Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3710/2023 14.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, iddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz» İB kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, X1 İstismarı İdarəsinə dəymiş 290,65 manat maddi ziyanın, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 321,05 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 2022-cü il tarixində gecə 23:30 radələrində Cavabdeh Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ərazisində idarə etdiyi “Opel” markalı, 77-HX- 608 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi avtoqəza nəticəsində “Azəriqaz” İB- nin X1 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan d=76 mm-lik polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyəti komissiya tərəfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində “Azəriqaz” İB-nin Lənkəran RQİİ-yə 290,65 (iki yüz doxsan manat, 65 qəpik) manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh qeydiyyatda olduğu ünvana 03 oktyabr 2023-cü il tarixdə iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün iddia ərizəsi və rəsmi qaydada bildiriş göndərilməsinə və xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan Lənkəran ŞRPŞ tərəfindən tərtib edilmiş 09 mart 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 27 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilərək barəsində İXM-nin 333.1-ci maddəsinə əsasən tədbir görülməsindən ötrü aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-831/2023 saylı qərarından görünür ki, Cavabdeh İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X1 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 28 dekabr 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “Opel Astra” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədərək Lənkəran XS-nin balansında olan D76 mm-lik orta təzyiqli qaz xəttinin L=5.0 p/m hissəsi mexaniki zədəyə məruz qalaraq bir abonentə məxsus 1,0(bir) ədəd D20 mm-lik qaz kranı, fərdi tənzimləyici və qaz sayğacı yararsız hala düşmüşdür. Saat 00:20 radələrində yaxınlıqdakı siyirtmədən xəttə qazın nəqdli dayandırılmışdır. Təxminən 55 dəqiqə ərzində təbii qaz havaya axmışdır. Lənkəran rayonu, Balıqçılar qəsəbəsində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən qəza zamanı D-76 mm-lik qaz xəttinin zədələnməsinə görə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, qəza nəticəsində ümumilikdə 290,65 manat məbləğində ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh “Azəriqaz” İB-nin X1 İstismarı İdarəsinə dəymiş 290,65 manat ziyanın ödənilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və xidmət haqqına görə 0,40 manat pul hökumət ödəniş portalı vasitəsi ilə ödənilmişdir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, X1 İstismarı İdarəsinə dəymiş 290.65 manat maddi ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci və 21.3-cü maddələrinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eıektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclu təsir edən zəhərlərdən və ya istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsir və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə əsasən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmaqla, iddia tələbindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 İstismarı İdarəsinə dəymiş 290,65 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının, cəmi 321,05 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383, VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3710/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3710/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver