Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3916/2023 12.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.590 manat məbləğində pulun və ödənilmiş 207 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı İddiaçı tələbi onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh ondan borca pul istədi və o da onu tanıdığına görə ona xx.xx.2022-ci il tarixdə 6590 manat məbləğində borca pul verdi. Cavabdeh xx.xx.2022-ci il tarixdə Lənkəran rayon notariat kontorunda ona verdiyi reyestr nömrəsi 8İ- 1867 və 8İ-1868 olan ərizələrində ümumilikdə ona olan 6590 manat pul borclu olduğunu etiraf etmiş və həmin borcu 1 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə ondan ümumilikdə 8000 manat məbləğində borc pul istədi və o onu tanıdığına görə xx.xx.2023-cü il tarixdə 8000 manat məbləğində borc pulu ona verdi. Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran rayon notariat kontorunda ona verdiyi reyestr nömrəsi 8İ-3510 və 8İ-3511 olan ərizələrində ümumilikdə ona olan 8000 manat pul borclu olduğunu etiraf etmiş və həmin borcu 1 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin ötən müddəti ərzində cavabdeh ona olan borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbər göndərməyinə baxmayaraq o, ona olan borcunu ödəmir. Ona görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək bildirmişdir ki, iddianı tam qəbul edir. Ona borclu olduğu 14590 manatı hissə-hissə ödəyəcəyini, iddianın təmin edilməsini xahiş edib. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Lənkəran şəhəri, B.Məmməd küçəsi, ev 4/2-də qeydiyyatda olan İddiaçı 2260 manat pul borc almış, həmən borc pulu 1 il müddətində qaytarmağı öhdəsinə götürür. Qaytarmadığı təqdirdə İddiaçı məhkəməyə müraciət edə bilər. Cavabdeh xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Lənkəran şəhəri, B.Məmməd küçəsi, ev 4/2-də qeydiyyatda olan İddiaçı 4330 manat pul borc almış, həmən borc pulu 1 il müddətində qaytarmağı öhdəsinə götürür. Qaytarmadığı təqdirdə İddiaçı məhkəməyə müraciət edə bilər. Cavabdeh xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Lənkəran şəhəri, B.Məmməd küçəsi, ev 4/2-də qeydiyyatda olan İddiaçı 4000 manat pul borc alıb, həmən borc pulu 1 ay müddətində yəni 25 mart 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürdü. Cavabdeh xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Lənkəran şəhəri, B.Məmməd küçəsi, ev 4/2-də qeydiyyatda olan İddiaçı 4000 manat pul borc almış, həmən borc pulu 1 ay müddətində yəni 25 mart 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 14590 manat pulu cavabdehə vermişdir. Cavabdeh də həmin halı notarial qaydada təsdiq edilmiş yazılı ərizə ilə rəsmiləşdirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc aldığı 14.590 manat pulu qaytarmalı olduğu halda qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizələr yuxarıda qeyd olunan işinin faktiki hallarını sübuta yetirir. Cavabdeh isə məhkəmə iclasında gəlməmiş, həmçinin məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiyin və iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14.590 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 207 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14.590 (on dörd min beş yüz doxsan) manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 207(iki yüz yeddi) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-3916/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3916/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver