Məhkəmə qərarları › İş №2(049)-3938/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3938/2023

08.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3938/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh və eyni zamanda da digər cavabdehlərin nümayəndəsi Cavabdeh4, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh4 mərhum qardaşının arvadı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə qardaşının övladlarıdırlar. Daşınmaz Əmlakın Dövlət Reyetsr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə onun 4/12 hissədə, Cavabdeh4 1/12 hissədə, Cavabdeh1 1/12 hissədə, Cavabdeh3 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə, mərhum anası Cavabdeh2 İbrahim qızının isə 4/12 hissədə pay hüquqları rəsmiləşdirilmişdir. Eyni zamanda iş materialların əlavə etdiyi 22 avqust 2012-ci il tarixli vəsiyyətnamə ilə mərhum anası Cavabdeh2 İbrahim qızı özünün 4/12 hissədə payını ona vəsiyyət etmişdir. Hazırda cavabdehlər onu öz mülkiyyətində olan evə və həyətə buraxmırlar. Həmin evdə onun əmlakları da vardır. Dəfələrlə müraciətinə baxmayaraq cavabdehlər öz qanunsuz hərəkətlərindən əl çəkmirlər. O da, məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Sadalanları nəzərə alaraq onu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə yeni Daşınmaz Əmlakın Dövlət Reyetsr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təqdim edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və eyni zamanda da digər cavabdehlərin nümayəndəsi Cavabdeh4 və Cavabdeh1 ayrı-ayrılıqda iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişlər. Cavabdeh4 əlavə olaraq göstərmişdir ki, iddiaçı onun uşaqları ilə yola getmir. İddiaçı həmin evdə yaşamaq istəyirsə payını ayırıb yaşasın. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasa gəlmiş tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan və 9 nömrəli reyestr kitabının 189 nömrəli vərəqində reyestr nömrəsi **********14-10301, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Daşınmaz Əmlakın Dövlət Reyetsr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin 4/12 hissəsi iddiaçının, 4/12 hissəsi onun mərhum anası Cavabdeh2 İbrahim qızının, 1/12 hissəsi Cavabdeh4, 1/12 hissəsi Cavabdeh1, 1/12 hissəsi Cavabdeh3, 1/12 hissəsi Cavabdeh2 adına paylı mülkiyyət hüququ əsasında rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bununla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər paylı mülkiyyətçilər kimi ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etdikləri kimi, digər payçı olan iddiaçının da onlarla bərabər həmin torpaq sahəsi və evdən istifadə etmək hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi müəyyən hissələrdə tərəflərin paylı mülkiyyətindədir. Cavabdehlər iddiaçını paylı mülkiyyətində olan evə buraxmır. Ona görə də, məcbur olub yaşayış sahəsinə köçürülmə iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməklə cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və cavabdehlərin buna etiraz etmələri iddiaçının fərdi yaşayış evinə köçürülməməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quliyeva X1 şəhəri, Vidadi küçəsi ev 43 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmlıdır. Məhkəmə iddiaçının məhkəmə baxışı iclasında təqdim edidiy yeni, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Daşınmaz Əmlakın Dövlət Reyetsr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına qiymət verərək qeyd edir ki, həmin çıxarış sübutların toplandığı məhkəmə hazırlıq iclasında deyil, məhkəmə baxışı iclasında təqdim edildiyindən, o, məhkəmə tərəfindən sübut kimi tədqiq edilə bilməz. İddiaçının digər sübutlarının tədqiqinə ehticac qalmadığından, məhkəmə onların tədqiqini zəruri hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. Quliyeva X1 şəhəri, X4 küçəsi ev 43 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün, ona həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar