Məhkəmə qərarları › İş №2(049)-3624/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3624/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3624/2023 28.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 28 sentyabr 2023-cü il tarixdə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Belə ki, iddiaçı ya iddia ərizəsində məhkəməyə təqdim edəcəyi sübutlarının olmadığını göstərməli, ya da ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində göstərməlidir ki, “mən iddia tələbimi aşağıdakı sübutlarla sübuta yetirirəm: (məsələn) -Filan qəbzlə, filan şəhadətnamə, qətnamə ilə; -Filan aktla və s. -Məhkəməyə dəvət edəcəyim filan şahidlə və s.” Həmin sübutların siyahısının göstərilməsində məqsəd, cavabdeh tərəfindən iddia etiraf edildiyi təqdirdə, qısa bir zaman kəsiyində iddiaya yekun vurmaqdır. Çünki, cavabdeh sübutların siyahını gördüyü halda, ona qarşı qoyulmuş suallara cavab olaraq iddiaya etiraz etməyib onu qəbul edə bilər. Bu hal öz əksini MPM-nin 154-cü maddəsində tapmışdır. Belə ki, MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir:... 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı. Onu da qeyd edim ki, İddiaçının iddia ərizəsində ona qoşulan sənədlərin siyahısı göstərilmişdir. Bununla bağlı qeyd edirəm ki, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsi, sübutların siyahısının iddia ərizəsində göstərildiyi anlamına gəlmir. Belə ki, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsini tənzimləyən və mütləq icra olunmalı olan MPM-nin 149.2.5-ci maddəsi mövcuddur. MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 149.2.5-ci maddəsindən fərqli olaraq MPM-nin 149.2.3-cü maddəsinin tələbi ondan ibarətdir ki, iddia ərizəsinin özündə (mətnində, əsaslandırılcı hissəsində) iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsinə bir sıra sənədlər əlavə edilə bilər. Lakin, iddiaçı öz iddia ərizəsində konkret olaraq hansı sübutlarla özünü haqlı olduğunu göstərməlidir. Onu da qeyd edim ki, MPM-nin 149.2.3-cü maddəsi də imperativ normadır və həmin maddənin tələblərinin də tam icrası mütləqdir. Bundan əlavə İddiaçı pretenziya qaydasına riayət etmədən birbaşa məhkəməyə müraciət etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin 3.2-ci bəndindən görünür ki, əsasən...müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Lakin iddiaçının iddia ərizəsindən həmin bəndin tələbnlərinə əməl olunduğunu təqsiqləyən hər hansı bir sübut əlavəı olunmamışdır. Qeyd olunan müqavilənin 5.1-ci bəndinə əsasən isə tərəflər arasında mübahisələr qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda qanunvericiliklə nəzərdə tutlan qaydada həll olunur. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni öz aralarında həll etməli, razılığa gələ bilmədikdə isə, bunu təsdiqləyən sübutunu iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməli idi. Азярбайъан Республикасы MPM-nin 152.1.6-ъи маддясиня ясасян müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə щаким иддиа яризяси вя она ялавя едилмиш сянядляри эери гайтарыр. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yəni qeyd olunan maddənin məzmununa görə, yalnız qərardad iddiaçıya göndərilməli, iddia ərizəsi isə ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmədə qalmalı, qərardad qüvvəyə mindikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Əgər iddiaçı qərardaddan şikayət verərsə və onun şikayəti əsasında qərardad ləğv olunarsa, onda məhkəmə məhkəmədə saxladığı iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətləri davam etdirəcəkdir. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını göstərməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edildiyindən, eləcə də, iddia pretenziya qaydalarına riayət olunmadan verildiindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 155 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər isə qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı ödədiyi 155 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar