Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4036/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin cavabdehlər Xasiyeva Gülnarə Əlisə qızı və Zamin qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, 06 dekabr 2023-cü il tarixdə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-i cavabdehlər Xasiyeva Gülnarə Əlisa qızı və Zamin qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə isə iş üzrə icraat təzələnmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Xasiyeva Gülnarə Əlisa qızı arasında bağlanmış ********* №-li 10 fevral 2015-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 24% dərəcəsi ilə 5 100 ABŞ dollar məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq cavabdeh Xasiyeva Gülnarə Əlisa qızına kredit verilərkən Zamin ilə xx.xx.2015-ci il tarixli, ZM-190007572 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borclananla birlikdə cavabdehlik daşıyır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 14 aprel 2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukzisiya edilmişdir. Borclanan kreditor qarşısındaki kredit öhdəliyinin qalığı konverstasiya edilməklə (1 ABŞ dolları=1.40 AZN) 4133.09 manat borca çevrilmişdir. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borclanan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditindən iistifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ var. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********589 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Sadalanlara əsasən cavabdehlərdən müştrərək qaydada xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 6550.29 manat təşkil edir. Bundan 2060.65 manat əsas borc, 1568.85 manat faiz, 2612.23manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 308.56 manat faiz borcu və ödədikləri 30 manat dövlət rüsumunu tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Xasiyeva Gülnarə Əlisa qızı arasında bağlanmış ********* №-li 10 fevral 2015-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 24% dərəcəsi ilə 5 100 ABŞ dollar məbləğində kredit verilmişdir. İşdəki iddiaçının Zamin ilə xx.xx.2015-ci il tarixli, ZM-190007572 saylı Zaminlik müqaviləsindən görünür ki, Zamin ilə həmion müqavilə borcun təminatı olaraq cavabdeh Xasiyeva Gülnarə Əlisa qızına kredit verilərkən bağlanmışdır. İşdəki 14 aprel 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit restrukzisiya edilmiş, borclanan kreditor qarşısındaki kredit öhdəliyinin qalığı konverstasiya edilməklə (1 ABŞ dolları=1.40 AZN) 4133.09 manat borca çevrilmişdir. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. İşdəki maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 6550.29 manat təşkil edir. Bundan 2060.65 manat əsas borc, 1568.85 manat faiz, 2612.23manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 308.56 manat faiz borcu yaranmışdır. İş materiallarında olan və cavabdehlərə ünvanlanmış bildirişdən və pretenziyadan görünür ki, banka olan kredit borcunun ödənilməsi zəruriliyi barədə onlar rəsmi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işdə olan sübutlardan müəyyən edir ki, cavabdehlər tərəflər arasında bağlanmış müqaviləyə Əlavə adlandırılan saziş üzrə üzərilərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən borcun 6550.29 manat, bundan 2060.65 manat əsas borc, 1568.85 manat faiz, 2612.23 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 308.56 manat faiz borcunun olduğunu göstərmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Xasiyeva Gülnarə Əlisa qızı və Zamin müştərək qaydada 2060.65 manat əsas borc, 1568.85 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 308.56 manat faiz borcu, cəmi 4138.06 manat tutulub alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, əsas borc 2060.65 manat təşkil etdiyi halda, bank tərəfindən 2612.23 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə, məhkəmə hesab edir ki, həmin cərimə 200 manata qədər azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməli və onlardan müştərək qaydad alınaraq, iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Xasiyeva Gülnarə Əlisə qızı və Zamin qarşı borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Xasiyeva Gülnarə Əlisa qızı və Zamin müştərək qaydada 2060.65 manat əsas borc, 1568.85 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 308.56 manat faiz borcu, cəmi 4138.06 manat tutulub alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin və onlardan müştərək qaydad alınaraq, LPO »DəmirBank» ASC-nin xeyrinə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(049)-4036/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4036/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver