Məhkəmə qərarları › İş №2(049)-3761/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3761/2023

09.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3761/2023 09.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavabdeh1 və Cavabdeh2 qarşı icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyi, cavabdehin qəsdən yayınması, icra sənədinin icrasını təmin etmək barədə iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Lənkəran rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra sənədi üzrə iddia ərizəsində həm icra məmuruna, həm də Cavabdeh2 hərəkətlərinə qiymət verməklə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki ərizəsi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, iddiaçının tələbi icra məmurunun icra sənədi üzrə hər hansı hərəkətindən və ya hərəkətsizliyindən şikayətlə bağlı olduğu halda da, ərizə qanunvericiliyin tələbinə uyğun tərtib edilmədyindən məhkəmənin icraatına qəbul edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsi iddiaçının cavabdehə qarşı olan tələbi, yəni mülki məhkəmə icraatı qaydasında deyil, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə məhkəmə qətnamələrinin icrası qaydasında həmin qərardan məhkəməyə şikayət verilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçının hazırki tələbinə mülki məhkəmə icraatı qaydasında məhkəmə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, İddiaçı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən qətnamənin icrası qaydasında icraat qaydası ilə aidiyyəti üzrə məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilir. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29, 87-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavabdeh1 və Cavabdeh2 qarşı icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyi, cavabdehin qəsdən yayınması, icra sənədinin icrasını təmin etmək barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar