Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-39/2024 03.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X28 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndələri X18 və Lənkəran Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh və onun vəkili, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2024cü il tarixdə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia verərək cavabdehdən ona vurduğu 30000 manat məbləğində maddi ziyanın və ödənilmiş 180.40 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, atası X8, anası isə X20 olmuşlar. Onlar rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından 6 uşaqları anadan olmuşdur. Onlar ailəvi şəkildə Lənkəran rayonu,Türkəkəran kəndində, atası X3 məxsus fərdi yaşayış evində yasamışlar. Onların yaşadıqları ev ataları X8 tərəfindən inşa edilmişdir. Sonradan bacıları ailə quraraq ərə getmişlər. O isə, xəstə olduğu üçün həmişə, həm atasının sağlığında, həm də atasının vəfatından sonra həmin evdə yaşamışdır. Sonralar, yəni 1996-cı il tarixdə Lənkəran rayonunda islahat keçirilərkən atasının inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi həmin vaxtı evdə qeydiyyatda olan atası X2, anası X10, onun və bacıları X4 və X5 mülkiyyətlərinə verilmişdir. Bundan sonra ataları X8 01 may 2007-ci il tarixdə vəfat etmişdir. X1 isə 19 fevral 2019-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun xəbəri olmadan mərhum bacısı X11 və onun əri olan Cavabdeh anasının adından saxta vəsiyyətnamə tərtib etdirmiş və həmin vəsiyyətnamədə qeyd edilmişdir ki, guya mərhum anası özünə məxsus evi və torpaq sahəsini qızı X7 vəsiyyət edir. Baxmayaraq ki, həmin vaxtı anasının adında nə ev, nə də torpaq sahəsi olmuşdur. Həmin ev atasına məxsus olmuş, evin yerləşdiyi 0.15 ha torpaq sahəsi isə Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə atası X2, anası X10, onun və bacıları X4 və X5 mülkiyyətinə verilmişdir. Sonradan Cavabdeh və mərhum bacısı X11 onu evdən qovmuş və sonradan isə mərhum atası tərəfindən inşa edilmiş evi də sökmüşlər. Cavabdeh eyni zamanda onun xəbəri olmadan da onu təsərrüfatbaşı kitabdan, qeydiyyatdan da çıxartmışdır. Buna görə də o, bacısı X12 etibarnamə vermişdir ki, pozulmuş hüquqlarını bərpa etsin. X36 da atasından ona qalmış fərdi yaşayış evinin Cavabdeh və mərhum bacısı X11 tərəfindən sökülməsi ilə əlaqədar Lənkəran ŞRPŞ-nə müraciət etmişdir. Orada araşdırma aparılarkən Cavabdeh polis şöbəsinə anası tərəfindən mərhum bacısı X6 adına verdiyi vəsiyyətnaməni təqdim edərək bildirmişdir ki, guya həmin ev mərhum anasına məxsus olmuş, anası da həmin evi bacısı Gülnar Xalıqovaya vəsiyyət etmişdir. Buna görə də polis şöbəsində onlara bildirdilər ki, onlar məhkəməyə müraciət etməlidirlər. Bundan sonra o və bacısı Quliyeva Arzu vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi tələbi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmişlər. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1802/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, mərhum X20 tərəfindən X6 adına verilmiş və Lənkəran Şəhər İHB-nın Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 02 may 2008ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 19 saylı qərarı ilə X2, X13, İddiaçı, X4 və X5 birgə mülkiyyətinə verilmiş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində mərhum X2 payına münasibətdə vərəsə İddiaçı 1/3 hissədə payının müəyyən olunması qət edilmişdir. Beləliklə də anası tərəfindən verilmiş vəsiyyətnamə qanunsuz olduğu üçün etibarsız hesab edilmişdir. Ona görə də cavabdeh heç bir əsas olmadan mərhum atasından ona qalmış fərdi yaşayış evini sökmüşdür. Həmin həyətdə də özü üçün fərdi yaşayış evi tikmişdir. Hazırda onun qalmağa başqa yeri yoxdur. Özü İ qrup əlildir. Cavabdeh də onun İ qrup əlil olmağından istifadə edədək onun ata mülkünü dağıtmış və eyni zamanda onlara məxsus payları bəlli torpaqları da sataraq onun ata mülkündə özünə fərdi yaşayış evi tikmişdir. Onların da heç birini həmin həyətə buraxmır. Beləliklə də cavabdeh atasından ona qalmış fərdi yaşayış evi sökməklə ona maddi ziyan vurmuşdur. Odur ki, hazırki, idida ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən maddi ziyan pulunu tələb edir. xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçının mərhum bacısının əridir. Cavabdeh onun atasından miras qalmış evi sökərək ona 30000 manat maddi ziyan vurmuşdur. Həmin ev hazırda mövcud olmadığı üçün, mülki işə əlavə edilmiş fotoşəkillər və sənədlər əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilsin. Həmin məhkəmə hazırlıq iclasında iddiaçının digər nümayəndəsi X18 isə göstərmişdir ki, cavabdehin sökdüyü ev atasına məxsus olub və 1954-cü ildə tikilmişdir. Evi cavabdeh onlara xəbər vermədən söküb və xəstə qardaşı olan iddiaçını həmin evdən qovub. İddiaçı hazırda onun evində yaşayır. Cavabdeh iddiaçını onun tərəfindən aparıldığını deyir, lakin o, iddiaçını öz evinə aparmamışdır. Atasının tikdiyi ev iki otaqdan, bir aynabənd və zaldan ibarət olmuşdur. Zalın iki qapısı, otaqların hər birinin bir qapısı, hər iki otağın hər birisinin bir pəncərəsi olmuşdur. Onların hamısı taxdadan hazırlanmışdır. Mübahisə predmeti olan evin qarşı divarları çiy kərpic, qırağ divarları mişar daşından tikilmişdir. Divarları palçıqla suvaqlanmışdı. Evin damı əvvəl soğal olub, atası sonra damı şifer ilə örtdürmüşdür. Evin döşəmə və tavanı palıd ağacı taxtasından olub. Atası vəfat etdikdən sonra cavabdeh həmin evi onlara demədən söküb. Buna görə də o, DİN-nin 102 Xidmətiə zəng vurmuşdur. Evin sənədləri var həmin sənədlər cavabdehin özündədir. Evin hazırda qiyməti 30000 manat olar. Cavabdeh deyir o, ev artıq sökülmüşdü. Lakin qızının toyunu həmin evdə edib, bu barədə olan toy diski də var, cavabdeh gətirib onu məhkəməyə təqdim etsin. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Həmin məhkəmə hazırlıq iclasında cavabdеh iddianı qəbul etməyib göstərdi ki, o, 1997-ci ildən qeyd olunan evdə yaşayır. Həmin ev 1954-cü ildə tikilib, evin divarları çiy kərpicdən olmaqla palçıqdan suvaqlanmışdı və damı soğaldan olmuşdur. Ev iki otaq bir zaldan ibarət olub. Evin diametri çöldən çölə 12 dən 12-ə, zalın uzunluğu 8 metr eni 2,5 metr olardı. Evin dörd pəncərəsi və pəncərələr, döşəmə, tavan taxtadan olub. Lakin bir otağın döşəməsi palçıqdan olub. Pilləkən betondan olub. Ev mərhum qayınanası Tükəzin adında olub. Evin “kupçası” olmayıb. Tükəz 2008-ci il tarixdə vəsiyətnamə verib və vəsiyətnamə əsasında o, vəsiyyət üzrə şəhadətnamə almamışdır. Həmin ev əvvələr də hissə-hissə sökülürdü. Tam olaraq 2015-ci il tarixdən sökülməyə başlamışdır. Tükəz 2019cu il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin ev söküldüyü üçün, onu sökmüşdür. Materialları köhnə olduğu üçün çoxu həyətdə qalıb. Həmin vaxtı evin qiyməti 1000 manat olardı. O, iddiaçını həmin evdən qovmamışdır. İddiaçının nümayəndəsi Arzu Quliyeva gəlib iddiaçı olan qardaşı Əvəzi öz evinə aparmışdır. İddiaçı istədiyi təqdirdə ona yaşamaq üçün iki otaq verməyə hazırdır. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Həmin məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Vəkil1 dəvət etdiyi şahid X23 göstərdi ki, mülki işdə olan xx.xx.2023-cü il tarixli aktdakı imza ona məxsusdur. Həmin imzanı atmamışdabn əvvəl cavabdeh ona demişdir ki, “bura imza et ev təhlükəli vəziyyətdə olub”, o da aktı oxumadan imza etmişdir. O, imzasından imtina edir. Həmin ev təhlükəli vəziyyətdə olub, evin döşəməsi iddiaçının anası vəfat edən zaman qırılmışdı. Buna görə də o, döşəməyə dayaq vurmuşdur. Həmin məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Vəkil1 dəvət etdiyi şahid X32 göstərdi ki, iddiaçı və cavabdehin qonşusudur. 2021-ci il tarixdə mübahisəli ev yerində olub. Sökülmüş evin dəyərini bilmir. Cavabdehin arvadı vəfat edən zaman evin damı sökülmüş vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-1802/2021 nömrəli mülki işində olan və surəti iş materiallarına əlavə edilmiş, Lənkəran rayonu, Sürük icra nümayəndəliyində təsdiq edilmiş xx.xx.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, iddiaçının anası X21 özünə məxsus və Lənkəran rayonu Türkəkəran kəndində yerləşən iki otaq və bir mətbəxdən ibarət evini (hazırda sökülmüş evi nəzərdə tutub), 0,15 ha. həyətyanı və 0,41 ha. pay torpağını cavabdehin arvadı, mərhum qızı X7 vəsiyyət etmişdir. İş materiallarında olan və qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (049) -1802/ 2021 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçılar X18 və İddiaçı, maraqlı şəxslər qismində X14, X17 və X9 cəlb etməklə, Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 tərəfindən X6 adına verilmiş 02 may 2008-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və mərhum ataları X2 və mərhum X1nın mülkiyyətlərində olmuş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən və miras qalmış 0,15 ha torpaq sahəsindən onların, yəni X18 və İddiaçı hər birinə 1/6 hissə olmaqla miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mərhumə X20 tərəfindən X6 adına verilmiş və Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 02 may 2008-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmiş, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 19 saylı qərarı ilə X2, X10, İddiaçı, X4 və X5 birgə mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərincə mərhum X2 payına münasibətdə vərəsəsi İddiaçı (hazırki iddia tələbi üzrə iddiaçının) 1/3 hissədə payı müəyyən olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Hazırki mülki işin məhkəmə araşdırması ilə əlaqədar Lənkəran rayonu, Türkəkəran kəndində yerləşmiş fərdi yaşayış evinin sökülməzdən əvvəlki faktiki dəyərini müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmişdir. Mübahisə predmetinə aid olan fərdi yaşayış evinin artıq mövcud olmadığı, lakin mülki işdə olan fotoşəkillər və X19 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı nəzərə alınmaqla Lənkəran rayonu,Türkəkəran kəndində 1954-cü ildə tikilmiş, ümumi sahəsi 80 kv.m, yaşayış sahəsi 40 kv.m olmuş evin dəyərinin müəyyən edilməsi ekspertə tapşırılmışdır. İşə əlavə edilmiş və ekspertiza tədqiqatının dəyərinin 50 manat olan Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2024-cü il tarrixli, 3-16-16/6-10/9155-9/9465 nömrəli rəydən görünür ki, sökülmüş həmin evin qiymətini müəyyən etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş “X16”nin xx.xx.2024-cü il tarixli, 30 nömrəli qiymətləndirmə rəyindən görünür ki, mübahisələndirlən evin yenidən inşa olunmasına sərf ediləcək vəsaitin dəyəri-26980 manat müəyyən edilir. Fərdi yaşayış evinin sökülməzdən əvvəlki dəyəri ilə bağlı “Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti” tərəfindən cavabdeh vasitəsilə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində hazırki iddianın predmetinə aid olan, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşmiş, sökülmüş fərdi yaşayış evinin sökülməzdən əvvəlki dəyəri 624 manat müəyyən edilmişdir. Həmin rəydə Lənkəran rayonu, Türkəkəran kəndində yerləşmiş ev 1954-cü ildə tikilmiş ev kimi, 2020-ci ilədək 66 il müddətində mövcud olduğu, həmin evin istismarının 50 ildən çox ola bilməməsi, ümumi sahəsi 80 kv.m, yaşayış sahəsinin isə 40 kv.m olması, evin 2020-ci ilə 75%-dən çox fiziki aşınmaya məruz qalması və istismar müddətinin bitməsi göstərilmişdir. Bina sökülərkən azbest şiferlərin əsas hissəsi tam yararsız olsa da, bəziləri iki-üç hissəyə bölünür, bu da istifadəyə qismən yararlı hesab olunur. Taxta hissələri (pəncərə və qapılar daxil) bir sıra həşarətlərin yuvasına çevrildiyindən yalnız oduncaq kimi istifadəyə qismən yararlı hesab olunur. Tikintidə istifadə olunan müxtəlif ölçülü mismarlar, betondaxili metal çubuqların metal qırıntısı kimi dəyərli olması, samanlı kərpiclər istifadəyə tam yararsız hesab olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mütəxəssislərin fikrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, cavadeh iddiaçının bacısı, mərhumə X6 əridir və sökülmüş ev mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmasa da, iddiaçının mərhum atasına məxusus olmuşdur. Cavabdeh öz ailəsi, qayınanası və iddiaçı ilə bərabər uzun müddət sonradan sökülmüş evdə yaşamışlar. Ölümündən əvvəl, cabadehin qayınanası vəsiyyətnamə saxlayaraq ərinə məxsus və Lənkəran rayonu Türkəkəran kəndində yerləşən, sonradan sökülmü evini, 0,15 ha. həyətyanı və 0,41 ha. pay torpağını cavabdehin arvadı mərhum X7 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Lənkəran rayonu Sürük İcra nümayəndəliyində təsdiq edilmişdir. Cavabdehin qayınanasının vəfatından sonra da, sonradan sökülmüş evdə cavabdeh öz ailəsi və iddiaçı ilə birlikdə yaşamaqda davam etmişlər. Cavabdeh arvadı ilə bir yerdə yaşadıqları zaman, sonuncunun vəfatından qabaq qeyd olunan evi sökmüşdür. Bundan sonra məhkəmənin qətnaməsi ilə yuxarıda qeyd olunmuş vəsiyyətnamə etibarsız hesab edilmiş və sökülmüş evin yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərincə mərhum X2 payına münasibətdə vərəsəsi olan hazirki iş üzrə İddiaçı 1/3 hissədə payı müəyyən olunmuşdur. Hazırda iddiaçı atasına məxsus olmuş fərdi yaşayış evinin cavabdeh tərəfindən qanunsuz olaraq və onun iradəsi ziddinə söküldüyünü bildirərək evin sökülməsi nəticəsində ona dəymiş maddi zərərə görə 30000 manat cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi fərdi yaşayış evinin fotoşəkillərinə, arxiv və xx.xx.2023-cü il tarixli arayışlara, evin yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinə, təsərrüfatbaşı kitaba, “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərara, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə, həmçinin “X16”nin rəyinə istinad edir. Cavabdeh iddia tələbini etiraf etmir, həmin evin hissə-hissə söküldüyünü görüb tam sökdüyünü, iddiaçını öz evindən qovmadığını, onu onun nümayəndəsi olan Arzu Quliyeva tərəfindən evinə apardığını, evin istismar müddətinin bitdiyini və evin söküldüyü zaman dəyərinin 1000 manat civarında olduğunu bildirərək iddiaçının hazırki iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə “Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti” tərəfindən verilmiş mütəxəssis rəyini təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla bağlı məhkəmə qeyd edir ki, sökülmüş evə dair cavabdehin qayınanası tərəfindən onun arvadının xeyrinə verilmiş vəsiyyətnamə etibarsız hesab edilmiş, həmin sökülmüş evin yerləşdiyi 0,15 ha həyətyanı torpaq sahəsində X2 payına münasibətdə iddiaçının 1/3 hissədə payı müəyyən olunmuşdur. Qeyd olunan evin dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, həmin ev dövlət qeydiyyatına alınmadığı və evin müvafiq texniki göstərisilərini özündə əks etdirən sənəd tərtib edilmədiyi üçün, onun hazırda dəyərini müəyyən etmək mümkün deyil. Yalnız həmin evin materialının dəyərini müəyyən etmək olmuşdur. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi rəydən görünür ki, hazırda sökülmüş evin materiallarının dəyəri 624 manat müəyyən edilir. Əvvəlki məhkəmə qətnaməsi ilə həmin sökülmüş evin yerləşdiyi torpaq sahəsində, atasının payına münasibətdə iddiaçının 1/3 hissədə payının müəyyən olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının atasına məxsus olmuş və sökülmüş evdən qalan materialının 1/3 hissəsinin dəyəri olan 208 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi “X16”nin rəyi ilə bağlı qeyd edir ki, o, məhkəməyə sökülmüş evin dəyəri barədə deyil, evin yenidən inşa olunması ilə bağlı sərf ediləcək vəsaitin dəyəri barədə rəy təqdim etmişdir. Bu zaman nəzərə almamışdır ki, eyni yaşayış və qeyri yaşayış sahəsi olan evin 1954-cü ildə tikintisinə sərf edilən materialın məbləği hazırda tikiləcək evin tikintisinə sərf ediləcək məbləğ ilə eyni ola bilməz. Həmin vaxt səfr olunan materialların keyfiyyəti, çeşidi, dəyəri, hazırda sərf olunan materialların keyfiyyəti, çeşidi və dəyərlərindən qat-qat aşağı olmuşdur. Məhkəmə onun da qeyd edir ki, cavabdeh evi sökməkdə vicdanlı olmuşdur. Belə ki o, özbaşına deyil, vəsiyyət üzrə mərhum arvadına keçmiş evi arvadının sağlığında sökmüşdür. Bu zaman onun arvadının buna etirazı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iş üzrə ekspert rəyləri verilməsi ilə bağlı ekspertiza xərcləri cəmi 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən ekspertizanın keçirilməsini xahiş etdiyini və ekspert onun təqdim etdiyi fotoşəkillər və digər sənədlər əsasında rəy verə bilmədiyini nəzərə alaraq 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməli və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.3, 214.4, 216-220, 226, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 208 (iki yüz səkkiz) manat zərər məbləği tutlaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaşı İddiaçı 50 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-39/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-39/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver