Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3974/2023 22.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 16 May 2022-ci il tarixli 05089-4049-05 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinə Cavabdeh əsas borc üzrə 1216.48 AZN gecikdirilmiş faiz üzrə 374.11 AZN cərimə borcu üzrə 498.77 manat olmaqla cəmi 2089.36, 16 May 2022-ci il tarixli № 05090-4049-06 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinə Cavabdeh əƏlişan oğlunun əsas borc üzrə 779 AZN gecikdirilmiş faiz üzrə 139.15 AZN,cəriməö borcu üzrə 432.31 manat olmaqla cəmi 1350.46 AZN və 17 May 2022-ci il tarixli № 05092-4049-07 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinəə Cavabdeh əsas bor üzrə 722.23 AZN, gecikdirilmiş faiz üzrə 212.52 AZN, cərimə borcu üzrə 281.12 manat olmaqla cəmi 1215.87 AZN borcu mövcuddur. Ümumilikdə 4655.69 (dörd min altı yüz əlli beş manat 69 qəpik) AZN olmaqla və 67 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 May 2022-ci il tarixli № 05089-4049-05 saylı kredit müqaviləsinə əsasən X1 18 ay müddətində,illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 1422 manat məbləğində kredit, 16 May 2022-ci il tarixli № 05090-4049-06 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətində, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 779 manat və 17 May 2022-ci il tarixli № 05092-4049-07 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətində, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 1102 manat ümumilikdə 3303 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir.Həmçinin kredit müqaviləsinin şərtlərindən biridə gecikdirilmiş borc nəticəsində cərimə borcn hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün kreditor səy göstərsə də borclu öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 16 May 2022-ci il tarixli № 05089- 4049-05 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinə Cavabdeh əsas borc üzrə 1216.48 AZN gecikdiirlmiş faiz üzrə 374.11 AZN cərimə borcu üzrə 498.77 manat olmaqla cəmi 2089.36 AZN borcu mövcuddur. Yuxarıda adı çəkilən 16 May 2022-ci il tarixli № 05089-4049-05 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinə Cavabdeh əsas borc üzrə 779 AZN gecikdiirlmiş faiz üzrə 139.15 AZN,cərimə borcu üzrə 432.31 manat olmaqla cəmi 1350.46 AZN borcu mövcuddur. Yuxarıda adı çəkilən 16 May 2022-ci il tarixli № 05089-4049-05 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinə Cavabdeh əsas borc üzrə 722.23 AZN gecikdiirlmiş faiz üzrə 212.52 AZN,cərimə borcu üzrə 281.12 manat olmaqla cəmi 1215.87 AZN borcu - ümumilikdə 4655.69 manat borcun mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 May 2022-ci il tarixli № 05089-4049-05 saylı kredit müqaviləsinə əsasən X1 18 ay müddətində,illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 1422 manat məbləğində kredit, 16 May 2022-ci il tarixli № 05090-4049-06 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətində, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 779 manat və 17 May 2022-ci il tarixli № 05092-4049-07 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətində, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 1102 manat ümumilikdə 3303 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 16 May 2022-ci il tarixli № 05089-4049-05 saylı kredit müqaviləsinə əsasən X1 18 ay müddətində,illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 1422 manat məbləğində kredit, 16 May 2022-ci il tarixli № 05090-4049-06 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətində, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 779 manat və 17 May 2022-ci il tarixli № 05092-4049-07 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətində, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 1102 manat ümumilikdə 3303 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********************94574740 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 67 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 16 May 2022-ci il tarixli 05089-4049-05 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinə əsas borc üzrə 1216.48 AZN gecikdirilmiş faiz üzrə 374.11 AZN cərimə borcu üzrə 498.77 manat olmaqla cəmi 2089.36; 16 May 2022-ci il tarixli № 05090-4049-06 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinə cəsas borc üzrə 779 AZN, gecikdirilmiş faiz üzrə 139.15 AZN cərimə borcu üzrə 432.31 manat olmaqla cəmi 1350.46 AZN və 17 May 2022-ci il tarixli № 05092-4049-07 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2023-cü il tarixinə əsas borc üzrə 722.23 AZN, gecikdirilmiş faiz üzrə 212.52 AZN, cərimə borcu üzrə 281.12 manat olmaqla cəmi 1215.87 AZN -ümumilikdə 4655.69 AZN olmaqla və 67 AZN dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3974/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3974/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver