 8.650,91 ABŞ dolları, faiz borcuna görə 4.957,27 ABŞ dolları və cərimə borcuna görə 1.580,69 ABŞ dolları olmaqla 15.188,87 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0,07474 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 15.188,87 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı Unibank KB ASC-yə ödənilməsi, ipoteka predmetnin ilkin satış qiymətinin 206.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0,07474 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 18% ödəmək şərtilə, 130.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19Kli/14-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri X4 küçəsində yerləşən 0.07474 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 saylı fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda "xxxx" KB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KLZ1/14-1 saylı və 19KLZ1/14-2 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 və Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə gröə borclu Cavabdeh1 ilə eyni həcimdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB-na ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixə xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsasən əsas kredit borcu üzrə 8.650,91 ABŞ dolları, faiz borcuna görə 4.957,27 ABŞ dolları, cərimə borcuna görə 1.580,69 ABŞ dolları olmaqla 15.188,87 ABŞ dolları borcu təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi Orxan Babayev məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xx.xx.2014-cü il tarixli 19KL/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 8.650,91 ABŞ dolları, faiz borcuna görə 4.957,27 ABŞ dolları, cərimə borcuna görə 1.580,69 ABŞ dolları olmaqla 15.188,87 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən 0,040 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası İctimai İaşə obyektinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 15.188,87 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı Unibank KB ASC-yə ödənilməsi, ipoteka predmetnin ilkin satış qiymətinin 190.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən 0,040 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası İctimai İaşə obyektinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia ərizəsinə dəqiqləşdirmədə göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarından olan: "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh1 60 ay müddətində, 25 iyun 2019-cu il tarixədək 1.000.000 manat məbləğində kredit veməyi, Cavabdeh1 isə həmin müddət ərzində almış olduğu kredit məbləğini geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən Cavabdeh1 öhdəliklərinin icrası 25 iyun 2014-cü il tarixli 19KLİ/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən 0,040 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ilə təmin olunmuşdur. Tərəflər arasında bağlanmış əsas kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 1 №-li Sazişdən görünür ki, əsas kredit müqaviləsinin 5.1-ci bəndinə dəyişiklik edilmiş, müqavilə üzrə öhdəliklərin icrası üçün Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0,07474 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 saylı fərdi yaşayış evi və Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən 0,040 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ilə təmin edilmişdir. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 18% ödəmək şərtilə, 130.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1 №-li Sazişdən görünür ki, əlavə kredit müqaviləsinin 1.3-cü bəndinə dəyişiklik edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi 16,5 %, kreditin qaytarılmasının son müddəti isə xx.xx.2019-ci il tarixədək müəyyən edilmişdir. "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələsinə əsasən Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KLİ/14-1 saylı ipoteka müqaviləsinə əsasən, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri X4 küçəsində yerləşən 0.07474 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 saylı fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KLİ/14-1 saylı ipoteka müqaviləsinə əsasən, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən 0,040 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. Maliyyə Arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 8.650,91 ABŞ dolları, faiz borcuna görə 4.957,27 ABŞ dolları, cərimə borcuna görə 1.580,69 ABŞ dolları olmaqla 15.188,87 ABŞ dolları təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tutmanmın ipotekaya yönəldilməsi barədə bildirişdən görünür ki, ipoteka predmeti olan Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən 0,040 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binasına məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeyd alınması xahiş olunmuş və bildiriş xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Bunun üçün 10 manat dövlət rüsumu və 20 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.40 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası İctimai İaşə obyektinin bazar dəyəri 240.000, likvid dəyəri isə 204.000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 18% ödəmək şərtilə, 130.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19Kli/14-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri X4 küçəsində yerləşən 0.07474 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 saylı fərdi yaşayış evi və Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən 0,040 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda "xxxx" KB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19KLZ1/14-1 saylı və 19KLZ1/14-2 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 və Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə gröə borclu Cavabdeh1 ilə eyni həcimdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB-na ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh tərəf, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və və ümumiyyətlə, bu halı mübahisələndirmir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Cavabdeh1 Bank qarşısında olan borc öhdəliyini vaxtında və lazımi qaydada icra etmədir və o bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə iddiaçının tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ilə əlaqədar qeyd edir ki, iddiaçı Cavabdeh1 xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 8.650,91 ABŞ dolları əsas, 4.957,27 ABŞ dolları faiz və 1.580,69 ABŞ dolları cərimə borcu tələb edir. Qeyd olunan kredit məbləğinin düzgün hesablanıb hesablanmamasının müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1650 №-li ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 ödənilməmiş 8.650,91 ABŞ dolları əsas və 4.957,27 ABŞ dolları, cəmi 13.608,19 ABŞ dolları faiz borcu vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, iddia 8.650,91 ABŞ dolları əsas və 4.957,27 ABŞ dolları məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə iddiaçının 1.580,69 ABŞ dolları cərimə borcu tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, dəbbə pulunun məbləği müəyyən edilərkən məhkəmələr kreditorun və borclunun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdırlar. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 4.957,27 ABŞ dolları cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehlərdən 100 ABŞ dolları həcmində tutulmasını daha ədalətli hesab edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianın «Cavabdeh1 kredit borcunun iddiaçının xeyrinə tutulması barədə» hissəsi qismən əsaslıdır. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə aşağıdakıları qeyd edir: MM-nin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin icrası üçün, yəni götürülmüş kredit məbləğinin xx.xx.2017-ci il tarixədək ödənilməsi üçün öhdəlik götürmüşlər. Zaminlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1 №-li Sazişin Cavabdeh1 tərəfindən icra edilməsinə öhdəlik götürməmişlər. Bu halda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş olur. Lakin kreditor olaraq iddiaçı xx.xx.2018-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarına əsasən 3 və 4-cü bəndlərində qeyd olunur ki, Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin «onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması» müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. ««Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarının 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, xx.xx.2014-cü tarixli zaminlik müqaviləsi xitam olduğu üçün iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsassızdır. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir: İddia tələbinə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi də daxildir və bununla bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və Cavabdeh1 məxsus Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.40 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ictimai iaşə obyektinə yönəldilməli və həmin sahə açıq hərracdan satışa çıxarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.40 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ictimai iaşə obyektinin ilkin satış qiyməti ilə əlaqədar qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabata əsasən həmin qeyri-yaşayış sahəsinin bazar qiyməti 240.000 manat, likvid qiyməti isə 204.000 manat müəyyən edilmişdir. Tərəflər "xxxx" MMC-nin qeyd olunan hesabatını mübahisələndirmədiyindən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabata əsasən əmlakın orta likvid qiymətinə uyğun müəyyən edilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinin tələbinə görə, isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Göründüyü kimi Qanunda ipoteka predmeti satıldıqdan sonra əmlakın boşaldılması nəzərdə tutulmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakların satıldığı halda əmlaklar ən geci 1 ay ərzində boşaldılmalıdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 8.650,91 ABŞ dolları, faiz borcuna görə 4.957,27 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları olmaqla 13.708,18 ABŞ dolları kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat cavabdehlər Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.40 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ictimai iaşə obyektinin yönəldilməli və həmin torpaq sahəsi və üzərində olan qeyri yaşayış binası ictimai iaşə obyekti açıq hərracdan satışa çıxarılmalı, əmlakların ilkin satış qiyməti "xxxx" MMC-nin hazırki iş üzrə verdiyi xx.xx.2023cü il tarixli hesabatlara uyğun olaraq orta likvid dəyəri olan 204.000 manat məbləğində müəyyən edilməli, həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1 və Cavabdeh4 tərəfindən boşaldılmalı, iddia qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə rədd edilməlidir. Məhkəmə həmçinin MPM-nin 119.1-ci maddəsinin tələbi baxımından hesab edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı AccessBank» QSC ilə Cavabdeh1 arasında bağlanmış 19KL/14-2 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 8.650,91 ABŞ dolları, faiz borcuna görə 4.957,27 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları olmaqla 13.708,18 ABŞ dolları kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat cavabdehlər Cavabdeh1dan tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1 tutulacaq 13.708,18 ABŞ məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.40 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ictimai iaşə obyektinə yönəldilsin və həmin əmlaklar açıq hərracdan satışa çıxarılsın. Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.40 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ictimai iaşə obyektinin ilkin satış qiyməti 204.000 manat məbləğində müəyyən edilsin. Həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1 və Cavabdeh4 tərəfindən boşaldılsın. İddia qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar