Məhkəmə qərarları › İş №2(049)-3650/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3650/2024

04.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3650/2024 04.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında qərarlardan şikayətə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin onun barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli EQ 17243183 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17441994 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17633184 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17856231 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18021013 nömrəli qərarlarının ləğv edilərək həmin inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi, qeyd olunan qərarların elektron hökumət portalından silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə göndərilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, İddiaçı məhkəməyə mülki məhkəmə icraatı qaydasında müraciət etsə də, onun xahişi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən onun barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarların ləğv edilərək həmin qərarlar işlər üzrə icraata xitam verilməsi ilə əlaqədardaır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, inzibati tənbeh verilmə haqqında qərar inzibati xətalar haqqında qanunvericiliyin tələbinə uyğun şəkildə inzibati qaydada məhkəməyə şikayət verilə bilər. Lakin İddiaçı hazırki iş üzrə özünün iddiaçı, Azərbaycan Respublikası Baş X1 İdarəsini isə cavabdeh qismində qeyd etməklə mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər: iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Qeyd olunan hüquq normalarının tələblərinə və şərh olunan əsaslara görə hazırki tələbə məhkəmə tərəfindən mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməli, iddia ərizəsi ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, İddiaçı inzibati təhbeh vermə haqqında qərarlardan inzibati qaydada və inzibati xətalar haqqında qanunvericiliyin tələbinə uyğun şəkildə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında qərarlardan şikayətə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar