Məhkəmə qərarları › İş №2(049)-3711/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3711/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3711/2023 16.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 İstismarı İdarəsinə dəymiş 830,17 manat maddi ziyanın, ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 860.17 manat məbləğində pul vəsaitinin Cavabdeh pul vəsaitinin tutularaq X2 İstismar İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Azəriqaz” 19 fevral 2023-cü il tarixində gecə 02:15 radələrində Bağırlı X1 rayonu, Xolmili kəndi ərazisində idarə etdiyi “OPEL VECTRA” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi avtoqəza nəticəsində “Azəriqaz” İB-nin X2 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan PE-110 mm-lik polietilen qaz xəttinin d-108 mm-lik qaz xəttinə birləşən hissəsi mexaniki zərbəyə məruz qalaraq qırılmış, yararsız hala düşmüş, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyəti komissiya tərəfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində “Azəriqaz” İB-nin Lənkəran RQİİ-yə 830,17 (səkkiz yüz otuz manat, 17 qəpik) manat zərər dəymişdir. Bu iddia Lənkəran ŞRPŞ tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş Yol-nəqliyyat hadisəsinin sxemi ilə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktla, Cavabdeh Lənkəran ŞRPŞ-nə verdiyi izahatla, X2 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 20 favral 2023-cü il tarixli aktla, Lənkəran rayonu, Xolmili kəndində qəza baş vermiş PE110-mm-lik orta təzyiqli yeraltı qaz xəttinin prinsipial sxemi ilə, Cavabdeh xx.xx.2022-cü il tarixdə idarə etdiyi “OPEL VECTRA” markalı **-LJ-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini əks etdirən fotoşəkillə, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 2/6-da yaşayan Cavabdeh göndərilmiş 04 sentyabr 2023-cü il tarixli, 14-2-2-10/2-M-115- 41/2023-620 saylı xəbərdarlıq məktubu ilə sübuta yetirilir. Lənkəran şəhər rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 2/6-da yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “OPEL VECTRA” markalı **-LJ-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Lənkəran rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli İXP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.1-ci, 327.2-ci və 327.6-cı maddələrinə əsasən cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, 19 fevral 2023-cü il tarixində gecə 02:15 radələrində Bağırlı X1 rayonu, Xolmili kəndi ərazisində idarə etdiyi “OPEL VECTRA” markan, əo-lj- 183 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi avtoqəza nəticəsində Azərıqaz nin X2 İstismarı idarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan PE-110 mm-lik polietilen qaz xəttinin d-108 mm-lık qaz xəttinə birləşən hissəsi mexaniki zərbəyə məruz qalaraq qırılmış, yararsız hala düşmüş təbii qaz havaya axmışdır. Saat 08:05 radələrində yaxınlıqdakı siyirtmədən xəttə qazın nəqli dayandırılmışdır. 5 saat 50 dəqiqə müddətində təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyəti komissiya tərfindən müvafiq təlimata uygun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində “Azəriqaz” İB-nin Lənkəran RQİİ-yə 830,17 (səkkiz yüz otuz manat, 17 qəpik) manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında başlanmış 19 fevral 2023-cü il tarixində gecə 02:15- radələrində Bağırlı X1 rayonu, Xolmili kəndi ərazisində idarə etdiyi “OPEL VECTRA” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi avtoqəza nəticəsində “Azəriqaz” İB-nin X2 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan PE-110 mm-lik polietilen qaz xəttinin d-108 mm-lik qaz xəttinə birləşən hissəsi mexaniki zərbəyə məruz qalaraq qırılmış, yararsız hala düşmüş, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyəti komissiya tərəfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində “Azəriqaz” İB-nin Lənkəran RQİİyə 830,17 (səkkiz yüz otuz manat, 17 qəpik) manat zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu və xidmət haqqına görə 0.40 manat pul hökumət ödəniş portalı vasitəsi ilə ödənilmişdir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında təbii qazın alğı-satqı müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 830,17 manat maddi ziyan, ödənilmiş 30.00 manat dövlət rüsumu-cəmi 860.17 manat məbləğində pul vəsaiti tutularaq Lənkəran RQİİ-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar