Məhkəmə qərarları › İş №2(049)-3516/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3516/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3516/2024 30.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Qubadov X2 Nərgiz Cəfər qızı və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli kredit müqaqviləsinin 9 və borc müqaqviləsinin 4.1-ci bəndlərinə əsasən tətərlər arasında yaranan mübahisələr onların razılığı, belə razılıq olmadıqda məhkəmə qaydasında həll olunur. Yəni qeyd olunan müqavilələrə görə, iddiaçı ilk əvvəl mübahisəni öz aralarında həll etməli, buna nail ola bilmədikdə, mübahisənin könüllü həll edə bilməməsinə dair sübutunu iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlıidir. Lakin İddiaçı yaranmış mübahisənin qarşılıqlı razılıqla həllinə cəhd göstərilməsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, İddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməsinə dair sənəd təqdim etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 244 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 244 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 10878 nömrəli qəbzə əsasən ödənilmiş 244 manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırıldıqdan sonra o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim edildiyi on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar