Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3747/2025 29.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «maddi ziyan» tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdi̇ : İddiaçı Hüseynabala oğlu iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsindən (bundan sonra cavabdeh) maddi ziyana görə cəmi 577.40 manat pulun və 30.40 manat ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, iddiaçıya məxsus Lənkəran rayonu, Digah kəndi ərazisində 0, 06 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsini öz adına rəsmiləşdirməsi üçün "Asan xidmətə" xx.xx.2024-cü il tarixində çıxarış və texniki pasport almaq üçün müraciət etmişdir. Həmin vaxt Digah bələdiyyəsinin bu torpaq haqqında bütün sənədləri "Asan xidmətə", yəni DƏDRX- nin Lənkəran şəhər 10 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Sonrakı vaxtlarda başına böyük problemlər gəlmişdir. xx.xx.2025-ci il tarixində torpağı satmaq qərarına gəlmişdir. Dövlət rüsumu olaraq 170.80 manat, çıxarış üçün isə 406.90 manat ilə texniki sənədlər üçün ödəniş etmişdir. Özünə məxsus torpaq sahəsini satdıqdan sonra məlum olmuşdur ki, sənəddə 0,06 sot əvəzinə 0,12 sot torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin vaxt ondan sənədləri qəbul edən hüquqi şəxs Tural Kərimov olmuşdur. Qeyd etmək istəyir ki, onun adına çıxarışın qeydiyyat nömrəsi ********** həmin sənədə torpaq sahəsinin ölçüsü 0,06 sot yazılmalı idi, ancaq 0,12 sot səhv yazılmışdır. Demək torpağı paylı mülkiyyətçi kimi yazmışlar.Bölgü eskizi ola-ola 0,06 sot İddiaçı adına , digəri isə Ağayeva Zümrüdün adına 0,06 sot torpağı bir çıxarışda 0,12 sotda yazmışdılar. Bundan başqa ondan torpaq almış şəxs X2 torpağı öz adına rəsmiləşdirmək istəyərkən , ondan da əlavə olaraq rüsum pulu almışlar ki, onun satdığı torpaq sahəsinin 0, 06 sotunu ayıraraq sənədləşdirmə aparsınlar. Bunun üçün də əlavə olaraq dövlət rüsumu tutmuşlar. Həmin ödəniş pulunun ziyanı ona dəyir. Reystr xidməti işçisindən soryşduqda ki, bu sənəd niyə belədir, cavabı “sənin sənədlərinin içində bölgü eskizinin olmadığını” bildirdi, lakin bölgü eskizi sənədlərin içində olduğunu bildirmişdir.Sonradan mənə dedilər ki, bölgü eskizi X1 tərəfindən gətirilib. Ancaq bu belə deyil, bölgü eskizi özü əlbəəl "Asan xidmətdə" DƏDRX-nin Lənkəran şəhər 10 sayləı Ərazi İdarəsinin hüquqi işçisi Tural Kərimova tam sənədlər qovluğunu vermişdir. Bölgü eskizi onun təqdim etdiyi sənədlərin içində olmuşdur Məhkəmə, ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, əsas tələb mülki deyil, inzibati xarakterlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarinin 17-ci bəndinin 5-ci abzasinda göstərilmişdir ki, Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı ərizədən görünür ki, iddiaçının tələbi cavabdeh orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, belə olan halda, iddiaçı müvafiq orqanına müraciət edilməli və bundan imtina olunduqda müvafiq olaraq inzibati məhkəməyə müraciət edilməlidir. Həmin Plenum qərarının 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, iddiaçı eyni tələblə Lənkəran Rayon Məhkəməsinə müraciə etmiş, iddia ərizəsinin və hazırkı iş üzrə də ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli, 2(049)-3378/2025 nömrəli qərardad qəbul edilmişdir. Buna görə məhkəmə hesab edir ki, dövlət rüsumu artıq geri qaytarılmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 114, 153, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «maddi ziyan» tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. İddiaçı inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3747/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3747/2025
29.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver