Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3517/2025 27.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Allahyar oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Allahyar oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Allahyar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 220 (iki yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 izahatında bildirdi ki, işə mahiyyəti üzrə baxılmasını istəmir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə məhkəmədən kənar mübahisənin həllinə dair razılığa gəlmişlər və işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmə iddiaçının və cavabdehin iahatını dinləyib, iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 30 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Allahyar oğlunun ərizəsi təmin edilsin. İddiaçı Allahyar oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia tələbi üzrə iddiaçı tərəfindən KapitalBank ASC vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il, saat 09:16, GPP qəbz № **********, əməliyyat İD: 8********) X1 (FİN: 3VLR1VS) qaytarılsın. Qərardadın icrası X3 İdarəsinə həvalə edilsin. Qərardaddan ərizənin baxılmamış saxlanılması hissəsindən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3517/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3517/2025
27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver