Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4042/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı “X11” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: “X11” QSC xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 088388 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1800/2021 saylı qərardadı ilə kiçik iddiaya dair mülki iş üzrə icraat cavabdehin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Qalıq olaraq növbəti ilə keçdiyindən həmin işə 2(049)-4042/2023 nömrəsi verilmişdir. İddiaçı “X11” QSC mərhumun vərəsələrinin müəyyən olunması üçün notarial ofisinə müraciət etmədiyinə və nəticədə mülki işin qalıq qalaraq ildən ilə keçməsinin qarşısını almaq məqsədi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-4042/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək iddia icraatına keçirilmiş və mərhumun vərəsələrinin müəyyən olunmasından ötrü notarial ofisinə və yerli icra nümayəndəliyinə müvafiq sorğular verilmişdir. Məhkəmə araşdırması zamanı Lənkəran rayonu Hirkan kənd İƏD üzrə Nümayəndəliyinə göndərilən sorğuya cavab olaraq həmin orqandan verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh daimi yaşayış yeri Lənkəran rayonu, Hirkan qəsəbəsi, sonra isə Bakı şəhəri olmuş və arvadı X3, eləcə də qızı X5 və oğlu X4 ilə birgə Bakı şəhərində arvadına məxsus evdə yaşamışdır. Mərhumun qeydiyyatda olduğu Hirkan qəsəbəsindəki fərdi evdə onun atası X2 ailəsi ilə birgə yaşayır və pasport qeydiyyatındadırlar. Lənkəran 1 Saylı Notariat ofisindən verilmiş xx.xx.2023-cü il tarixli 153 saylı məktubda isə mərhum Cavabdeh aid “Elektron notariat” X1 müvafiq araşdırılma aparıldığı və vərəsəlik işinin açılması və “Vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi faktının müəyyən edilmədiyi qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən vəfat etmiş cavabdehin onun hüquq varisləri ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə, yəni Cavabdeh vəfatından 8 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürmüşdür. Eyni zamanda, iddiaçı işin məhkəmə araşdırması dövründə də ölmüş şəxsin hüquq varisləri ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, Cavabdeh vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürdüyündən, habelə, onun vəfatından sonra 3 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı onun hüquq varisi ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət vermədiyindən iddia tələbinin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Ləğv “X11” QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X9.
Məhkəmə qərarları › İş №2(049)-4042/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4042/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver