Məhkəmə qərarları › İş №2(049)-352/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-352/2024

28.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-352/2024 28.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ H İ S S Ə: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ H İ S S Ə: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/9, mənzil 63-də yaşayan Cavabdeh 14.000 manat pulun və dövlət büdcəsinə köçürülmüş 132 manat rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır. Onunla hər zaman münasibəti normal olmuş və əvvəllər aralarında hər hansı bir münaqişə olmamışdır. xx.xx.2022-ci il tarixdə tanışı Cavabdeh 14000 manat puldan ehtiyacı olduğunu və ona borc olaraq 14000 manat pul verməyini xahiş etmişdir. O Cavabdeh ilə aralarında olan münasibətə əsasən 14000 manat pulu kredit müqaviləsi əsasında Cavabdeh borc olaraq verib. Cavabdeh pulu ondan borc olaraq zaman ona söz verdi ki, kredit müqaviləsi üzrə borcu xx.xx.2023-cü ilədək ödəyəcəkdir. Lakin sonradan Cavabdeh vədinə əməl etməmiş, 14000 manat borcundan heç bir məbləğdə pul verməmişdir. Dəfələrlə Cavabdeh pulu qaytarmasını xahiş etdikdə o, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu qaytaracağına söz versə də, buna əməl etməmişdir. Daha sonra İddiaçı əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi avadanlığın gətirilməsi ilə bağlı olmuşdur. Belə ki, Cavabdeh ona avadanlıq gətirib təhvil verəcəyinə vəd vermiş, o da qarşılığında 14000 manat pul pul verməyi öhdəsinə götürmüşdür. O üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, həmin pulu cavabdehə vermiş və cavabdehlə onun arasında pulu verilməsinə dair müqavilə də bağlanmışdır. Lakin sonuncu, yəni cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, gətirib ona təhvil verməli olduğu avandanlığı ona təqdim etməmişdir.Cavabdeh ilə onun atası Zaur İsmayılov arasında mal gətirmə ilə bağlı müxtəlif müqavilələr bağlanmışdır, lakin həmin müqavilələrin hazırki işə aidiyyəti olmamışdır. O Cavabdeh ilə avadanlığın gətirilməsi ilə bağlı şəxsən özü razılaşmış, həmin məbləğdə pulu da özü Anara vermişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə izahat verərək bildirib ki, iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə onun təmsil etdiyi Cavabdeh arasında bağlanmış kredit müqaviləsi etibarsız müqavilədir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi onlar arasında olan əsl hüquq münasibətlərini pərdələmək məqsədi daşıyır. Belə ki, həmin razılaşma da əslində iddiaçının özü ilə deyil, atası ilə bağlanmışdır. İddiaçının atası Zaur İsmayılovla Cavabdeh arasında mal gətirmə ilə bağlı müqavil bağlanmış, cavabdeh gəticəyi malın pulu almış və vədinə əməl edərək həmin malı da ona təhvil vermişdir. Bu təqdim etdiyi CD diskdəki yazılarda da öz təsdiqini tapır. Lakin cavabdeh özündən asılı olmayan səbəblərdən həmin süüübutları məhkəmənin hazırlıq iclasında təqdim edə bilməmişdir. Buna görə də qeyd olunan diskdəki «whatsapp» yazışmalarını sübut növü kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 14000 manat məbləğində pul borc verib. Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbini məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinə əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qeyd olunan qərardan belə müəyyən olunur ki, müqavilə üzrə tələblərə baxılarkən həmin müqaqvilənin etibarlılığının yoxlanılması işə baxana məhkəmə tərəfindən həyata keçirilməlidir. Müqavilənin ayrıca iddia tələbi ilə mübahisələndirilməsi sonradan eyni tərəflər arasında və eyni predmet barəsində müxtlif məhkəmələrin icratında əlaqəli mülki işlərin olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyi baxımından məhkəmə ilk növbədə iddiaçının iddianın əsaslılığını təsdiq edən sübut növü kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinin etibarlılığına qiymət verilməli olmasını zəruri hesab edir. xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinin məzmunundan fərqli olaraq həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarından belə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında mal gətirmə ilə bağlı razılığa gəlinmiş, iddiaçı gətirilən malın dəyərini ödəməyi, Cavabdeh isə malı gətirib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla bağlı tərəflər arasında kredit müqaviləsi bağlanmış və iddiaçı razılaşma üzrə ödəməli olduğu 14000 manat pulu caavabdeh Cavabdeh ödəmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə tərəflər arasında notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsi bağlansa da, əslində tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik mübasibətləri deyil, mal gətirmə müaviləsindən irəli gələn öhdəlik münasbətləri yaranmışdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan (tərəflər arasında hüquq münasibələrinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 340-ci maddəsinə görə: 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337-ci maddəsinə görə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə belə qənaətə gəlir ki, İddiaçıla Cavabdeh arasında bağlanmış əqd, yəni xx.xx.2022-ci il tarixli kredit müqaviləsi MM-nin 340.2-ci maddəsinin tələbi baxımından yalan əqd hesab edildiyindən etibarsızdır. Belə olan halda isə hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlərə MM-nin 337.5-ci maddəsi tətbiq edilməli, tərəflərin hər biri biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Belə olan halda iddiaçının Cavabdeh ödənilən 14.000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin iddiaya qarşı etirazının dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər iddianın rədd edilməsi üçün əsas kimi qəbul ediləə bilməz. Belə ki, məhkəmə cavabdehinn təqdim etdiyi whatsapp yazışmalarına dair CD diskdə olan materialları tədqiq etməkdən imtina etmişdir. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh iddiaçı ilə aralarında heç bir hüquq münasibətinin olmadığını və mal gətirmə ilə bağlı iddiaçı ilə deyil, onun atası ilə razılaşma aparıldığını bildirmiş, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Qeyd olunan tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və vəsatətində qeyd etdiyi iddiaya qarşı sübutları məhkəməyə təqdim etməmiş, məhkəməyə teleqramla müraciət edərək ailə üzvünün əməliyyata getməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmənin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqramında göstərdiyi hallarla əlaqədar hər hansı sübut təqdim etmədiyindən, habelə cavabdehə iddiaya qarşı etirazını təqdim etmək üçün kifayət qədər vaxt verildiyindən cavabdehin teleqramında göstərdiyi halları işin lüzumsuz uzadılmasına yönələn hərəkətlər kimi qiymətləndirib, iddianın məhkəmə baxışına təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. iddiaya qarşı etirazını təsdiq edən sübutu, yəni CD diski cavabdeh yalnız ikinci məhkəmə baxışına təqdim etmişdir. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini, yəni razılaşma üzrə avadanlığı iddiaçıya təhvil verdiyi bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14.000 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 132 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14.000 (on dörd min) manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 132(bir yüz otuz iki) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar