Məhkəmə qərarları › İş №2(049)-3576/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3576/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3576/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni Seyfullayeva (bundan öncə Gözəlova) Rufanə İslam qızı ilə Cavabdeh ilə birgə nikahdan anadan olmuş, xx.xx.2012-ci il təvəllüdlü X1, 08.12-ci il təvəllüdlü Rüqəyya və Zəhranın (əkiz qızların) yetkinlik yaşına çatanadək saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(049)-1926/2020 saylı qətnaməsindən alimentin miqdarı dəyişdirilib artırılmaqla hər bir uşaq üçün 250, ümumilikdə 750, əlil oğlu Əlinin əlavə xərclərinə isə 170 manat alınaraq onun xeyrinə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinə sübutlar əlavə etmək istəyir, ona görə də işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və tərəflərin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənlərə və MPM-nin 259, 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar